Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. Mövlana Cəlaləddin Rumi
Ağlar gələndə onların əlində "İncil", bizim əlimizdə torpaqlarımız var idi. Sonra onlar bizə gözümüzü yumub dua etməyi öyrətdilər. Gözümüzü açanda isə bizim əlimizdə "İncil" var idi, onların əlində torpaqlarımız. Jomo Kenyatta
Düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. İsa
... Hətta padşahlar çox vaxt böyük işlər üçün doğulan insanların acı taleyindən şikayətlənir və taleyin onları miskinliklə böyüklük arasındai yerləşdirməməyinə təəssüflənir. Dua edən müdrik insan da yoxsulluq, zənginlik üçün yox, həqiqi xoşbəxtlik meyarı olan orta vəziyyət üçün dua edir. Daniel Defo
Həyatda olduğunuz müddətcə, ömürü fürsət bilin. Bir müddət sonra həyat qapısı bağlanacaq, bu dünyadan ayrılacaqsınız. Gücünüz çatdığı müddətcə xeyirli işlər etməyi qənimət bilin. Tövbə qapısı açıqkən və əlinizdə bu imkan varkən bunu fürsət bilin. Tövbə edin. Dua etməyə imkanınız varkən, dua edin. Saleh kəslərlə birlikdə olmağı fürsət bilin. Əbdülqədir Geylani
“Qonşunu sev və düşməninə nifrət et” deyildiyini eşitmisiniz. Mənsə sizə deyirəm ki, düşmənlərinizi sevin, sizi təqib edənlər üçün dua edin. Belə ki siz göylərdə olan Atanızın övladları olasınız. Çünki O, günəşini həm pislərin, həm yaxşıların üzərinə doğurur, yağışını da həm salehlərin, həm də saleh olmayanların üzərinə yağdırır. Əgər sizi sevənləri sevirsinizsə, nə mükafatınız olacaq? Vergiyığanlar da belə etmirmi? Əgər yalnız qardaşlarınızı salamlayırsınızsa, başqalarından artıq nə etmiş olursunuz? Bütpərəstlər də belə etmirmi? Ona görə də Səmavi Atanız kamil olduğu kimi siz də kamil olun.[1]İsa
Mələklər və şeytanlar məni də ziyarət edirlər, amma mən onları başımdan edirəm. Əgər gələn mələkdirsə ona köhnə bir dua oxuyuram, bezib gedir. Yox, əgər gələn şeytandırsa ona köhnə bir günahı təkrarlayıram, məndən tez uzaqlaşır. Cübran Xəlil Cübran
Mən Tanrıya inanıram. Onu hər şeyin başlanğıcı, Ruh və Sevgi kimi qavrayıram. Mən ondayam, o da məndə. Hamının Tanrı kimi qəbul elədiyi İsaya dua etməsini ən böyük günah sayıram. Lev Tolstoy
Uşaqkən hər axsam yatmadan əvvəl Tanrıya mənə bir velosiped verməsi üçün dua edərdim. Bir gün Tanrının çalışma tərzinin bu olmadıgını anladım. Səhərisi gün getdim özümə yeni bir velosiped oğurladım və hər axşam yatmadan əvvəl Tanrıya günahlarımı bağışlaması üçün dua etdim. Al Kaponi