A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Ad və titullar o şəxslər üçündür ki, onların ölkələri qarşısındakı xidmətləri şübhəsizdir, amma xalq üçün naməlumdur. Corc Bernard Şou
  • Ağıllı adamlar ideyaları, sıravi şəxslər hadisələri, axmaqlar isə insanları müzakirə edir. Kozma Prutkov
  • Bir çox şəxslər qaçmaqdan qorxduğu üçün cəsur sayılmışdır. ABŞ atalar sözləri
  • Böyük yaradıcılıq potensialı olan şəxslər öz mənəvi-intellektual enerjisini şüalandıra bilməsələr, dəli olarlar. Tur Xander
  • Dostluq bərabər şəxslər arasında maraqsız ticarətdir, Oliver Qoldsmit
  • Ədalətsiz idarəetmə bir çox şəxslər tərəfindən həyata keçirilərsə, bu, demokratiya adlanır. Xalqın hakimiyyəti o zaman bərqərar olur ki, geniş kütlələr öz güc və say üstünlüklərindən istifadə edərək varlıları əzirlər. Bu zaman bütün xalq bir vahid tiran kimi çıxış edir. Foma Akvinski
  • Əgər ayrı-ayrı şəxslər bayağı əsərlər yazıb bunları operetta adlandırırlarsa, yaxud ifaçılar çox vaxt operettaya onun adına yabançı olan şit hərəkətlər daxil edirlərsə, buna operetta janrı günahkar deyildir. Operettanın tərkib hissələri olan incə melodiya, sağlam yumor, yüngül satira heç də bayağılıq və ya şitlik əlaməti deyildir... Üzeyir Hacıbəyli
  • Fiziki xəstəlikdən əziyyət çəkən şəxslər obyektə duyduqları sevgini yavaş-yavaş itirməyə başlayırlar. Bu məqamda şəhvətlə eqo eyni taleyi bölüşərək, ayrılmaz vahidə çevrilirlər. Beləliklə, xəstənin məlum eqoizmi hər ikisinə də şamil olur. Biz isə bu halı olduqca təbii qarşılayırıq; çünki çox yaxşı bilirik ki, eyni vəziyyətə düşsək, həmin şeyi edəcəyik. Fiziki nasazlıqlar sevgiyə həvəsi öldürüb, laqeyidlik yaradır. Bu mövzuya karikaturaçılar tez-tez müraciət edirlər. Ziqmund Freyd
  • İndi bəşəriyyətin canlı nəslinin ən böyük xeyirxahları olan şəxslər kimlərdir? Deməliyəm: Konfutsi və Lao-Tse; Budda; İsrail və Yəhuda peyğəmbərləri; Zərdüşt, İsa, Məhəmməd və Sokrat. Arnold Cozef Toynbi
  • Müdrik şəxs vəzifəli adamlara möhtac olmaya bilər. Amma vəzifəli şəxslər müdrik adama möhtacdırlar.[2] Mirzə Şəfi Vazeh
  • Sanki ölüm bizim üçün yox, başqaları üçün yazılmışdır. Sanki gördüyümüz bu ölülər elə bir yerə gedirlər ki, tezliklə dönüb qayıdacaqlar. Onları qəbirlərə qoyuruq; miraslarını yeyirik. Bütün öyüdləri unutmuşuq, hər bir bəlanı arxaya atmışıq. Bizi kökümüzdən qoparacaq bəlalara göz yummuşuq. Xoş o şəxsin halına ki, təkəbbürdən uzaqdır, qazancını tər-təmiz bir hala gətirmişdir, xasiyyətini gözəlləşdirmişdir, var-dövlətinin artığını yoxsullara paylamışdır, bihudə sözlər danışmaqdan uzaqdır, şərini insanlardan uzaqlaşdırır; sünnət ona ağır gəlmir, bidətə mənsub deyildir. Əli
  • Səlahiyyətli şəxslərin vəzifəsi - qanunlar əsasında xalqı faydalı işlərə yönəltmək, ədalətli göstərişlər verməkdir. Qanunlar vəzifəli şəxslərə əmr edir, vəzifəli şəxslər isə xalqa. Demək olar ki, hökumət - danışan qanundur, qanun isə lal hökumət. Mark Tulli Siseron
  • Sizə etibar etməyən sizin etibarınıza layiq deyildir. Lakin etimada layiq olan şəxslər qarşısında da tam açılmayın. Çünki, etibardan irəli gələn diqqətsizlik hər şeyi alt-üst edə bilər. Çanakya
  • Şah Abbas məmləkəti abad etmək və rəiyyətin asayişinə baxmaq işlərində bütün dünyada məşhurdur. Qoymuş olduğu bir çox mülki və əsgəri qanunlar, İran şahları üçün rəhbər olmuşdur. Sultanların ləyaqətini onların xüsusi məziyyətlərinə görə təyin edən Avropa tarixçiləri belə, bu elmi sevən padişaha “Böyük” ləqəbi vermişlər. O, xalq arasında indi də adil sifətlə tanınmaqdadır. İctimai binalar və xeyriyyə müəssisələri tikdirməkdə islam dövründə, İranda bu padişahın misli və tayı olmamışdır. Bütün İranda, o cümlədən, Şirvan ölkəsində olan məscidlər, mədrəsələr, uzaq çöllərdəki kəhrizlər və çoxlu karvansaralar bu iddianın doğruluğuna aydın bir sübutdur. Bir çox fazil şəxslər, onun tərbiyəsi sayəsində, elm və fənndə öz dövrünün başçılarından olmuş və bütün dünyada böyük şöhrət qazanmışlar. İşinin çoxluğuna və bir çox müşkül işləri həll etməklə məşğul olmasına baxmayaraq o, kamil adamlarla müsahib olmağa mail olub, gözəl təbi-şerə də malik idi. Abbasqulu ağa Bakıxanov [3][4]
  • Şərait dəyişildikcə, bəzi hallarda qüdrətli şəxslər zəiflərdən dalda qalırlar. Demokrit
  • Şüuru və mənliyi olan şəxslər başqalarının onlardan ağıllı, savadlı və gözəl olmasından qorxmur, özlərini üstün olduqları insanlardan uca tutmurlar. Çünki, onlara elə gəlir ki, xoş iradə hər insanda olmalıdır və onlar bu iradəyə görə özlərinə hörmət edirlər və onlar xoş iradə ilə müqayisədə belə şeylərə az əhəmiyyət verirlər. Rene Dekart
  • Vəzifəli şəxslər öncə ətrafındakı yaltaqların xoş yalanlarına birtəhər dözür, sonra onlara vərdiş edir və tək-tük düz danışanlara birtəhər dözürlər. Və nə vaxtsa daha buna da dözə bilmirlər. Əbu Turxan
  • Yoxsul ola-ola paxıl olmayan şəxslər şərəfli insanlardır. Jan de Labrüyer

İstinadlar

redaktə
  1. [1]Xoşbəxtlik ehtimalımız. Aforizmlər. Ziqmund Freyd. Bakı,2015
  2. Aforizmlər və hikmətli sözlər. Bakı, 2005, səh.32
  3. Gülüstani-İrəm, "AzSSR Elmlər Akademiyası nəşriyyatı", Bakı-1951, səh.143-144
  4. A. A/Bak;xanov. Gülüstani-İrəm (Tərcumə edəni M. Əskərli) - Bakı: Minarə, 2000. - səh.52