Toy
ARedaktə
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün. Qırğız atalar sözləri
- Arvadı qırmızı tuman geyməmiş ələ al. (Qırmızı tuman Koreya qadınlarının toy paltarıdır). Koreya atalar sözləri
- Ata-ana qızı toya qədər qoruyur, ər - axıra qədər. Rus atalar sözləri
- Avadanlıq toy - düyündə gərək, ağıl - gündə. Türkmən atalar sözləri
BRedaktə
- Bayraməlisiz toy olmaz, Azərbaycan atalar sözləri/B
- Bura nədir sənin üçün? Sən öl başına bir oyun açaram ki, dədənin toyu yadına düşər, düdük. Bağ mövsümü (film, 1985)
DRedaktə
- Dəlini apardılar toya, dedi: bura bizim evdən yaxşıdı! Azərbaycan atalar sözləri/D
- Dəvəni toya çağırıblar: "Dabanım böyük oynamıram, dodağım böyük söyləmirəm, ya suları əskikdir, ya odunlar" - deyib. Türk atalar sözləri
- Dövlətliyə gündə bayram, gündə toy; kasıba gündə həsrət, gündə vay. Tatar atalar sözləri
ERedaktə
- El ilə gələn qara gün toy-bayramdır. Azərbaycan atalar sözləri/E
FRedaktə
- Firavan dəfndən, kasıb toy yaxşıdır. Rus atalar sözləri
GRedaktə
- Gəlin bəzənənəcən toy sovuşdu. Azərbaycan atalar sözləri/G
- Gəlin bəzənincə toy əldən gedər. Azərbaycan atalar sözləri/G
KRedaktə
- Keçəl qız bəzənincə toy əldən getdi. Azərbaycan atalar sözləri/K
NRedaktə
- Nə xəmirdir, nə fətir, nə toya yarar, nə yasa. Türkmən atalar sözləri
ÖRedaktə
- Ölüm - yaradılmışın Yaradana qovuşmasıdır, şəbi-arus, yəni toy gecəsidir. Mövlana Cəlaləddin Rumi
SRedaktə
- Sənə qiymət qoymayacaqlarsa, heç toya da getmə. Qaraqalpaq atalar sözləri
TRedaktə
- Toy da olsa toyuğun vayıdır, vay da olsa. Azərbaycan atalar sözləri/T
- Toy o tərəfdədirsə, bu tərəfdə oynama. Başqırd atalar sözləri
- Toya ki gedirsən, acığını evdə qoy. Qaraqalpaq atalar sözləri
URedaktə
- Ulağı toya çağırdılar - su daşıtdırmağa. Gürcü atalar sözləri
VRedaktə
- Varlıların yediyi, fəqirlərin isə məhrum olduğu toy xörəyi necə də pisdir. Məhəmməd peyğəmbər