Qəribə
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Axmaq insanların arasında ağıllı insanlar həmişə qəribə görünürlər. Vissarion Belinski
- Ayrıldığın adamla görüşdüyün adam arasında hansısa qəribə bir əlaqə var. Aleksandr Düma (ata)
B
redaktə- Başqalarının ağrılarına qatılaram, amma xoşbəxtliklərinə yox, çünki başqalarının xoşbəxtliyində qəribə bir sıxıcılıq var. Oldos Haksli
- Belə bir qəribə fakt mövcuddur: bizim üçün çox əhəmiyyətli ola biləcək, Kainatın sirrlərini açmağa köməyi dəyəcək və həyatın verdiyi dərdlərin öhdəsindən gəlməyimizi təmin edəcək biliklər mədəni dəyərlərimizin arxa plana atdığı biliklərin arasında ön sıralardadır. Bunlar digərlərinə nisbətən doğruluğu ən az isbatlanmış biliklərdir. Ziqmund Freyd
- Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
- Bəzi qüsurlar bir insanın var olması üçün lazımlıdır. Köhnə dostlarımızın bəzi qəribə xüsusiyyətləri ortadan qalxmış olsa bu Xoşumuza gəlməzdi. Yohann Volfqanq Göte
- Bir çox insanlar qəribə və utanmaz bir istəyə tutulurlar. Onlar istəyir ki, elə dosta malik olsunlar ki, başqalarının ona vermədikləri şeyin hamısını o dostdan ala bilsinlər. Mark Tulli Siseron
- 1 saniyə...qadınlar çox qəribədir. Qarşına keçirlər, səni ələ almağa çalışırlar və bunu bacarırlar. Sonra sənin ondan xoşun gələr, onu sevərsən, könlünü ona verərsən, hər şeyə dözərsən; bunu ancaq sən edərsən. Qəribədir. Məhz bu məsələ məni çox incidir. Məni başa düşmədiklərinə görə inciyirəm dostum. Sevirəm deyirlər, amma sonra gedirlər. Bob Marli
- Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran
- Biz çox qəribə bir zamanda yaşayırıq: tərəqqinin vəhşiliklə bir addımladığını təəccüblə qeyd edirik. Ziqmund Freyd
- Bu dövrdə xoşbəxt birini görmək insana qəribə gəlir. Ağ rəngli fil görmək, xoşbəxt insan görməkdən daha asandır. Anton Çexov
- Bu dünyada əksəriyyətin kiçik bir azlıq tərəfindən idarə olunmasından daha qəribə bir şey yoxdur. Devid Yum
- Bütün canlı məxluqların qəribə bir qüsuru var. Bu, sirli, naməlum və anlaşılmazlıqlar qarşısında təbii bir qorxu, vahimə, tabe olmaqdır. Qay Yuli Sezar
Ç
redaktə- Çətinliklərlə qarşı-qarşıya gəldiyimdə, qəribə bir şəkildə, bu məni yalnız daha güclü biri edir.Missiyamdan və musiqimdən bir qat daha əmin oluram. Ledi Qaqa
Ə
redaktə- Əcayib, qəribə deyimlər gözəlliyi də eybəcərləşdirir. Üzeyir Hacıbəyli
- Əcdadlarımıza qəribə, qaranlıq və vahiməli görünənlər bizim üçün olduqca əlçatan, başa düşülən və xoşdur. Mixail Lomonosov
- Əgər Marsda əvvəl həyat var idisə, bu mənə qəribə gəlməzdi, lakin o (Marsda həyat), gördüyüm kimi, kapitalizmə qədər gəlib çatdı, kapitalizm zühur oldu və bu planeti məhv etdi. Uqo Çaves
- Əgər min cinayətin təslifatını beş barmağınız kimi bilirsinizsə, min birinci işi aça bilməmək qəribə olardı. Artur Konan Doyl
- Ən qəribə və yalnış fikirlərdən biri insan xoşbəxtliyinin insanın heç nə etməməsi ilə bağlı olması kimi yalnış fikirdir. Lev Tolstoy
F
redaktə- Fəzilət öyrənilməli və öyrənilə bilən, ancaq taleyi qəribə bir sənətə çevrildi: digər sənətlər inkişaf etdirilərkən və bir nəsil digər nəsildən öyrənildiyi halda, yalnız əxlaq nəzərə çarpacaq dərəcədə artmadı və burada ortaya çıxdı hər kəs yenidən öyrənməyə məcbur olur və əvvəlki nəsillərin təcrübəsindən istifadə edə bilmir. Georq Vilhelm Fridrix Hegel
H
redaktə- Həyat gülməli olmasaydı, çox qəribə olardı. Stiven Hokinq
- Həyat qəribə şeydir : mənim tanışlarımdan, demək olar ki, heç biri öz ilk məhəbbətləri ilə ailə həyatı qurmayıb. Ancaq kimlərlə ki, bu hadisə baş verib, tez –tez təkrar edirlər ki, nə isə vacib bir şeyi əldən buraxıblar, yaşamalı olduqları çox şeyi yaşamayıblar… Paulo Koelyo
İ
redaktə- İnsan həyatı bir oyuncaq kimidir! Qəribə də olsa, bizim həvəslərimizi idarə edən gizli yaylar şəraitə uyğun dəyişir! Sabah nifrət edəcəyimizi bu gün sevirik, sabah xilas olmaq istədiyimizi bu gün axtarırıq, bu gün istədiyimiz sabah bizi lərzəyə salır. Daniel Defo
- İnsanlar qəribə varlıqlardır. Möcüzələrlə dolu dünyada necə darıxa bilirlər?! Terens Pratchett
- İnsanların sıxlığından insan üçün darıxmaq da qəribə bir haldır. Xudu Məmmədov
- İntuisiya- qəribə şeydi. Onu inkar da etmək olmur, başa salmaq da. Aqata Kristi
Q
redaktə- Qəribə deyil? Xatirələr xoşbəxtlik vericidir, amma bəzən xatırlamaq...intihar səbəbin belə ola bilər.[1] Ziqmund Freyd
- Qəribə deyil mi? İnsan həmişə eşq ağrısı çəkməkdən şikayətlənər əslində, yaxşı heç mi eşq ağrısı çəkdirən yox aramızda. Çingiz Aytmatov
M
redaktə- Məhəbbət çox qəribə qəlp pul kəsəndir. O, təkcə misi qızıla çevirmir, bəzən də qızılı misə çevirir. Onore de Balzak
- Mən bir qəribə insanam.. Nə taxtım var, nə tacım.. Tut əlimdən Allahım.. Tək sənə möhtacam. Nəcib Fazil Qısakürək
N
redaktə- Nə qədər qəribə olsa da, bəzən qaliblər məğlub etdikləri düşmənlərini təqlid edirlər. Tarixdən buna aid çoxlu misallar göstərmək olar. Lyuk de Klapye Vovenarq
- Nə qəribə deyil mi? İnsanın həyatı sualla başlar və sualla bitər: "Adını nə qoydunuz?" "Mərhumu necə bilərdiniz?". Can Dündar
- Nə qəribə şeydir bu xoşbəxtlik! Getdimi gedər, çağırsan da gəlməz, gəlsə də qalmaz, qalsa belə bəs etməz. Sunay Akın
O
redaktə- O, Kolya Persianova izah edirdi:
- Kredit...Bu o deməkdir ki, sənin pulun yoxdur...anlayırsan? Pulun olmur, amma qəfildən olur! - Amma, mənim əzizim, pulun ödənməsini tələb etsələr, onda nə olacaq? – deyə Kolya soruşmuşdu. - Qəribə adamsan! Bu cür sadə şeyləri belə başa düşmürsən! Ödəmək vaxtı gələndə yenidən kredit götürürsən! Yenə ödəmək vaxtı, yenə kredit! İndi bütün dövlətlər bu cür yaşayır! Saltıkov-Şedrin
T
redaktə- Təbiət qadına olduqca böyük hakimiyyət verib və buna görə də qəribə heç nə yoxdur ki, qanunlar bu hakimiyyəti məhdudlaşdırır. Samuel Conson
Y
redaktə- Yaddaş qəribə görüntülər yaratmağı bacarır. O, ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir. Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur, lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır. Cerom Klapka Cerom