Sahə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Başa düşmək lazımdır ki, alimin əməyi bütün bəşəriyyətin sərvətidir və elm ən böyük təmənnasızlıq sahəsidir.Maksim Qorki
- Başqa sahələrdə sevgi vərdişi olmayan adamın məhəbbət dərdinə mübtəla olması, immuniteti olmayanların xəstəliyə yoluxması kimi, ağır nəticələrə gətirə bilər. Tur Xander
- Biz hamımız savadsızıq, ancaq müxtəlif sahələrdə. Uill Rocers
- BMT-nin Finlandiya, Rusiya, Misir, CAR-da müxtəlif dildə danışan, müxtəlif sahələrdə işləyən, müxtəlif tərzdə geyinən, müxtəlif valyutadan istifadə edən, müxtəlif tanrılara dua edən və müxtəlif şeytanlardan qorxan, müxtəlif ümidlər və xəyallar quran yüzlərlə kişi və qadınlar arasında apardığı sorğu nəticəsində məlum olub ki...birgə yaşayışdan üç il sonra boşanma əyrisi çox sürətlə yuxarı qalxır. Bu ümumi cəhət daha bir təhqirdir. Frederik Beqbeder
İ
redaktə- İnsan ağıllı bir varlıqdır... belə olduğu üçün də lazımlı qidasını elmdən alır lakin insanın məlumatının sahəsi elə dardır ki, elmdən aldığı qidalardan ancaq çox az bir qismi üçün ümidlənilə bilər.Devid Yum
K
redaktə- Katib gözəl danışan, müdrik, səmimi, hisslərinə hakim, müxtəlif sahələrdə biliyə malik olmalıdır. Çanakya
Q
redaktə- “Qeyri-müəyyənlik zamanları” yoxdur, zaman daima qeyri-müəyyəndir. Bu zehnin sıxıntısıdır: Zehin dəqiqlik istəyər və zaman daima qeyri-müəyyəndir. Bu səbəblə, zehin, təsadüfən kiçik bir dəqiqlik sahəsi tapdığı zaman, davamlılıq hiss edər. Zehni xəyali bir qalıcılıq əhatə edər. Varoluşun və həyatın gerçək təbiətini unutmuş görünər, bir növ, xəyal dünyasında yaşamağa başlayar; görüntünü gerçəklə qarışdırmağa başlayar. Bu, zehinə yaxşı təsir edər, çünki bəsit bir səbəbdən dəyişmədən daima qorxar: Yaxşı və ya pis dəyişmənin nə gətirəcəyini kim bilə bilər? Bir şey dəqiqdir; dəyişmə sənin illuziyalar, gözləntilər, xəyallar dünyanı qarışdıracaqdır. Oşo
S
redaktə- Sizi bezdirməzdən əvvəl tədqiqat sahəsini dəyişin. Ceyms Uotson
T
redaktə- Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir. Üzeyir Hacıbəyli
- Teatr mənim üçün ən gözəl sənət sahəsidir. Həsən Nail Canat
- Təhsil hər bir dövlətin, ölkənin, cəmiyyətin həyatının, fəaliyyətinin mühüm bir sahəsidir. Cəmiyyət təhsilsiz inkişaf edə bilməz. Heydər Əliyev
- Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir sahəsinin xaricində qala bilməz. Pis əxlaqları yaxşıya çevirə bilər; pis qanunları yuyar və yerinə yenilərini qoyar; insanları mələklər səviyyəsinə çıxara bilər. Mark Tven
- Torpaq sahəsini çəpərləmiş ilk şəxs "bu mənimdir" deyə qışqırıb ona inanan sadəlövh adamları cəmləyə bilmişsə, vətəndaş cəmiyyətinin əsl banisi də odur. Jan Jak Russo
Ü
redaktə- Üç yüz ildən sonra bizə güləcəklər! Deyəcəklər ki, necə də qəribə insanlar yaşayırmış. Bəziləri deyəcəklər ki, onların pulu, pasportları varmış. Hansısa vətəndaşlıq vəziyyəti aktları, yaşayış sahəsinin kvadrat metri... Mixail Zoşşenko
Y
redaktə- Yer kürəsinin yaşıllıq və həyatla necə və hansı proseslərlə büründüyünü, buludların, dumanların və yağışların necə əmələ gəldiyini, bu yer kürəsinin bütün dəyişikliklərinə nəyin səbəb olduğunu və hansı ilahi qanunların səbəb olduğunu bilmək, şübhəsiz ki, saf bir zövqdür. Nizam açıq-aşkar qarışıqlıq içərisində qorunur. Fırtınanın və vulkanın səbəbini araşdırmaq və onların əşyaların təsərrüfatda istifadəsinə işarə etmək — buludlardan şimşək çaxıb onu təcrübələrimizə tabe etmək — olduğu kimi istehsal etmək ülvi bir məşğuliyyətdir. İncəsənət laboratoriyasındakı mikrokosmos və hərəkətləri və İlahi Ağılın onlara verdiyi qanunlara uyğun olaraq dəyişən, şeylərin kainatını təşkil edən görünməz atomları ölçmək və çəkmək. Əsl kimya filosofu xarici dünyanın bütün müxtəlif formalarında yaxşılıq görür. O, sonsuz müdrikliyin rəhbər tutduğu sonsuz qüdrətin əməllərini araşdırarkən, bütün alçaq xurafatlar, bütün məntiqli xurafatlar onun zehnindən yox olur. O, insanı kosmosda bir nöqtəyə sabitlənmiş atomlar arasında bir atom görür və bununla belə ətrafdakı qanunları dərk edərək onları dəyişdirmək; zaman keçdikcə bir növ hökmranlıq və maddi məkanda bir imperiya əldə etmək və sonsuz kiçik miqyasda bir növ yaradıcı enerjinin kölgəsi və ya əksi kimi görünən və ona fərqlilik hüququ verən bir güc tətbiq etmək istəyir. Allahın surətində yaradılmış və ilahi ağılın qığılcımı ilə canlandırılmışdır. Kimyəvi axtarışlar idrakı ucaltsa da, təxəyyülü incitmir və həqiqi hissləri zəiflətmir. Onlar zehnə dəqiqlik vərdişləri bəxş etməklə bərabər, onu faktlara diqqət yetirməyə məcbur etməklə yanaşı, onun bənzətmələrini də genişləndirirlər və əşyaların xırda formaları ilə tanış olsalar da, onların son məqsədi təbiətin böyük və möhtəşəm obyektlərinə malikdirlər. Onlar kristalın əmələ gəlməsini, çınqılın quruluşunu, gil və ya torpağın təbiətini nəzərə alırlar və onlar bizim dağ silsilələrimizin müxtəlifliyinin səbəblərinə, küləklərin görünüşünə, ildırım fırtınalarına, meteoritlərə, zəlzələlərə, vulkanlara və şairə və rəssama ən heyrətamiz obrazlar təqdim edən bütün hadisələrə aiddir. Təbiətimizin ən böyük səciyyəvi xüsusiyyətlərindən biri olan biliyə olan o sönməz susuzluğu yaşadırlar — hər bir kəşf faktların tədqiqi üçün yeni sahə açır, nəzəriyyələrimizin qeyri-kamilliyini bizə göstərir. Ədalətli şəkildə deyilir ki, işığın dairəsi nə qədər böyükdürsə, onu əhatə edən qaranlığın sərhəddi də bir o qədər böyük olar. Hemfri Devi
- Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo