A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Axmaqlığın ilk əlaməti abır-həyanın tam olmamasıdır. Ziqmund Freyd
  • Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. Pittak
  • Az bilib çox danışmaq axmaqlıq əlamətidir. Seyid Əzim Şirvani
  • Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
  • Bir millətin, xalqın varını, dövlətini əlindən alsan, o millət ölməz, yaşayar. Ancaq ana dilini əlindən alsan, həmin millət məhv olar, ondan əsər-əlamət qalmaz. Konstantin Uşinski
  • Dostluğun əsas əlaməti ünsiyyətdən həzz almaqdır. Aristotel
  • Fikirlərdə inadkarlıq, axmaqlığın ən düzgün əlamətidir. Onore de Balzak
  • Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir... Üzeyir Hacıbəyli
  • Həddindən artıq asan uğur, təəccüb harayları – şöhrətin az ömürlülüyünün əlamətidir; kəndirbazla şairin uğuruna eyni qiymət vermək olmaz. Onore de Balzak
  • Hədsiz mənlik və təkəbbür özünə hörmət əlaməti deyil. Fyodor Dostoyevski
  • Hər cür zəiflik, hətta zəiflik əlaməti belə insanları qorxudur. Onlar şüursuz şəkildə, sanki infeksiyaya tutulmaqdan ehtiyat edirmiş kimi bu cür adamlardan çəkinirlər. Teodor Drayzer
  • Hər kəs nəfsini sevdiyindən öz eyiblərini görə bilməz, bu eybin əlamətləri aşkar olduqda da onu dərk etməz. Bunun müalicəsi üçün deyilibdir: O adam fazil və kamil bir dost tapmalı, uzun müddət onunla oturub-durduqdan, ünsiyyət saxladıqdan sonra ixtiyar verməlidir ki, onun səhvlərini desin, o da bu səhvləri islah etsin, dostun köməyi və sədaqəti də bundadır. Bu barədə onunla möhkəm əhd-peyman bağlaya, heç bir şeyi gizlətməyə, deməyə ki, səndə heç bir eyib yoxdur, belə desə, bununla razılaşmaya, təkid edib onu doğru danışmağa məcbur edə, deməsə, dostluğa xəyanətdə təqsirləndirə, yenə əvvəlki sualına qayıda, daha da yalvar-yaxar edə, inad göstərib sussa, kədərlənə, ondan tamamilə üz döndərəcəyini, dostluğu qıracağını deyə, əl çəkməyə, nəhayət, dilə gətirməyə müvəffəq ola, eyiblərini söylədə; əlbəttə, bu vaxt onun dediklərinə etiraz etməməli, belə olmadığına sübut-dəlil gətirməməli, qaş-qabağını salıb narazılığını bildirməməlidir; əksinə, ona sevinc və şadlıqla qulaq asmalı, təşəkkürünü bildirməli, xəlvət yerə çəkilib ünsiyyəti möhkəmlətməli, səmimiyyəti artırmalı, eyiblərindən mümkünsə yaxa qurtarmağa, onları aradan qaldırmağa çalışmalı, dostunun etibarını daha çox qazanmalı, nəfsinin islahı xatirinə dönə-dönə belə etməli və dostunun sözlərindən inciməməlidir. Nəsirəddin Tusi
  • İnsan xarakterinə xas olan əlamət: əldə edə bilmədiyi şeyi hər şeydən üstün dəyərləndirmək və istəmək. Ziqmund Freyd
  • İnsanın əsl ləyaqətinin əlaməti odur ki, hətta paxıllığını çəkənlər də onu tərifləməyə məcburdurlar. Fransua de Laroşfuko
  • İnsanları üzünə tərifləmək yaltaqlıq əlamətidir. Aristotel
  • Qadının bərəkətli olmasının əlaməti budur ki, elçiliyi asan, mehriyyəsi isə yüngül olsun. Məhəmməd peyğəmbər
  • Qəzəb zəiflik əlamətidir. Aleksandr Düma (ata)
  • Qulun Allahu təalanı sevməsində səmimi olub olmadığı, başına bəla və müsibət gəldiyi zaman ortaya çıxar. Bəla və müsibət gəldiyində səbir və sakitlik halını mühafizə edə bilirsə, o həqiqətən Allahu təalanı sevir deməkdir. Müsibət və kasıblıq zamanında stabillik göstərə bilmək bu sevgiyə sübut və əlamət edildi. Biri Hz. Məhəmmədə; "Mən səni sevirəm" dəyəndə; "Kasıblıq üçün bir paltar hazırla" buyurdu. Bir başqası gəlib Hz. Məhəmmədə; "Mən Allahu təalanı sevirəm" dəyəndə; "Bəla üçün paltar hazırla" buyurdu. Əbdülqədir Geylani
  • Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə - axmaqlıq göstəricidir. Sun Dzı
  • Mən dahi insanın ağzının böyük ola biləcəyini düşünmürəm. Bu əlamət heyvanı xatırladır. Bundan başqa, mən həm də onun tərfdarıyam ki, alın və gözlər intellekti, ağız isə iradəni ifadə edir. Artur Şopenhauer
  • Mən həmişə mötəbər insanları alçaq hesab edirdim. İndi hər səhər həyəcanla güzgüdə özümə baxıram ki, orada alçaqlığın əlaməti var, yoxsa yox. Mark Tven
  • Mən, Müqəddəs Kitabda, doğruluğun əlaməti olan daha çox sübutlar görürəm, nəinki hər hansı dünyəvi tarix üzrə əsərlərdə.[1] İsaak Nyuton
  • Mərdliyin üç əlaməti var: sözünün üstündə durmaq, boş yerə lovğalanmamaq və sorğu-sualsız əfv etmək. İmmanuel Kant
  • Möminin beş əlaməti var: xəlvət və təklikdə olanda pəhrizkar olmaq, yoxsulluq zamanı sədəqə vermək, bəlalar müqabilində səbrlilik, qəzəblənəndə həlimlik və qorxu olmasına baxmayaraq doğruçuluq.[2] İmam Səccad

Odur insanlığın baş əlaməti.
Ağlın gördüyü iş hər vaxt düz olar,
O işin tapılaz bir qəbahəti.[3] Ziyaəddin Nəxşəbi

  • Öz istedadını inkar etmək istedadlılıq əlamətidir. Uilyam Şekspir
  • Özünü hisslərin ixtiyarına buraxmaq vəhşi azadlığın əlamətidirsə, hissləri cilovlamaq şəxsiyyət azadlığının əlamətidir. Əbu Turxan
  • Şöhrətpərəstlik hər hansı bir millətə xas olan əlamət deyil, o, hər yerdə var. Mayn Rid
  • Uşaqda təmiz, idrakı qüvvələrdən ən əvvəl utanmaq, həya əlamətləri özünü göstərir. Deməli, diqqət edilməli, fikir verilməlidir: əgər uşaq həyalıdırsa, əksər halda başını aşağı salıb sırtıqlıq etmirsə, bu, onun nəcibliyinə sübutdur; bu, o deməkdir ki, onun nəfsi çirkin əməllərdən ikrah edib, gözəl işlərə meyl göstərir, bu əlamət həmin istedadın uşaqda olduğuna dəlalət edir. Belə isə həmin uşağın tərbiyəsinə xüsusi fikir verməli, heç bir şeyi əsirgəməməli, istedadın sönüb getməsinə yol verilməməlidir. Nəsirəddin Tusi
  • Uşaqdakı utanma halı ondakı ağıl nurunun əlamətidir. Əbu Hamid əl-Qəzali
  • Ümid, sevginin əsasıdır. Ümidsizliyə qarşı onunla silahlan. Sərt bir tonun açıqürəklilik və güc əlaməti olduğunu düşünmək əbəsdir. Uilyam Şekspir
  • Üstün xüsusiyyətlərlə doğulmuş olmanın ən gerçək əlaməti, qısqanclıq duyğusundan məhrum doğulmuş olmaqdır. Fransua de Laroşfuko
  • Vacib olan heç nə təcili deyil. Təcili olan hər şey yalnız çaxnaşmadır. Lovğalanmaq –özünə inamsızlıq əlamətidir. Kobudluq isə acizlik əlamətidir. Onların xeyirli olmasına ümid etmək isə -axmaqlıq göstəricidir. Syun-Tszı
  • Zalım şəxsin üç əlaməti vardır; günaha batıb özündən üstünə zülm edər; özü hakim olduqda özündən aşağıya zülm edər; zülmkara kömək göstərərək zülm edər. Əli
  • Zorakılıq işlətməmək qorxaqlığın əlaməti deyil. O həmişə qəhrəmanlıqdır. Mahatma Qandi

İstinadlar

redaktə
  1. Two Apologies, by Richard Watson, 1820, p. 57
  2. Biharul-Ənvar, c.72, səh.336, hədis 24
  3. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.