Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
Sərmayəsi sevgi olanın, qazancı xoşbəxtlikdir. Ergün Gülər