Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Hətta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqlərinin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
Nadanın savadlı adama nisbətdə böyük üstünlüyü var: o həmişə özündən razıdır. Napoleon Bonapart
Nikahdan kənar doğulan uşaqların, əksər hallarda, savadlı olmaları təəccüblü deyil, onlar ağıllı istifadə olunan bir saatın nəticəsidir. Evlilikdə doğulan uşaqlar çox vaxt cansıxıcılıq nəticəsində yaranır. Qotlip Teodor Hippel
Şüuru və mənliyi olan şəxslər başqalarının onlardan ağıllı, savadlı və gözəl olmasından qorxmur, özlərini üstün olduqları insanlardan uca tutmurlar. Çünki, onlara elə gəlir ki, xoş iradə hər insanda olmalıdır və onlar bu iradəyə görə özlərinə hörmət edirlər və onlar xoş iradə ilə müqayisədə belə şeylərə az əhəmiyyət verirlər. Rene Dekart