Bayağı, prinsipsiz, əqidəsiz və məqsədsiz insanları sevmirəm. Yalnız öz rifahını düşünən insan gülüncdür. Çünki, onun həyat fəlsəfəsi “əlinə nə düşsə, dərhal ye” ifadəsindən ibarətdir. Mikayıl Müşfiq
Bəziləri elə düşünürlər ki, Allah sərbəst səbəbdir. Çünki, onların fikrincə, Allah elə edə bilər ki, bizim dediyimiz kimi onun təbiətindən irəli gələn,yəni onun hakimiyyətində olan baş verməzdi, başqa sözlə desək, onun tərəfindən edilməzdi. Onların bu fikri ona bənzəyərdi ki, Allah elə edə bilər ki, üçbucağın təbiətindən irəli gələn, uç bucaqlarının iki düz xəttinə bərabərliyi alınmazdı, yaxud bu səbəbdən nəticə çıxmazdı. Bu, gülünc bir fikirdir. Benedikt Spinoza
Böyük şəxsiyyətlə gülünc şəxsiyyət arasında bir addım yol var. Napoleon Bonapart
Bu dünya üçün qonşularla savaşmaq gülüncdür. Frans Kafka
Bütün ehtiraslar bizə cinayət törədir, amma, bizi ən gülünc səhvlərə salan eşqdir. Fransua de Laroşfuko
Həyatda bir neçə dəfə sevməyin cinayəti, eləcə də bir dəfə sevməyin məziyyəti yoxdur. Özünü birinciyə görə qınamaq, ikinciyə görə isə lovğalanmaq gülüncdür. Vissarion Belinski
Mən mükafatlandıran və cəzalandıran, məqsədləri bizim məqsədlərimizlə bağlı olan Allaha inanmıram. Qorxu və gülünc eqoizmdən əziyyət çəkən zəif zehinlər bu imana sığınsalar da, mən ruhun əbədiliyinə inanmıram. Albert Eynşteyn
Mən zarafat edəndə həmişə həqiqəti söyləyirəm. Həqiqət - dünyada ən gülünc şeydir. Məhəmməd Əli
Mövhumatı ələ salıb gülməkdən qorxmayın. Mən mövhumatı öldürmək üçün ona gülməkdən yaxşı üsul bilmirəm. Gülməli, gülünc şey təhlükəli ola bilməz. Volter
Mümkün olsa da, şəxsi qüsurlardan azad olmamaq, mümkün olmasa da, özgə qüsurlardan azad olmaq gülüncdür. Mark Avreli
Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
Parisdə dəbə uyğun geyinməyə çalışan əyalət qadını özünü yöndəmsiz şəkildə təklif edir və bununla da gülünc vəziyyətə düşür. Parisə gələn əyalət qadınları əvvəlcə elə geyinməlidirlər ki, sanki onların otuz yaşı var. Stendal
Süni təvazökarlıqdan aldadıcı heç nə yoxdur. Onun altında çox vaxt başqalarının fikirlərinə laqeydlik və bəzən də maskalanmış lovğalıq gizlənir. Məncə mən heç vaxt müdriklik və xeyirxahlığa lağ etməmişəm. Axmaqlıq və ədabazlıq, şıltaqlıq və məntiqsizlik mənə gülünc görünür. Və buna müyəssər olanda onlara gülürəm də. Ceyn Ostin