Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Axşam çörəyini sabaha saxla, axşamın işini səhərə saxlama. Kürd atalar sözləri
Axşam düşündüyün işi səhər gör. Udmurt atalar sözləri
Ağıllı iş - qanadlı quş. Özbək atalar sözləri
İgidin əli işdə gərək. Azərbaycan atalar sözləri/İ
İş adamı korlamır, adam işi korlayır. Fin atalar sözləri
İş aslandır, alarsan ələ, olar tülkü. Kürd atalar sözləri
İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
İş güclüdən yox, can yandırandan qorxar. Fin atalar sözləri
İş həyatdan həzz almağın ən yaxşı üsuludur. İmmanuel Kant
İş həyatı hər vaxt şirinləşdirər. Amma hər kəs şirin sevməyə bilər. Viktor Hüqo
İş ideya üçün yaranmır - ideya iş üçün yaranır. Volter
İş insanı safa çıxardar. Azərbaycan atalar sözləri/İ
İş insanı üç bəladan - avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
İş insanın cövhəridir. Azərbaycan atalar sözləri/İ
İş istəyin, iş verməsələr çörək istəyin. Çörək verməsələr, çörəyinizi alın. Emma Qoldman
İş, işi çəkər. (alm. Arbeit zieht Arbeit nach sich.) Alman atalar sözləri
İş iştaha açar, tənbəl işdən qaçar. Özbək atalar sözləri
İş ustasından qorxar. Azərbaycan atalar sözləri/İ
İşi yaxşı olanda yad olur, pis olanda - qohum. Koreya atalar sözləri
İşi başlayan yarıda qoymaz. Azərbaycan atalar sözləri/İ
İşləmək çörək, tənbəllik qıtlıq gətirər. (alm. Arbeit bringt Brot, Faulenzen Hungersnot.) Alman atalar sözləri
İşləmək dərdindən yeməyə həsrət canım. Azərbaycan atalar sözləri/İ
İşləmək məcburiyyətindəyəm, yoxsa əxlaqım pozular. Lev Tolstoy
İşləməyən dişləməz. Azərbaycan atalar sözləri/İ
İşlənməyən dəmiri pas tutar. Azərbaycan atalar sözləri/İ
İşləri nə qədər pis gedirsə, bir o qədər gözəl görünməlidir qadın. Koko Şanel
İşləyən o adam deyil ki, iş axtarır; o adamdır ki, iş onu axtarır. Fin atalar sözləri
Sevdalın bu dağı deş desə, qaçar, deşərsən! İş Allaha gəldimi, gücün yox, səndələyərsən! Nəcib Fazil Qısakürək