Bədbəxtliyin mənbəyi çarəsizliyimizdir: acını şirin, şirini acı kimi təqdim edərək bizi valeh edir. Ancaq özümüzlə məsləhətləşsək, bu olmazdı. Qriqori Skovoroda
Bir başqa insanla olan münasibətlərimizdə ən ciddi səhvin mənbəyi xeyirxahlıq və o insanı sevməkdir. Bir gülümsəməyə, bir çiyinə aşiq oluruq. Bu qədər kifayətdir; sonra ümid və ya kədər dolu uzun saatlar boyunca bir insan mal edirik, bir şəxsiyyət yaradırıq. Və ardıyca aşiq olduğumuz adamla görüşəndə qarşımıza nə qədər qəddar həqiqətlər çıxsa da, həmin təbəssüm, həmin çiyin sahibindən xeyirxah insan görüntüsünü, bizi sevən qadın tipajını heç cür ayıra bilmərik; gəncliyindən bu yana tanıdığımız bir insan qocalsa da gəncliyini ondan ayrı düşünə bilmədiyimiz kimi. Marsel Prust
Bir ölkənin müharibəyə getməsinin bir çox səbəbi olsa da, əsas məqsədi aşağıdakı kimi ümumiləşdirilə bilər: əks siyasət yürüdən qarşı tərəfin səylərinə qarşı siyasətinin davamını təmin etmək. Münaqişənin mənbəyi və hərəkətverici qüvvəsi insan iradəsindədir. Basil Hart
Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir. Ömər Xəyyam
Bizim inam və ümidlərimizin mənbəyi həqiqətdir. Anri Barbüs
Böyük ideyalar və nəcib arzular mənbəyi olan sanballı kitablar, orijinal əsərlər oxumağa çalışın. Nikolay Çernışevski
Bu dünyada qadın bir çox pisliklərin mənbəyi olsa da, nəinki biz, günahkar bəndələr, eləcə də müqəddəslər onların təsiri altına düşür. Anton Çexov
Bu gün bilik təkcə yüksək keyfiyyətli gücün mənbəyi deyil, həm də gücün və sərvətin ən vacib komponentidir. Olvin Toffler
Bütün bəlaların mənbəyi tamahkarlıq, bütün cəfaların səbəbi hərislikdir. Kəlilə və Dimnə
Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür. Ziqmund Freyd
Elm öz mənbəyi etibarı ilə əbədidir; fəaliyyətində zamanla, nə də məkanla məhdudlaşmayıb: həcmə görə ölçüsüz, vəzifəsinə görə sonsuzdur. Andre Berte
Elm təkcə mənəviyyatla uyğun gəlmir; dərin mənəviyyat mənbəyidir. Biz işıq illərinin saysız-hesabsız və əsrlər keçidində öz yerimizi tanıyanda, həyatın incəliklərini, gözəlliklərini və incəliklərini dərk etdikdə, o yüksələn hiss, fərəh və təvazökarlıqla birləşərək, şübhəsiz ki, ruhani olur. Böyük sənətin, musiqinin və ya ədəbiyyatın və ya Mohandas Qandi və ya Martin Lüter Kinq kimi nümunəvi fədakar cəsarət aktlarının mövcudluğunda duyğularımız da belədir. Elm və mənəviyyatın bir-birini istisna etməsi anlayışı hər ikisinə pis xidmət edir. Karl Saqan
Ədalət - haqqın təsəllisi, zülmün tənəzzülü, bəşər ruhunun feyz mənbəyi, insanlığın ən çox istədiyi və ən çox da uzaqlaşdırıldığı dəyərdir. Füyuzat jurnalı
Ən güclü arzularımızın yerinə yetirilməsi ən böyük kədərimizin mənbəyi olur. Sokrat
Gəncliyimin sonunu xəbər verən əlamətlər arasında ən önəmlisi ədəbiyyata böyük marağımın olmamasıdır. Artıq, hər şeyə rəğmən, bir vaxtlar eşitdiyim ruhani həqiqətləri tapmaq ümidi ilə kitablar açmıram. Oxuyuram, getdikcə daha çox oxuya bilmək istəyirəm, amma bir vaxtlar olduğu kimi, kitablarda tapdığım müxtəlif təcrübələri nə həvəslə qarşılayıram, nə də onları parlaq, poetika qədər rasional səs-küyə çevirmirəm. Turin küçələrində gəzərkən də eyni şey olur. Mən artıq bu yerləri yaratmaq səylərini sürətləndirən romantik, simvolik güc mənbəyi kimi görmürəm. Hər dəfə “bu, əvvəlcədən hazırlanmışdır” demək istəyirəm. Sevdiklərimi, vəsvəsələrimi, yorğunluğumu, istirahətimi hərtərəfli nəzərdən keçirəndə, açığı, daha həyata yeni kəşflər gətirəcək bir sahə kimi baxmıram, poeziya bu baxımdan məni daha az maraqlandırır. Çezare Paveze
İki növ fotoqraf var: fotoşəkilləri bəstələyənlər və çəkənlər. Birincisi studiyalarda işləyir, ikincisi üçün dünya bir studiyadır. Və onlar üçün adi bir şey yoxdur, həyatındakı hər şey ilham mənbəyi ola bilər. Ernst Haas
İlk ağ saçlar ən ehtiraslı və son həvəslərə səbəb olur. Onlar mənbəyi isə tükənən güc, gələn zəiflikdir. Onore de Balzak
Mənəvi gücün mənbəyi ruhun ənginliyidir. Daxili mücadilə və ziddiyyətlərdən məhrum olanda insan inkişaf impulsunu itirir, durğunluq vəziyyətinə düşür. Tur Xander
Nəzəri düşüncələr buna gətirib çıxarır: bu gün müxtəlif qorxuların obyekti kimi qarşımıza çıxan fobiyalar bir vaxtlar böyük ehtimalla yüksək bir həzzin mənbəyi olub. Ziqmund Freyd
Sovet İttifaqı, liderlərinin bütün səhvlərinə baxmayaraq, o zaman bir çox dövlət və xalq üçün ümid və dəstək mənbəyi idi. Sovet İttifaqı qlobal sistemin tarazlığını təmin etdi. Aleksandr Lukaşenko
Təbiət musiqi mənbəyi, şer, sənət guşəsi, ilham çeşməsidir. Təbiət ən gözəl müalicə vasitəsi, ən gözəl loğmandır. Həsən Əliyev
Təhsil mentalitetləri dəyişdirmək və fərqlilikləri aşmaq üçün güclü silahdır, idman isə ilham mənbəyi, özünü üstələmək, tolerantlıq və gənclərə hörməti öyrətməkdir. Bu iki ünsür daha ədalətli və qardaş cəmiyyətin yaradılmasına töhfə verir. Nelson Mandela