A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Aclıq, nə dost, nə qohum, nə insanlıq, nə də haqq tanıyar. Daniel Defo
  • Axşam yeməyində Rusiyanı işğal etmək qərarına gələ bilərsiniz, şıltaqlıqla döyüş üçün Waterloo seçin. Detallar, xırda şeylərdir. Bir milyon canı qumar oynamaq asandır. Çətin olanı bunun tək bir insana necə zərər verə biləcəyini görməkdir. Əgər bunu düz tuta bilməsən, cəhənnəm, insanlığını itirəcəksən. Duayt Eyzenhauer
  • Ailə insanlıq tarixinin ilk müəssisəsidir. Nəsillər oradan boy atır, orada böyüyür. Xalqlar da gücünü, bütövlüyünü ailələrə bağlayır. Füyuzat jurnalı
  • Amma Türklər insan deyil ki! Mədəni olmayan millətlərə qarşı qaz istifadə edilə bilər. (Çanaqqalada zəhərli qaz istifadəsinin insanlıq günahı olduğunu söyləyənlərə) Uinston Çörçill
  • Anlayın ki, bizi idrakın məkrliyi, hiyləgərliyi, əclaflığı deyil, Qəlbin İnsanlığı, Ədaləti və Alicənablığı hiddətlənməyə, qəzəblənməyə, etiraz etməyə, coşmağa və qisasla dolu azğınlaşmağa məcbur edir. Anlayın, Peyğəmbərlər — bizim insani qəlblərimizin mexanizmidir. Bu – yelləncək mexanizmidir, Ruhun Alicənablıq tərəfə ən güclü qalxışından sonra ən güclü uçuş Heyvan Qəzəbi tərəfinə yönəlir. Ruh yelləncəyini insanlıq tərəfə qaldırmaq istəyi və bundan da daima nəticə kimi çıxan heyvanlıq tərəfə uçuş — möcüzəvi və eyni zamanda qanlı zolaq kimi bütün bəşər tarixindən keçir. Görürük də ki, elə həmin o son dərəcə qızğın dövrlərdəki güclü və hərəkətlərdə gerçəkləşən Ruh və Ədalət tərəfə qalxışlar bizə xüsusilə qorxunc gəlir — ardınca misli görünməmiş qəddarlıq və şeytani pisliklərin gəlişinə görə… Mark Levi
  • Deyəsən artıq yaxşı insanlar; Ətrafa verdiyi İnsanlıqdan ötəri üzr istəməlidir. Robin Şarma
  • Ədəbiyyatımız milli ruhu və milli düşüncəni amal etməli, millətə aid məsələləri kiçik də olsa insanlıq səmasında bir göy qurşağı halına gətirməlidir. Füyuzat jurnalı
  • Əfv insanlıq dilinin ən şirin kəlməsidir. Viktor Hüqo
  • Əgər Tanrı və insanlıq, sizlərin də doğruladığı kimi, bir bütünlük olsalar, mənim də onlardan əskik bir tərəfim yoxdu və "boş" olduğuma dair bir şikayətim də yoxdur. Mən heçəm deyərkən, boş olduğumu demirəm, şəxsən yaradıcı bir heçəm, bir yaradıcı olaraq hər şeyi yaradan bir heç. Maks Ştirner
  • Hürriyyətdən əl çəkən insan insanlıq həsrətindən, bəşəri haqq və vəzifələrdən imtina etmiş sayılır. Jan Jak Russo
  • Xristianlıqda insana münasibətdə ikilik var. Bir tərəfdən insan yıxılmış və günahkar bir varlıqdır, təkbaşına ayağa qalxa bilmir, azadlığı zəifləyir, təhrif olunur. Amma digər tərəfdən, insan Allahın surəti və bənzəridir, yaradılışın zirvəsidir, o, padşahlığa çağırılır, Allahın Oğlu insan oldu və Onda əbədi insanlıq var. Allahın əbədi insanlığında insanla Tanrı arasında mütənasiblik vardır. Bu mütənasiblik olmadan vəhyin mümkünlüyünü anlamaq mümkün deyil. Vəhy təkcə aşkar edənin deyil, həm də vəhyi qəbul edənin fəaliyyətini nəzərdə tutur. İkiqatdır. Nikolay Berdyayev
  • İnsan cəmiyyətdə yaşamaq üçün yaranıb; əgər o, tərki-dünya həyat sürürsə, öz insanlıq mahiyyətinə zidd gedir və deməli, insan adlandırıla bilməz. İohann Fixte
  • İnsanı, atanı əzabdan, qadını göz yaşlarından xilas etmək xeyirxah əməl yox, insanlıq borcudur. Aleksandr Düma (ata)
  • İnsanlıq dünyəvi ədalət istehsal edən gücə malikdir. Rafiq Tağı
  • İnsanlıq fırtınada olan gəmi kimidir. Kompas zədələnib, dəniz xəritələri ümidsizcə köhnəlib, kapitan dənizə atılıb və dənizçilər növbə ilə onu əvəz etməlidirlər. Üstəlik, sükanın hər dönüşü təkcə ekipaj üzvləri ilə deyil, həm də hər dəqiqə getdikcə daha çox göyərtədə olan sərnişinlərlə əlaqələndirilməlidir ... Uinston Çörçill
  • İnsanlıq həmişə, hər yerdə ən yüksək insan fəziləti, ən yüksək insan ləyaqətidir. Çünki, onsuz insan heyvandır və sağlam düşüncənin əksinə olaraq xaricdən insan formasına girmiş, daxilən isə iyrənc heyvandır. Vissarion Belinski
  • İnsanlıq qadının, səxavət kişinin fəzilətidir. Adam Smit
  • İnsanlıq olmalı insana şüar. Əhvədi
  • İnsanlıq tarixi düşüncə tarixidir. Corc Herbert
  • İnsanlıq və idrak hissi insanlar arasında mövcud ola biləcək ən yaxın bağdır və onu pozan və inkar edən şəxs şər və günahkardır. Əgər hamımız Allahın yaratdığı tək bir insandan törəmişiksə və mənşəyimiz varsa, biz, şübhəsiz ki, qan bağı ilə bağlıyıq və buna görə də, günahkar olsa belə, insana nifrət etməyi ciddi bir günah kimi qiymətləndirməliyik. Allah buyurdu ki, heç vaxt düşmənçilik yaratmayaq; lakin əvəzinə onları həll etmək üçün hər şeyi edin. Laktansius
  • İnsanlıqdan daha qüsursuz hansı kitab vardır ki. Mahatma Qandi
  • İnsanlığa həmişə məqsəd kimi yanaşın, heç vaxt bir vasitə kimi davranmayın. İmmanuel Kant
  • İnsanlığa inamınızı itirməyin: sizə heç bir pislik etməyənlərin hamısını düşünün. Elbert Habbard
  • İnsanlığa şərəf verən türk millətinə düşmən olmaq insanlığa düşmən olmaqdır. Alfons de Lamartin
  • İnsanlığı sevirəm, –o dedi, — ancaq təəccüblüdür ki, insanlığa olan sevgim nə qədər çoxdursa, hər bir fərdə ayrılıqda olan sevgim bir o qədər azdır. Fyodor Dostoyevski
  • İnsanlığı sevmək qonşunu sevməkdən daha asandır. Erik Hoffler
  • İnsanlığı tədqiq etməyin ən yaxşı yolu mütaliə etməkdir. Oldos Haksli
  • İnsanlığın ən böyük araşdırması insanın özünü öyrənməsidir. Corc Patton
  • İnsanlığın ən yüksək məfhumu – fikirdir. Pifaqor
  • İnsanlığın qurtuluşunu təmin edəcək ən böyük əxlaq tolerantlıqdır. [1]Hendrik Villem van Lin
  • İnsanlığın yalnız bir düşməni var - o da nadanlıqdır. Nadanlığın yalnız bir dərmanı var - o da elmdir. Aristotel
  • Kəpənək və səhləb növlərində məqsəd olmadığı kimi "insanlığın"da heç bir məqsədi, fikri, planı yoxdur. “İnsanlıq” boş sözdür. Osvald Şpenqler
  • Kim ki, insanı sevir, aşiqi-hürriyyət olur,
    Bəli, hürriyyət olan yerdə də insanlıq olur.[2] Mirzə Ələkbər Sabir
  • Kitablar özünüzə və başqalarına hörmət etməyi öyrədəcək, ürəyi və ağlı, dünya və insanlıq sevgisiylə dolduracaq. Maksim Qorki
  • Qorxuram dünyada bir zaman gələ,

İnsanlar yaşaya, insanlıq ölə. Bəxtiyar Vahabzadə

  • Məgər əsl insanlıq bizdən uzaqdadır? Əgər sən onu istəsən, o həmin an sənin yanında olar! Konfutsi
  • Mən Quranı hər yöndən araşdırdım. Hər kəlməsində böyük hikmətlər gördüm. Mən bunu iddia edirəm ki, Həzrəti Mühəmməd seçilmiş bir insandır. Belə bir insanın yenidən gəlməsi ehtimaldan uzaqdır. Ey Muhəmməd! Sənin çağdaşın ola bilmədiyim üçün çox kədərlənirəm. Öyrətdiyin və yaydığın bu kitab sənin deyildir. Bu, Allah kəlamıdır. Bu kitabın Allah sözü olduğunu inkar etmək bugünkü elmlərin lazımsızlığını iddia etmək qədər gülüncdür. İnsanlıq sənin kimi seçilmiş bir qüdrəti bir dəfə görmüş, bundan sonra görməyəcəkdir. Hüzurunda tam hörmətlə əyilirəm. [3] Otto fon Bismark
  • Mən o acı dolu günlərin, o insanlıq faciəsi sürgünün uşağıyam. Cövhər Dudayev
  • Nə olardı, bir il də insanlıq dəbdə olsa? Ece Ayhan
  • Oxumaq qidadır. Oxuyan insanlıq, bilən insanlıqdır. Viktor Hüqo
  • Ölüm hər halda insanlıq üçün, xüsusilə ürəkləri gələcəyin ümidilə, parlaq və işıqlı gələcəyin ümidi ilə dolu olan əqidə sahibləri üçün xoşagələn deyildir. Xosrov Ruzbeh
  • Səhv etməyən insan yoxdur; insanlıq bütün səhvləri qəbul etmək və onları düzəltməklə yaranır. Albert Eynşteyn
  • Siyasi güc çirkindir. Başqaları üzərində güc çirkindir. İnsanlıq xaricidir, çünki biri üzərində güc sahibi olmaq, o insanı bir əşyaya endirmək deməkdir. Sənin malın halına gələr. Oşo
  • Təcrübəli həkim 3 əsas keyfiyyətə malik olmalııdr: 1.İnsanlığa məhəbbətə; 2.Elmi biliyə; 3.Müəmmalı sirlərin açılmasına göstərilən marağa. Pol Uayt
  • Türklərin tək sonsuz bir cəsarəti deyil, iradələri gicləşdirən bir sehrbaz zəkası vardır. Budur Türk, bu zəkasıyla zəfər qazanar, sivilizasiyalar yaradar və insanlıq dünyasında ən şərəfli xidməti bacarar. Onsuz da Avropanın yarısını əsrlər boyu boyunduruq altına almaq başqa cür mümkün ola bilməzdi. Çarnayev (Rus komandir)
  • Üç addım: Yer kürəsinin əhalisi – Bəşəriyyət, Bəşəriyyət – İnsanlığa yüksəlmək yolunda. Rahid Ulusel
  • Vaxtında kitabları qarışdırdım. Filosofların həyat haqqında dediklərini başa düşmək istədim. Bəziləri hər şeyi qara kimi görürdülər. "Biz heç kim deyilik və sıfıra çatmayacağıq, dünyada müvəqqəti həyat zamanı sevinc və xoşbəxtlik üçün yer yoxdur" dedilər. Digər kitabları oxumuşam, ağıllı adamlar bunları yazıblar. Deyirdilər: "Sona sıfır gəldiyindən, nə olursa olsun, heç olmasa yaşadığımız müddətcə şən və nəşəli olaq." Mən öz xarakterim baxımından həyatın ikinci mənzərəsini bəyənirəm, ancaq aşağıdakı həddlərdə: Bütün insanlığın öz şəxsiyyətində olduğunu görən kişilər kasıbdırlar. Aydındır ki, həmin insan bir şəxsiyyət olaraq yox olacaqdır. Yaşadıqları kimi məmnun və xoşbəxt olmalı olan şey özü üçün deyil, özündən sonra gələnlər üçün çalışmaqdır. Fərasətli bir adam yalnız bu şəkildə hərəkət edə bilər. Həyatda tam zövq və xoşbəxtlik yalnız gələcək nəsillərin şərəfinə, varlığına, xoşbəxtliyinə xidmət edə bilər.[4] Mustafa Kamal Atatürk

İstinadlar

redaktə
  1. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.458
  2. Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.
  3. Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.317
  4. Romanya Dışişleri Bakanı Antonescu İle Konuşma. Atatürk 20 mart 1937-ci ildə Ankara Palasda, Rumıniyanın xarici işlər naziri Viktor Antoneskuya bunları dedi.