Ağlımız hakim, duyğularımız isə şahidlərimizdir. Ağıl həmin şahidlər vasitəsi ilə alınan şeyləri müqayisə edir. Ağıl həssasdır, o, müşahidəni mühakimə etməlidir. Deni Didro
Berluskonini qadınla yaşadığı üçün mühakimə edirlər. Əgər o, homoseksual olsa idi, ona barmaqları ilə də toxunmazdılar.[1]Vladimir Putin
Bir insanın keçmişi elə onun özüdür, bu, insanları mühakimə etmənin yeganə yoludur. Oskar Uayld
Bütün idraki (rasional) biliklər ya material biliklərdir və müəyyən obyekti öyrənir, ya da formal biliklərdir və ancaq mühakimənin forması və idrakın özü ilə və obyektlərə fərq qoymadan bütövlükdə düşüncənin ümumi qaydaları ilə məşğul olur. Formal fəlsəfə məntiq adlanır, material fəlsəfə isə müəyyən obyektlərlə və onların tabe olduqları qanunlarla məşğuldur, o da ikiyə bölünür. Çünki bu qanunlar ya təbiət qanunlarıdır, ya da azadlıq (qanunlarıdır). Birinciyə aid elm fizika adlanır, digərinə aid (elm) etikadır, onlar həm də təbiət elmləri və əxlaq elmləri adlanırlar. İmmanuel Kant
Bütün mühakimə edənlərin gözündən bir cəllad baxar. Fridrix Nitsşe
Cahilin bəzi əlamətləri: sualı sona qədər dinləmədən ona cavab verməyə çalışması, başa düşmədən müxaliflik etməsi və bilmədiyi şeyə əsaslanıb mühakimə yürütməsi. Cəfər Sadiq
"Əgər kimisə mühakimə etmək istəsən, düşün ki, bu dünyada heç də bütün insanlar səndə olan üstünlüklərə malik deyillər". Böyük Getsbi
Əslində hər kəs dahidir. Amma siz bir balığı, ağaca dırmaşma qabiliyyətinə görə mühakimə etsəniz, bütün həyatını axmaq olduğuna inanaraq keçirər. Albert Eynşteyn
Əvvəl vurun, sonra mühakimə edin, əgər səhv etsəniz, sizi mən qoruyacağam. German Görinq
Sən kimsən ki mənim yaşadığım həyatı mühakimə edirsən! Mən mükəmməl deyiləm və olmaq məcburiyyətində də deyiləm. Barmağın ilə məni işarə etmədən əvvəl, əllərinin təmiz olduğundan əmin ol! Bob Marli