Əgər at almaq istəyirsinizsə, һeç vaxt ən yuxarı qiymətdən neçəyə almağa razı olduğunuzu bərkdən qışqırıb car çəkməyin, əksinə, əgər atınızı başdan eləyib satmaq istəyirsinizsə, һeç vaxt ən aşağı qiymətdən neçəyə satmağa razı olduğunuzu bildirməyin. Diplomatiya bu sadə müdrikliyə riayət etməlidir. Otto fon Bismark
İngiltərədə teatr heç vaxt yuxarı siniflər üçün dəbdən və ya sadə insanlar üçün pozğunluqdan başqa bir şey olmayıb. Alfred De Viqni
İsa heç vaxt siyasətə qarşı deyildi. O, sadəcə istəyir ki, biz bilək ki, yuxarıda bundan da güclü qüdrət var. Biz bilməliyik ki, bütün siyasət sistemlərinin üstündə padşahların Padşahı və rəbblərin Rəbbi var. Frederik Çiluba
Məmurlar-insanın necə yaşaması üçün qanunlar yazan eşşək arılarıdır. Nazirlərin maaşı niyə daimidir və Prussiya xalqının yaxşı və ya pis yaşamasından asılı deyil? Əgər bu bürokratların maaşı xalqın yaşayış səviyyəsindən asılı olaraq aşağı və yuxarı dəyişərsə, onda bu axmaqlar az qanunlar yazar, çox düşünərdilər. Otto fon Bismark
Mən qapalı sandığın içində gün işığına çıxmağı gözləyən dəfinə deyiləm. Zatən mənə verəcəyin sualların aşağı-yuxarı bütün cavabları səndə gizlidir. Məni kəşf etməyə çalışmağını da, kəşf etdiyini zənn etməyini də istəmirəm. Hələ heç bir zərrə belə özümüzü tanıya bilməmişkən bir-birimizi tanımaq məcburiyyətində deyilik. Əlif Şəfəq
Mənə yuxarıdan baxsanız axmağın birini görərsiniz. Mənə aşağıdan baxsanız tanrını görərsiniz. Mənə tam qarşıdan baxsanız, özünüzü görərsiniz. Çarlz Menson
Yoldan uzaqda geniş əkin sahəsi açılırdı. Məni ondan tikanlı iki məftildən ibarət çəpər ayırırdı, gördüm ki, bu çəpər məndən bir mil ətrafda külək üçün yeganə maneə olan üç-dörd ağac aralıdadır. Çəpərin uzunluğu boyu, xüsusilə, altdakı məftilə hər cür uçuşan zir-zibil ilişib qalmışdı. Onlar dalğaların dəniz kənarına atdığı qırıntılara oxşayırdı; görünür, külək bütün bunları yoluna bu ağaclar və iki məftil çıxana kimi uzun müddət qovmuşdu. Yuxarıda, ağacların budaqlarında da plastik lentlər və qovluq parçaları külək istiqamətində şappıldayırdı. Birinci və axırıncı dəfə onda, orda dayanıb bütün bu ətrafdakı zibilə baxıb, boş zəmilərin üstündən keçən küləyi hiss edib, bir az xəyala daldım. Çünki hər halda bura Norfolkdur və Tommini itirdiyim vaxtdan iki həftə keçirdi. Zibil, budaqlarda şappıldayan qovluqlar, tikanlı məftildə ilişib qalmış, ağla gələn “sahil xətti” haqda düşündüm və gözlərimi yumub buranın uşaqlıqdan bəri itirdiyim hər şeyin atıldığı yer kimi təsəvvürümə gətirdim və indi məhz lazım olan yerdə durmuşam, səbrlə gözləsəm, onda əkin sahəsinin üfüqündə balaca bir fiqur əmələ gələcək, Tommi olana kimi tədricən böyüməyə başlayacaq, onda o mənə əl eləyəcək, bəlkə nəsə qışqıracaq da. Təxəyyülüm bundan o yana getmədi. Çünki ona icazə vermədim, baxmayaraq ki, yanağımdan yaşlar axırdı, hönkürmürdüm, özümü idarə edə bilirdim. Sadəcə bir az daha dayandım, sonra maşına tərəf döndüm, sükan arxasına keçdim ki, olmalı olduğum yerə gedim. İşiquro Kazuo
Yuxarı qalxan köhnə süpürgə köhnəni yeni şəkildə süpürməyə başlayır. İlya Rodionov
Yuxarı və aşağı siniflər arasındakı düzgün əlaqə, onlar arasındakı qarşılıqlı təsir, insan növünün yaxşılaşmasının dayandığı həqiqi təməldir. Yuxarı siniflər bəşəriyyətin böyük və bütöv düşüncəsini təşkil edir; aşağı siniflər onun əzalarını təşkil edir; birincisi düşüncə və dizayn, ikincisi icra hissəsidir. İohann Fixte