A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A redaktə

  • Adilik əxlaq deyil. Özünə sadiqlik din deyil. Birinciyə hücum etmək sonuncuya hücum etmək deyil. Fariseyin üzündən maskanı qoparmaq, Tikanlı Tacına murdar əl qaldırmaq deyil. Bu şeylər və əməllər bir-birinə tamamilə ziddir: fəzilətdən pislik kimi fərqlidirlər. Kişilər çox vaxt onları çaşdırırlar: onları çaşdırmaq olmaz: görünüşü həqiqətlə səhv salmaq olmaz; Yalnız bir neçəsini sevindirməyə və böyütməyə meylli olan dar insan doktrinaları Məsihin dünyanı xilas edən etiqadını əvəz etməməlidir. Fərq var – təkrar edirəm – fərq; və aralarındakı ayırma xəttini geniş və aydın şəkildə qeyd etmək pis deyil, yaxşı bir hərəkətdir. Şarlotta Bronte
  • Ağızdan çıxan şeylərsə ürəkdən çıxar, bunlar da insanı murdar edər. Çünki ürəkdən pis fikirlər, qatillik, zinakarlıq, cinsi əxlaqsızlıq, oğurluq, yalançı şahidlik və küfr çıxar.[1] İsa
  • Axar su murdar olmaz. Türk atalar sözləri
  • Allah Quranda ağlını işlətməyən insanları murdar kimi təqdim edir.[2] Elşad Miri

B redaktə

  • Baha satmaq, adam aldatmaq, dava-dalaş salmaq, çirkin işlərlə məşğul olmaq, arsızlıq, rüsvayçılıq, həyasızlıq, şikayətbazlıq, camaatın vaxtını almaq, xalqı işdən qoymaq kimi yollar ilə ələ gətirilən mal nə qədər çox olsa da, ondan qaçmaq vacibdir, belə murdar çirkablara bulaşmış gəlir nə qədər az olsa da, onu daha əziz, daha təmiz, daha bərəkətli saymaq lazımdır. Nəsirəddin Tusi
  • Biri başqa birini qəbul edəndə düşünür: “Toyuq oğlu toyuq, səni nə pəncərədən atardım...”- digəri isə belə düşünür: “ Murdar pota, sənin o sifətinə nə tüpürərdim... Təsəvvür edin ki, bu “nə” mövcud deyil. O zaman bu həmsöhbətlər arasında hansı fikir mübadiləsi baş verərdi? Saltıkov-Şedrin
  • Bu dünya üçün çalışan təvazökar fasiq (fasiq-alçaq, rəzil, murdar adam) o dünya üçün çalışan mütəkəbbir abiddən (abid - İbadət edən) yaxşıdır. Nuşirəvan Adil Xosrov
  • Bütün idealistlər, xidmət etdikləri iddiaların hər şeydən əvvəl dünyanın bütün o biri iddialarından üstün olduğunu düşünərlər. Öz iddialarının bir az olsun müvəffəqiyyətli olması üçün, bu iddianın bütün o biri insan cəhdlərinə lazımlı olan eyni murdar qoxulu gübrəyə açıqca ehtiyacı olduğuna inanmaq da istəməzlər. Fridrix Nitsşe

H redaktə

  • Haqq-hesabla evlənmək-qadının qarşısında sürünmək, anasının dabanlarını yalamaq, hətta donuza murdar görünən eybəcərlikləri yerinə yetirmək deməkdir. Belə nikahda siz özünüzü çirkabların axıdılmasında istifadə edilən boru kimi hiss edəcəksiniz. Onore de Balzak

İ redaktə

K redaktə

  • Kişi nifrət etdiyi zaman qadından ehtiyat etməlidir: çünki o, ruhunun dərinliklərində yalnız qəzəblidir, amma qadın murdardır. Fridrix Nitsşe

Q redaktə

  • Qorxu - adamı mərdlik şərəfindən və alicənablıq dəyərindən məhrum edərək, onu miskinliyin ən alçaq dərəcəsinə endirir, ən murdar heyvanlarla bir sırada qoyur. Şeyx Məhəmməd Xiyabani

M redaktə

S redaktə

  • Süd hətta əyyaşın əlində murdar görünür. Çanakya

T redaktə

İstinadlar redaktə