A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


A Redaktə

  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var; birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol - təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi

B Redaktə

  • Beş ölümcül günah: “İlk günah, yüksək mənfəət əldə etmək üçün artıq qiymətləndirməyə sitayiş etməkdir. İkinci günah, yeni bir məhsula bazarın qaldıracağı qədər qiymət qoymaqdır. Üçüncü günah, xərc nəzarətli qiymətləndirmədir. Dördüncü günah, sabahın fürsətini dünənin mehrabında qurban etməkdir. Beşinci günah, problemləri bəsləyərkən fürsətləri acından öldürməkdir.” Piter Druker
  • Bədcins arvada rast gələnin bircə çarəsi var: onu boşayıb canını qurtarmaq. Pis arvadla bir yerdə yaşamaq canavarla və ya əfi ilanla bir yerdə olmaqdan təhlükəlidir. Can qurtarma çətin olduqda dörd hiylə işlətmək lazımdır:
    • Birinci, mal verməlidir. İzzəti-nəfsi qorumaq, irz-namusu saxlamaq mal saxlamaqdan yaxşıdır; çox mal verib canını xilas edə bilirsə, o malı az hesab etmək lazımdır, maldan keçmək candan əl çəkməkdən ucuz olar.
    • İkinci, qanıqaralıq salmaq, tündxasiyyətliliyə başlamaq, xəyanətə səbəb olmamaq şərti ilə cinsi yaxınlıq etməməyə başlamaq lazımdır.
    • Üçüncü, üstüörtülü kinayəli sözlər demək, qoca arvadlara oxşadığını söyləmək, onda kin və nifrət oyandırmaq, başqa ərə getməyə rəğbət yaratmaq, gəzməyə getməyə, evdən uzaqlaşmağa vadar etmək lazımdır ki, bəlkə, birinə rast gəlib ayrılmağa razı ola, xülasə, qorxutmaq, şirnikdirmək və mümkün olan bütün vasitələrə əl atılmalıdır ki, başdan eləyə biləsən.
    • Dördüncü, bütün bunlar bir nəticə vermədikdə, başqa əlac olmadıqda onu tərk edib uzaq bir səfərə getməlidir, lakin ona elə bir ağır şərait yaratmalıdır ki, o, ümidini itirib ayrılmağa məcbur olsun. Nəsirəddin Tusi
  • Bilik və bacarıq — insanın bütün məziyyətlərini əks etdirən iki dayaqdır. Qoy sənə möhtac olsunlar. Bütü səcdəgah edən heykəltəraş deyil, ona sitayiş edənlərdir. Yaxşısı budur ki, səndən xahiş etsinlər, nəinki minnətdarlıq bildirsinlər. Birinci nə qədər unutqandırsa, ikinci bir o qədər hafizəlidir. Asılı olanlar minnətdar olanlardan daha faydalıdırlar: susuzluğunu söndürən bulaqdan üz döndərəcək, sıxılmış portağal qızıl qabdan bataqlığa atılacaq. Ehtiyacın sonu dostluğun, sənə olan hörmətin sonu deməkdir. Baltazar Qrasian
  • Birinci – qoçaq, ikinci – cürətli, üçüncü– cəsurdur… Mininci – çox cəsarətli döyüşçüdür. Ancaq qələbə, şücaətini və qoçaqlığını birliyin, inamın gözə görünməyən əlaqəsi ilə birləşdirən cəsurlara qismət olur. Qay Yuli Sezar

Ə Redaktə

  • “Əgər” sözünü “Bu andan etibarən” sözüylə əvəzləyin. Məsələn, “Əgər mən tövsiyələrə qulaq assaydım..,” əvəzinə “Bu andan etibarən, tövsiyələrə qulaq asacağam” deyin. Çünki birinci halda siz ancaq keçmiş üçün peşmançılıq hissi keçirir və heç bir şeyi dəyişmirsiniz. İkinci halda isə, bunu tamamilə dəyişir və fayda əldə etmək üçün hərəkətə keçmiş olursunuz. Larry King
  • Ər arvada münasibətdə özünü üç şeydən saxlamalıdır:
    • Birinci, arvadının məhəbbətindən ölsə, onun eşqindən dəli-divanə olsa, sevgisindən ağlını çaşdırsa, elə etməlidir ki, arvadın xəbəri olmasın, özünü saxlaya bilməsə, eşq əlacı haqqında deyilənlərə əməl etməlidir. Hər halda, eşqini gizlətməlidir, əks təqdirdə bundan çox fəsadlar törəyə bilər.
    • İkinci, ümumi işlərdə arvadla məsləhətləşməməli, öz sirrini ona verməməli, malının-mayasının bir qismini ondan gizli saxlamalıdır, çünki onların belə işlərdən başı çıxmadığı üçün verəcəkləri yanlış məsləhətlər böyük zərər gətirər.
    • Üçüncü, arvadını nabələd qadınlarla dostlaşmağa, xüsusilə kişilərin eşqbazlıq macəralarından danışanlara qulaq asmağa qoymamalıdır. Əlbəttə, elələrini evə buraxmamalıdır. Belələri çox böyük bədbəxtliyə səbəb olarlar. Ən təhlükəlisi kişi məclislərində olmuş qarıların nağıllarıdır. Nəsirəddin Tusi

G Redaktə

  • Gözəl qadın gözə, yaxşı qadın isə ürəyə xoş görünür.Birincisi bərbəzək, ikincisi isə xəzinədir. Napoleon Bonapart

İ Redaktə

  • İkinci ana, yaxşı xala. Uels atalar sözləri
  • İkinci bir eşq tapmadan, birincini unuda bilməzsiniz. Oskar Uayld
  • İkinci bir sevgi tapa bilməzsək, birincisinə uzun müddət bağlı qalarıq. Fransua de Laroşfuko
  • İkinci dəfə taxıl kökündən böyüyür. Zulu atalar sözləri
  • İkinci sevgidə insan sanki bir dərsi təkrarlayırmış kimi hiss edir. O, bütün fənləri bilir, amma buna baxmayaraq, imtahandan keçəcəyinə əmin deyil. Branislav Nuşiç
  • İkinci təravət – bu cəfəngiyatdır. Təravət bir dəfə olur – birinci və sonuncu. Əgər ikinci təravət varsa, o içəridən çürükdür. Mixail Bulqakov
  • İmperializmin, xüsusilə zəngin tarixi təcrübəsi və mədəni keçmişi olan köklü cəmiyyətlərdə gördüyü ilk iş, mövcud nəsli tarixindən ayırmaq olmuşdur. İmperializm bu işdə o qədər müvəffəqiyyətli olmuşdur ki, uyğun cəmiyyətlərin islahatçıları keçmişlə bütün əlaqələrini kəsdilər və keçmişlərini tanımaz oldular. Halbuki imperialistlər, son dərəcə iman və eşqlə keçmiş əsərlərini diriltməyə, qorumağa və tanıtmağa çalışdılar. İkinci dünya müharibəsində Avropa şəhərləri bombalanarkən tarixi miraslarını can və mallarını fəda etmək bahasına olsa da qorumağa çalışdılar və bunun üçün mübarizə apardılar. Əli Şəriəti
  • İstənilən həqiqət üç etapdan keçir. Birinci etapda deyirlər: bu ola bilməz. İkinci etapda deyirlər: bu ola bilər. Üçüncü etapda deyirlər: bu ki, çoxdan məlumdur. Ernest Rezerford

Q Redaktə

  • Qəzəb xəstəliyinin nəticəsi yeddi növdür: birinci, “peşmançılıq”, ikinci, “dünya və axirət cəzası”, üçüncü, “dostların inciməsi”, dördüncü, “rəzillərin tənəsi”, beşinci, “düşmənlərin tənbehi”, altıncı, “məzacın pozulması”, yeddinci, “bədənin birdən sarsılması”, çünki “dəlinin tutması bir saatlıq olar” (deyiblər). Nəsirəddin Tusi
  • Qəzəbin səbəbi ondur: birinci, “iddialılıq”, ikinci, “iftixar”, üçüncü, “dava-dalaş”, dördüncü, “höcət”, beşinci, “zarafat”, altıncı, “təkəbbür”, yeddinci, “təlxəklik”, səkkizinci, “xəyanət”, doqquzuncu, “qisas”, onuncu, “mübahisə, münaqişə və həsədə səbəb olan nəfis şeylərə hərislik”. Bu səbəblərin birgə son nöqtəsi intiqam arzusu olar. Nəsirəddin Tusi

M Redaktə

  • Məhəbbətin ömrü üç ildir. Əvvəl ehtiras, sonra incəlik və nəhayət sıxıntı ili. Birinci il deyirlər: "Getsən, özümü öldürəcəm." İkinci il deyirlər: "Getsən, özümü pis hiss edəcəm, ancaq yaşayacam." Üçüncü il deyirlər: "Getsən, bunu şampan şərabı ilə qeyd edəcəm." Frederik Beqbeder
  • Məhəbbət üç il yaşayır: birinci il mebel alırlar, ikinci il mebelin yerini dəyişirlər, üçüncü il mebeli bölürlər. Frederik Beqbeder

N Redaktə

  • Necə oldu ki, Siz İkinci Dünya müharibəsinin qəhrəmanı oldunuz?

- Bu təsadüfən baş verdi. Yaponlar mənim gəmimi suda batırdılar. Corc Herbert Uoker Buş

R Redaktə

  • Romada ikinci olmaqdansa, burada birinci olmaq daha yaxşıdır. Qay Yuli Sezar - İspaniyaya gedən yolda Qalliyanın kasıb şəhərinin yanından keçərkən (e.ə.58) (Plutarx, "Sezar",11)

S Redaktə

  • Səxavət ona deyilir ki, mal-dövlətin sərf edilməsi necə lazım, necə layiqdirsə, elə də yerinə yetirilsin və sona qədər bu cür də davam etdirilsin. Səxavətin özünün də bir çox növləri vardır. Onlardan bəziləri haqqında aşağıda izahat veriləcəkdir. Lakin “səxavət” cinsinə daxil olan fəzilətlər səkkizdir: birinci, kərəm, ikinci, əliaçıqlıq, üçüncü, əfv, dördüncü, mürüvvət, beşinci, xeyirxahlıq, altıncı, yardım, yeddinci, pay, səkkizinci, üzüyumşaqlıq. Nəsirəddin Tusi

Ş Redaktə

  • Şeir tərcüməsi ali və çətin sənətdir. Mən ilk baxışdan paradoksal görünən, amma mahiyyətcə dəqiq iki müddəa irəli sürərdim: Birinci. Şeir tərcüməsi mümkün deyil. İkinci. Bu, hər dəfə istisnadır. Əgər tərcüməçi öz işinə məhz bu cür yanaşırsa (əslində, təkcə tərcüməçi yox, həm də hər bir şair), o nəyəsə nail ola bilər. Doğrudan da, nə isə alınanda bu necə də böyük xoşbəxtlik olur! Samuil Marşak
  • “Şücaət” cinsinə daxil olan növlərin miqdarı on birdir: birinci, nəfsin ağayanalığı, ikinci, qoçaqlıq, üçüncü, alicənablıq, dördüncü, mətanət, beşinci, helm, altıncı, nəfsin sakitliyi (təmkin), yeddinci, hünər, səkkizinci, dözümlülük, doqquzuncu, təvazökarlıq, onuncu, qeyrət, on birinci, riqqət. Nəsirəddin Tusi

T Redaktə

  • Tanrı bəşər övladına iki kitab bəxş etdi. Birində əzəmətini, digərində iradəsini göstərdi. Birinci kitab Onun yaratdığı görünən dünyadır. O dünya ki, onun binalarının nəhəngliyinə, gözəlliyinə, ahəngdarlığına baxan insan ona verilən anlayışa uyğun olaraq Tanrının qüdrətini qəbul etsin. İkinci kitab isə Müqəddəs Ayələrdən ibarətdir. Bu kitabda bizim xilasımız üçün Yaradanın iltifatı göstərilmişdir. Mixail Lomonosov

Ü Redaktə

  • Üçüncü dərəcəli ağıl yalnız əksəriyyətlə düşünəndə xoşbəxtdir. İkinci dərəcəli ağıl ancaq azlıqla düşünəndə xoşbəxt olur. Birinci dərəcəli ağıl yalnız düşündüyü zaman xoşbəxtdir. Alan Miln

Y Redaktə

  • Yəhudi olmaq istəyirdim. Sonra bildim ki, əslində nasistəm, çünki ailə üzvlərim alman idi. Mən nə deyə bilərəm? Hitleri başa düşürəm, amma düşünürəm ki, pis işlər görüb. Sonda sığınacağında oturduğunu təsəvvür edə bilərəm. Yaxşı adam deyiləcək biri deyil, amma mən onu bir az başa düşürəm və bir az da ona yazığım gəlir. Ancaq İkinci Dünya Müharibəsini dəstəkləmirəm və yəhudilərə də qarşı deyiləm. Lars fon Trier

İstinadlar Redaktə