Ocaq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adımı güvəc qoy, amma ocaq üstə qoyma. Azərbaycan atalar sözləri/A
- Ana ürəyi zərif bir ipək, ata biləyi Haqqın əkdiyi bir dirəkdir. Nə ananın ürəyini, nə də atanın biləyini sındır. Sabah yuva quranda ocağınla onlar arasında körpü ol. Ata-ana yıxılmamaq üçün kürəyimizi söykədiyimiz divardır. Qiymətini o divar uçanda bilirik. Şeyx Ədabali
C
redaktə- Cəhd elə dost qazan, düşmən ocaq başında. Azərbaycan atalar sözləri/C
Ç
redaktə- Çalış ki, dostun olsun, düşman ocaq başında. Azərbaycan atalar sözləri/Ç
D
redaktə- Dünyada çox az şey uşaqlarınızın uşaqlığının bir parçası olmaqdan daha vacibdir. Övladlarınızın həyatının ilk addımlarını qaçırmısınızsa, uğur pillələrini qalxmağın nə mənası var? Ocaq tikməyə vaxt tapmamısınızsa, ərazidə ən böyük evə sahib olmağın nə əyləncəsi var? Robin Şarma
- Dünyanın hansı ölkəsində, hansı yerində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı hiss etməlidir ki, onun Azərbaycan kimi vətəni vardır. Hər bir azərbaycanlı da buraya ata ocağı kimi baxmalıdır. Heydər Əliyev
- Düyü bir ovuc da olsa, onu bişirmək üçün böyük ocaq çatmaq gərəkdir. Tamil atalar sözləri
E
redaktə- Evi ocaq yox, mehriban həyat qızdırar. Madaqaskar atalar sözləri
G
redaktə- Gəlin ocağa çəkər. Azərbaycan atalar sözləri/G
H
redaktə- Heç olmasa ömründə bircə dəfə sönmüş ocaq ətrafında əyləşib öz həyatını onun külü ilə müqayisə edən adamlar bir-biri ilə qohumdur. Uilyam Qoldinq
- Həyatımızın bir səhifəsini də cırıb ata bilmərik, amma həyatımız yazılmış romanı ocağa atıb tam külə döndərərik. Jorj Sand
K
redaktə- Kərpic və sementdən ev, uşaqların gülüşü isə ocaq. İrland atalar sözləri
- Kişilər ocaq kimidir, diqqətsiz qalanda sönürlər. Ja Ja Qabor
M
redaktə- Məhz hər tərəfdən çoxsaylı dostlarımızın bu xeyirxahlığı sayəsində yeni və arzuolunmaz vəziyyətim mənim üçün həqiqətən də yük deyil. Mən çox gənc olanda, yəqin ki, yaşımdakı kimi, həyatın məsum cavanlarından həzz almalıydım. Lakin mən gələcək dünya xoşbəxtliyimin bütün perspektivlərini çoxdan Vernon dağındakı ocaq başında hələ də həzz almağa qoymuşdum. Marta Vaşinqton
Q
redaktə- Qonşum sağ olsun, ocağından od verməsin. Azərbaycan atalar sözləri/Birlik və dostluq
- Qorxma, sönməz bu şəfəqlərdə üzən al bayraq;
Sönmədən yurdumun üstündə yanan ən son ocaq.
O mənim millətimin ulduzudur, parlayacaq;
O mənimdir, o mənim millətimindir ancaq. Mehmet Akif Ersoy
O
redaktə- Ocaq başında general olmursan. Eston atalar sözləri
- Ocaq içindən tutuşar. Azərbaycan atalar sözləri/O
- Ocaq közsüz qalmaz, gəlin sözsüz. Azərbaycan atalar sözləri/O
- Ocaqdan kül əskik olmaz. Azərbaycan atalar sözləri/O
- Ocağın altdan köz, adamın altdan söz. Azərbaycan atalar sözləri/O
- Od vurmasa qabda su daşa bilməz,
Quş da tək qanadla dağ aşa bilməz.
Kösöyün ikisi çöldə də yanar,
Biri ocaqda da alışa bilməz. Bəxtiyar Vahabzadə - Odu üfləyirlər ocaq yansın, üfləmirlər ki, ağız yansın. Vyetnam atalar sözləri
- Odunsuz ocaq olur, külsüz ocaq olmaz. Oğuznamə
Ö
redaktə- Özü yəhər qaşında, gözü ocaq başında. Azərbaycan atalar sözləri/Ö
P
redaktə- Paxılın aşı bişməz, bişsə də ocaqdan düşməz. Özbək atalar sözləri
R
redaktə- Ruzi (yemək) olsun, ocaqda olsun. Azərbaycan atalar sözləri/R
S
redaktə- Səbirsiz mənzilbaşına çatmaq olmaz, oğul! Səbir qara bir tikanı udmaq, tikan içini parçalayıb keçdikcə səsini çıxarmamaqdır. İnsan ocaq kimi yanmalı və yandığını heç kimə bildirməməlidir. Şeyx Ədabali
T
redaktə- Tək odun ocaqda da yanmaz, qoşa odun çöldə də sönməz. Başqırd atalar sözləri
Y
redaktə- Yanan ocaqda hamı qızınar: ancaq külünü təkcə ev sahibəsi atar. Madaqaskar atalar sözləri