Bəşəriyyət tarixi ideyalar və mənafelər arasında gedən fasiləsiz mübarizədir; bu mübarizədə mənafelər ötəri, ideyalar isə uzun müddətə qələbə çalır.[1]Emilio Kastelyar
İnsanların xoşbəxtliyi, rifahı birbaşa hökmdarın xoşbəxtliyindən, rifahından asılıdır. Hökmdar şəxsi mənafeyini güdməməli, vətəndaşların ehtiyaclarını ödəməyə çalışmalıdır. Çanakya
Məhəbbətdə iki nəfər iştirak edir, bunun nəticəsində də üçüncü - yeni həyat yaranır. Burada ictimai mənafe gizlənir, kollektivə qarşı borc əmələ gəlir. Vladimir Lenin
Mən Fransa dövlətinin və Fransa xalqının mənafeyini bütün qanunlardan üstün tuturam. Şarl de Qoll
Ona görə oğrulara oxşatmışlar ki, ərinin malına xəyanət edər, ehtiyac olmadan pul istər, var-dövlətini dağıdar, ona lazım olan şeyləri kənara paylar, zahirdə dostcasına göz yaşı axıdar, batində öz mənafeyini ərindən yüksək tutar. Nəsirəddin Tusi
Politika - səltənəti və məmləkəti idarə etməklə bağlı olan, səltənətin və məmləkətin mənafeyini və səlahiyyətlərini nəzərə alan işlərdir, bir də bunlar barədə elmdir. Mirzə Fətəli Axundov