A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Evdə bir arpası olmayan bir kəs
    Yarım arpa qədər minnət götürməz. İsgəndərnamə
  • Ərəb müdrikləri (filosofları) beş cür arvaddan qaçmağın vacib olduğunu demişlər: “hənnanə”, “mənnanə”, “ənnanə”, “kiyyət əl-qəfa”, “xəzra üd-dəmən”. “Hənnanə” başqa kişidən uşağı olan və təzə ərinin dövləti ilə onlara mehribanlıq göstərən qadına deyərlər. “Mənnanə” öz dövləti ilə ərinin boynuna minnət qoyan qadına deyərlər. “Ənnanə” əvvəllər daha yaxşı yaşamış, ya daha dövlətli ər görmüş, indiki halından və ərindən daima şikayət edən arvada deyərlər. “Kiyyət əl-qəfa” elə əxlaqsız qadına deyərlər ki, əri ayağını bir yana qoycaq özünə başqa bir kişi tapar, ərinin adını bədnam edər. “Xəzra üd-dəmən” bədcins gözəl arvada deyərlər, onu “yaşıl təzək” adlandırmışlar. Nəsirəddin Tusi
  • Ərəblər deyirlər bağışla, lakin minnət qoyma, faydası özünə qayıdacaq. Sədi Şirazi
  • Hər kimə yaxşılıq etdikdə açıq və ya işarə ilə ona minnət qoyma ki, yaxşılığın qiyməti itər və xoşluq əvəzinə inciklik yaranar. Abbasqulu ağa Bakıxanov
  • Üç cür övrətdən uzaq ol. Birincisi dul, ikincisi varlı olub, sənə minnət qoya, üçüncü o qadın ki, səni görəndə ahü-nalə edib, nazik səslə sızıldaya. Mir Möhsün Nəvvab

Mənbə

redaktə
  • Aforizmlər və hikmətli sözlər. Bakı, 2005

İstinadlar

redaktə