A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir. Pyer Büast
  • Mənim qəlbim su və alov kimi incə və güclü ikən

Nə üçün mən hər yaramazın qarşısında torpaq və yel kimi alçalıram. Əbül-üla Gəncəvi

  • Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər. Miqel de Servantes
  • Tənbələ dedilər: qapını ört, dedi: yel əsir, örtər. Azərbaycan atalar sözləri/T
  • Türklərdən bəhs edirəm... Düşməninə hücum edərkən amansız bir qasırğaya, qorxunc bir dənizə və insafsız bir ildırıma bənzəyən Türk;dost yanında və silahsız düşmən qarşısında bir səhər yelidir, sakit bir göldür. Türkü incitdiyin zaman könül açan bu yel bir ildırıma, göz qamaşdıran bu göl coşqun bir dənizə çevirilir. Torkvato Tasso
  • Vaxtdan istifadə edə bilməyən adam həmişə onun yel kimi uçmasından gileylənir. Jan de Labrüyer

İstinadlar

redaktə