Görmək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aclıq dərmanların padşahıdır. Aclığı canla könüllə mənimsə, onu xor görmə. Mövlana Cəlaləddin Rumi
- Adam bilmirsə nə istədiyini, həm səni zay edər həm özünü. Dibini görmədiyin su kimi, sonunu görmədiyin sevdaya qapdırma özünü. Mövlana Cəlaləddin Rumi
- Ağıl insana ağılsız yaşamağını görmək üçün yox, ağıllı yaşamaq üçün verilir. Vissarion Belinski
- Ağıl sonradan ah çəkmək üçün deyil, əvvəlcədən düşünüb tədbir görmək üçündür. Mövlana Cəlaləddin Rumi
- Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
- Ağıllıların əlaməti bədbəxtliyi qabaqcadan görmək, igidlik isə bədbəxtliyə qalib gəlməkdir. Pittak
- Allahın var olduğunu isbat etməyin lazım olduğunu düşünürsünüz? Günəşi görmək üçün əvvəlcə bir məşəl yandırmaq lazımdır? Çin atalar sözləri
- Anlamaq üçün görmək lazımdır və görmək üçün diqqətlə baxmaq lazımdır. Dino Siqr
- Aynaya baxdığında başqa birini görmək istəmirsənsə özün kimi ol. Avraam Linkoln
B
redaktə- Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
- Bir az utancvericidir... bütün ömrü boyu insan problemi ilə məşğul olmuş və sonunda “bir az daha mehriban olmağa çalışın”dan başqa nəsihət verə bilməyəcəyini görmək. Oldos Haksli
- Bir dəfə görmək on dəfə eşitməkdən yaxşıdır. Koreya atalar sözləri
- Bir insan bilmirsə nə istədiyini, həm səni ziyan edər, həm özünü. Dibini görmədiyin suya dalmadığın kimi, əmin olmadığın sevgiyə təslim etmə özünü. Mövlana Cəlaləddin Rumi
- Bir insanda, özünü yüksək görmə, ehtiras və şəhvət varsa, bunlar o danışarkən soğan yemiş kimi iy verər. Mövlana Cəlaləddin Rumi
- Biz özümüzü evlərimizin və əşyalarımızın təsirindən kənarda və hətta üstün olan bir fərd hesab edirik. Amma onların arasında, eləcə də onlarla bizm aramızda incə bir əlaqə var. Bu əlaqə əşyaların bizi, bizim isə əşyaları əks etdirməyimizə imkan verir. İnsanlar və əşyalar bir-birilərinə üstünlüklərini, incəliklərini və güclərini xəbər verirlər: gözəllik və ya bunun əksi dəzgahdakı məkik kimi bir-birinə qarışır. İnsanı onun üçün xarakterik və ona məxsus olan əşyadan aralaşdırın və siz görəcəksiniz ki, qarşınızda hüquqları, imtiyazları qaytarılmayana qədər özünə gələ bilməyən, torsuz hörümçəyi xatırladan nə xoşbəxt, nə də bədbəxt görünən bir fiqur dayanacaq. Teodor Drayzer
- Böyük işlər görmək üçün bilik və cəsarət lazımdır. Baltazar Qrasian
- Böyük işlər görmək üçün elə yaşamalısan ki, sanki heç vaxt ölməyəcəksən. Lyuk de Klapye Vovenarq
- Bu günü görmək, gələcəyi görməkdən daha asandır. Bencamin Franklin
- Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik. Ömər Xəyyam
- Bu termini tam mənası ilə götürsəniz, əsl demokratiya heç vaxt olmayıb və olmayacaq. Çox sayda adamın idarə etməsi və az sayda insanların idarə olunması təbii qaydalara ziddir. Xalqın daima yığıncaqlar keçirməsini və ya ictimai işlərlə məşğul olmasını təsəvvürə gətirmək olmur. Çox asanlıqla görmək olar ki, o, bunun üçün hər hansı komissiya yarada bilməzdi ki, idarəetmə forması da dəyişməsin. Jan Jak Russo
D
redaktə- Daha sonra çox iş görmək üçün gücünüzdən ehtiyatla istifadə edin, amma nə vaxtsa az iş görməkdən də çəkinin. Jan Jak Russo
- Daş üstünə daş qoya qoya, yaratdığın dünyanın çökdüyünü görmək bir yana, birdə altında qalmaq var! Barış Manço
- Dağın ucalığını görmək istəyirsənsə, zirvəsinə çıxma. Qırğız atalar sözləri
- Dostluq etdiyim insanların heç birini özümdən üstün görmədim. Jan Jak Russo
E
redaktə- Evlilik, hər iki tərəfin də böyük işlər gördüklərindən əmin olduqları qanuni bir razılaşmadır. Dino Siqr
Ə
redaktə- Əgər diqqətlə yanaşsaq, görərik ki, insanları hərəkət etməyə məcbur edən əsas hərəkətverici qüvvə şəhvətpərəstlik və şöhrətpərəstlikdir. İkinciyə məxsus olanı birincidən alsanız, sonda hər şeyin şöhrətpərəstliyə gətirib çıxaracağını görəcəksiniz. Jan Jak Russo
- Əxlaqi fəzilət həzzdə və iztirablarda özünü göstərir: çünki, əgər biz həzz almaq üçün pis iş görürüksə, iztirablara məruz qalmamaq üçün isə yaxşı əməllərdən uzaqlaşırıq. Aristotel
G
redaktə- Gələcəkdə görmək istədiyimiz dəyişiklər özümüz olmalıyıq. Mahatma Qandi
- Görmək asandır, əvvəldən görmək çətindir. Bencamin Franklin
- Görmək istədiyin işlə bağlı fikirləşərək qərar qəbul et və verdiyin qərarın üstündə möhkəm dur. Bencamin Franklin
- Görmək və hiss etmək mövcud olmaq, düşünmək isə yaşamaq deməkdir. Uilyam Şekspir
- Göz görmək üçün, ağıl bilmək üçün. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Gözəllik şərabdan pisdir, sahibini də, görəni də məst edər. Oldos Haksli
- Gülümsəyəndə gözəlləşməyən bir üz heç görmədim. Oldos Haksli
H
redaktə- Haqsızlığı görüb susmağınız, bu haqsızlıqda iştirak etməyiniz deməkdir. Jan Jak Russo
- Həqiqəti çılpaq görmək faydalıdır. Yalan isə qoy libaslara bürünsün. Mişel de Monten
- Həqiqəti çox vaxt görmək olar, onu eşidə bilmək nisbətən çətindir.[1] Baltazar Qrasian
- Hər gün bir-birini görmənin dadı başqa, ayrılıb qovuşmanın dadı başqadır. Mişel de Monten
- Hər bir şeydə yalnız gülməli tərəfi görmək adəti ruhun xırdalığını göstərən ən düzgün əlamətdir. Çünki, gülməli şeylər yalnız üzdə olur. Aristotel
- Hörmət görmək istəyirsənsə, təhqirdən başlama. Baltazar Qrasian
X
redaktə- Xeyirxah işlər görmək üstünlük hissi yaradır və xudbinliyi aradan qaldırır. Jan Jak Russo
- Xoş görmək və bağışlamaq sevginin təməlidir. Viktor Hüqo
- Xoşbəxtliyi görməmək nə qədər kədərli olsa da, başqa birinin əlini uzatsa çata biləcəyi xoşbəxtliyi kor-koranə axtarmasını görmək isə daha acınacaqlıdır! Teodor Drayzer
İ
redaktə- İnsan böyük və möhtəşəm işlər görmək üçün doğulur. Leon Battista Alberti
- İnsan əxlaqi cəhətcə nə qədər yüksəkdirsə, o qədər cəsarətlə də özünün zəif və nöqsan cəhətlərini görə bilər. Vissarion Belinski
Q
redaktə- Qadına nəinki zəruri insan, eləcə də zəmanəmizin alicənab insanı üçün sevgi imkanının başlıca şərti kimi baxmaq və hörmət etmək lazımdır. Gözəl nəşr edilmiş boş kitabı görmək xoş olmadığı kimi, həyatın bütün maddi nemətlərindən istifadə edən boş adamı görmək də bir o qədər xoşagəlməzdir. Vissarion Belinski
- Qavramaq üçün görmək, görmək üçün də diqqətlə baxmaq gərək. Dino Siqr
- Qorxu və ümid - insanları idarə edən bu iki alətdir. Bu iki alətdən istifadə etmək əvəzinə, onların arasında fərq qoymadan, onlardan təbiətinə uyğun olaraq istifadə etmək lazımdır. Qorxu təhrik etmir, qorxunun qabağını alır və cəzalar haqqında qanunlarda ondan istifadə edilməsi yaxşı işlər görmək üçün yox, pis işlər görməyə mane olmaq üçündür. Yoxsulluq qorxusu qarşısında avaraların nə vaxtsa zəhmətkeş insan olması inandırıcı deyil. Ona görə də insanlar arasında əməkdə əsl yarış ruhu yaratmaq üçün onlara göstərmək lazımdır ki, əmək aclıqdan xilas olmaq üçün yox, rifaha nail olmaq üçün vasitədir. Gəlin, belə bir ümumi qayda müəyyən edək: heç kəsi nəyisə etmədiyinə görə yox, etdiyi şeyə görə məzəmmət etmək lazımdır. Jan Jak Russo
- Qulların bədəni güclü olur. Ona görə də onları müxtəlif işlərdə işlətmək olar. Azad olanların isə belləri bükük olmur və onlar qulların gördüyü işi görə bilmir, amma siyasi fəaliyyət üçün yararlı olurlar... Aristotel
M
redaktə- Məhz ən qaranlıq anlarımızda işığı görməyə diqqət yetirməliyik. Aristotel
- Müdriklik – ediləcək hərəkətin ayrı-ayrı nəticələrini qabaqcadan görmək, gələcəkdəki böyük faydaların xatirinə, hazırkı ötən mənfəətləri qurban vermək qabiliyyəti və idarə olunanı idarə etmək məharətidir. Rassel Akoff
N
redaktə- Nə üçün mən onu geyindirməliyəm? Geyindirməliyəm ki, o dövrünün gülünc kişi dəbində görünsün? Son yenilikləri özündə daşıyan bu heykəllərdən daha bayağı heç nə yoxdur. Avropanın istənilən böyük şəhərində əcaib dövrün dərzisinin modelləri kimi maskalanmış belə heykəlləri görmək olar. Digər tərəfdən çılpaq insan forması tarixdə hər hansı xüsusi ana sahib olmamışdır; o əbədidir və hər yaş kateqoriyasına aid insanda bu sevinclə qarşılanır. Oqust Rodin
- Nəcib insanla nanəcib insanın arasında fərq ondan ibarət deyil ki, nəcib insan hər cür nanəciblikdən uzaqdır. Əsas fərq ondadır ki, nəcib insan nanəcibliyi görür və nə olduğunu bilir, nanəcib insan isə nəinki özündəki nanəcibliyi görür, əksinə, elə bilir ki, o ən mükəmməl insandır. Vissarion Belinski
- Nəfis şəkildə çap olunmuş boş kitabı görmək var-dövlətli boş adam görmək qədər pisdir. Vissarion Belinski
Ö
redaktə- Özümüzü başqalarının bizi gördükləri kimi görmək ən faydalı hədiyyədir. Başqalarını özlərini gördükləri kimi görmək qabiliyyəti az əhəmiyyət kəsb edir. Oldos Haksli
R
redaktə- Ruhun gözəlliyi bədənin gözəlliyi qədər asanlıqla görülməz. Aristotel
- Rus qadını iş görmək əvəzinə daha çox danışır, lakin nəyi arzulayırsa, o işi görür. Jülyetta Adam
S
redaktə- Söhbət kimin kimə müdaxilə etdiyini görmək üçün bir mübarizədir. Dino Siqr
T
redaktə- Tarix-oxuyana öz gözünün görmə dərəcəsinə görə yol göstərən bir rəhbərdir. Jan Jak Russo
- Televiziyada bir cinayət görmək adamın kinini apara bilər. Əgər siz heç kimə kin bəsləmirsinizsə, reklamları izləyin. Alfred Hiçkok
- Təhsil görmüş ağlın işarəti, hər hansı bir düşüncəyə onu qəbul etmədən əvvəl açıq olmasıdır. Aristotel
- Təbiət istəyir ki, uşaqlar böyük olmazdan qabaq elə uşaq olsunlar. Əgər biz qaydanı pozmaq istəsək, yetişməmiş, dadı olmayan və tez xarab olan meyvələr əldə etmiş olacağıq. Uşağın xüsusi görmə, fikirləşmə və hiss etmə bacarığı vardır. Onun bu bacarığını dəyişməyə cəhd etməkdən axmaq şey ola bilməz. Uşaqlığın uşaqlarla yetişməsinə imkan verin. Jan Jak Russo
U
redaktə- Uşağın görmək, düşünmək və hiss etmək kimi xüsusi qabiliyyəti var. Onun bu bacarığını özümüzün bacarığımızla əvəz etməyə çalışmaqdan axmaq bir şey yoxdur. Jan Jak Russo
- Uşağınızı bədbəxt etməyin ən düzgün yolunu bilirsinizmi? Bu onu heç nəyə imtina etməyə öyrətməkdir... O, əvvəlcə əlinizdə tutduğunuz əsanı, sonra saatınızı, daha sonra uçan quş, göydə parlayan ulduz, bir sözlə, gördüyü hər şeyi tələb edəcək. Siz Allah olmasanız, onu necə məmnun edə bilərsiniz? Jan Jak Russo
Ü
redaktə- Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri
Y
redaktə- Yaxşı heykəl yaratmaq üçün qədimi əsərlərinin surətini deyil; ilk əvvəl təbiətin əsərlərinə baxmaq, klassiklərdə isə onların təbiəti izah etdiyi metodu görmək lazımdır. Oqust Rodin
- Aysedora Dunkan Ogüst Roden tərəfindən sitatın söylənildiyini bildirmişdir. Sitat Con Ernest Krouford Flitçin "Müasir rəqslər və rəqqaslar" (1912) kitabında qeyd olunmuşdur.
Z
redaktə- Zahidin bir barmağın kəssən, dönüb həqdən qaçar,
Gör bu gerçək aşıqı sərpa soyarlar ağrımaz. İmadəddin Nəsimi
İstinadlar
redaktə- ↑ Robert Qrin. Hakimiyyətin 48 qanunu.Bakı,2014. səh.57