Gün
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ağ gün adamı ağardar, qara gün qaraldar. Azərbaycan atalar sözləri/A
- Ağ gün qara günü yaddan çıxardar. Azərbaycan atalar sözləri/A
- Ağ gün üz ağardar. Azərbaycan atalar sözləri/A
- Araq içən toydan toya sərxoş olar, ağılsız - hər gün. Qırğız atalar sözləri
B
redaktə- Başını aslanın ağzına salarsan, bir gün onu qoparsa şikayət edə bilmərsən. Aqata Kristi
- Bazar günü həftədə yalnız bir gün olur və bu barədə təəssüflənirəm. İnsan elə qurulub ki, o, iki bazar gününə də dözə bilər. Mən bunun necə asan olduğunu, bu imkanın əldən verilməsini tez-tez düşünürəm. Dünyanı altı gündə yox, üç gündə yaratmaq qüdrətli Yaradan üçün heç nə idi və buradan sizin üçün həftədə iki bazar günü alınardı. Amma mən kiməm ki, Yaradanın müdrikliyini tənqid edəm?.. Mark Tven
- Bəzən siçan yuvasına da gün düşür. Koreya atalar sözləri
- Bir bina tikintisində işləyən bir işçi olaraq ya bütöv planı bilmir, ya da həmişə aydın şəkildə təsəvvür etmir, buna görə həyatının fərdi günlərinə və saatlarına xidmət edən bir insan, ümumi bir fikrə sahib deyil. Artur Şopenhauer
- Bir gün mənsizlik çalar qapını, mənli günləri düşünüb avunarsan.. Sanma ki, yalanlar içində mənim kimi bir doğru taparsan.. Nazim Hikmət
- Bir gün yubatsan, on gün uzanacaq. Koreya atalar sözləri
- Biz çox tez ruhdan düşürük, hər zaman ”bunu etməyin mənası nədir ki” deməyə hazırıq. Lakin, yalnız ümüd elə bir xoş haldır ki, bu əsrdə, bu günlərdə insanları yalnız həvəsləndirmək lazımdır. Aqata Kristi
D
redaktə- Döyüş atı döyüşdə gərəkdir, qaçağan - hər gün. Qırğız atalar sözləri
E
redaktə- "Elmdən əvvəlki günlər" adlandırdığımız dövrlərdə insanlar yuxuların yozulmasında heç də çətinlik çəkmirdilər. O vaxtlar yuxular cin və şeytan kimi xəbis ruhların, yaxud mələk və Tanrı kimi müqəddəs qüvvələrin ifadə tərzi kimi qəbul edilirdi. Ancaq elmi düşüncənin yaranması və yayılması ilə birlikdə bu mitalogiya psixologiya ilə əvəz olundu. Müasir dövrümüzdə yuxunun insanın ruhi fəaliyyət olduğundan şübhələnən savadlı şəxslərin sayı çox azdır.[1] Ziqmund Freyd
Ə
redaktə- Əgər insan gün ərzində bircə xeyirxah söz eşidib, bir xeyirxah hərəkətə rast gəlib, bir xeyirxah iş görübsə, deməli, həmin günü əbəs yaşamayıb. Çin atalar sözləri
F
redaktə- Fəlakət vaxtları, gerçəkləri olduğu kimi fərq etməyini təmin edər. Həyat hər zaman kövrəkdir; hər kəs daima təhlükə içindədir. Sadəcə olaraq normal zamanlarda ölü kimi yatdığın üçün bunu görməzsən. Yuxu görməyə, gələcək günlər üçün, gələcək üçün gözəl şeylər xəyal etməyə davam edərsən. Lakin təhlükənin yaxın olduğu anlarda, birdən, gələcəyin olmaya biləcəyini, sahib olduğun yeganə anın bu olduğunu fərq edərsən. Buna görə də, fəlakət zamanları son dərəcə açıqlayıcıdır; dünyaya yeni heç bir şey gətirməz; sadəcə dünyanı olduğu kimi fərq etməyini təmin edər. Səni oyandırar. Bunu anlamasan, ağlını itirə bilərsən; əgər anlasan, oyana bilərsən. Oşo
G
redaktə- Gün batar, amma yenə də çıxar. Qırğız atalar sözləri
- Gün keçər, kin keçər. Türk atalar sözləri
- Gün qarası gedər, gön qarası getməz. Türk atalar sözləri
- Günəşin bir gün çıxması həftələrlə yağan yağışı unutdurur. Alber Kamyu
- Günlər nə qədər uzundur, illərsə nə qədər qısadır! Alfons Dode
X
redaktə- Xoşbəxt adamlar üçün ən uzun ömür də bir gün qədər qısadır, bədbəxtlər üçünsə bir gün də ömür qədər uzundur. Lukian
U
redaktə- Uşağını itirən bir ana üçün hər gün ilk gündür; bu iztirab qocalmaz. Viktor Hüqo
Y
redaktə- Yayda bir gün boş gəzərsən - qışda on gün ac qalarsan. Koreya atalar sözləri