A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Bilirəm; sabahlarım dünəndən fərqsiz. Həyatmı mənə küsdü, mənmi ona küsdüm xatırlamıram; amma bu aralayar pis inciyik. Sunay Akın
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran
  • Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram. Alber Kamyu
  • Bu günə ən uzaq gün, dünən. Özdəmir Asaf
  • Bu, vaxt itirməmək adlanır: dünən səhər gəldin, bu gün saat üçdə isə evlisən! Aleksandr Düma (ata)
  • Bütün gücünlə sevmə, sevgisindən əmin olmadığn adamı. Və unutma, Bu gün səni tərk edən; dünən uğruna öləcəkdi! Sunay Akın
  • Etiraf etməliyəm ki, əzab çəkmə faktı uzun müddət mənə yad olub. Məni bu mövzudan eşq agah etdi. İndi artıq buna dözə bilmirəm. Öldürmək bu mənada əzab çəkməkdən yaxşıdır. Dünən tam mənada dərk etdiyim şey doğrudan da ölmək arzusu idi. Alber Kamyu
  • Əxlaq – insanlar üçün nəzərdə tutulmuş yol-hərəkət qanunudur. Həmçinin elmin əxlaq sistemi yaratmasını gözləmək ağılsızlıqdır. Yeri gəlmişkən, bunu da yada salmaq pis olmazdı: hələ dünən dördkünc olduğu zənn edilən atomun forması bu gün dairəvi qəbul edilir və bütün dindarlar da fürsətdən istifadə edib, ədalətsiz və qərəzli şəkildə bu vəziyyətdən yararlanırlar. Bu halda fizika elmi təbiət üzərində hakimiyyətimizi daha da gücləndirəndə bu insanlar yaranan bütün dəyişikliklərə qarşı yenə belə laqeyd və biganə qalsınlar. Ziqmund Freyd
  • Gələcəkdən qorxmayın. Ona baxın, onun hesabına aldanmayın, lakin qorxmayın. Dünən mən kapitan körpüsünə qalxdım və dalğaları inamla yaran gəmini gördüm. Və mən özümdən soruşdum ki, niyə gəmi dalğalara qalib gəlir, baxmayaraq ki, dalğalar çoxdur, amma gəmi birdir? Və başa düşdüm ki, gəminin məqsədi var, dalğaların isə yox. Əgər məqsədimiz varsa, biz həmişə istədiyimiz yerə gələcəyik. Uinston Çörçill
  • Gəlin günün nemətlərindən həzz alaq ... və pisliyə səbirlə dözək. Çünki yalnız bu gün bizimdir. Biz dünən üçün öldük və sabaha qədər doğulmayacağıq. Ceremi Teylor
  • Heç bir müvəffəqiyyəti qəbul etməyin, dünəni də sabaha məhkum etməyin. (Arsenalla final matçından əvvəl, 2000) Fatih Terim
  • Hər insan xoşbəxt ola bilməz... Çünki; çox darıxar dünəni, Layiq olduğundan çox düşünər sabahı. Və heç layiq olmadığı qədər şüursuzca yaşayar bu günü. Erix Fromm
  • Həyat üç gündən ibarətdir: dünən, bu gün, sabah. İsa
  • Keçmiş olan dünəni heç yad etmə, sabah da gəlməmişkən fəryad etmə, düşünmə gələcəyi də keçmişi də, indi özün ol yaşamı bərbad etmə. Ömər Xəyyam
  • Mənimlə sabaha gəlsəydin; Səni dünəndə buraxmazdım! Tom Robbins
  • Mərhəmətsiz olma indi bu qədər, dünən ki, kimi çəkib getmə. Ahmet Kaya
  • Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. Can Yücəl
  • Sevginin dünəni yoxdur və sabahı haqqında düşünmür. H.Heyne
  • "Səhərdir” deyərək, günü dünən adına ötürmə. Ona təzəcə doğulmuş adsız çağanı ilk dəfə görürmüş kimi bax. Rabindranat Taqor
  • Səhv olduğumuzu etiraf etmək, bu gün dünəndən daha ağıllı olduğumuzu qəbul etməkdir. İohann Lavater
  • Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər. Miqel de Servantes

İstinadlar

redaktə