Gülmək
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acın nə yuxusu gələr, nə gülməyi. Fin atalar sözləri
- Ağıllı adamlara gülmək, axmaqlara allah tərəfindən verilmiş imtiyazdır. Sokrat
- Ağıllıya məsləhət verərkən təşəkkür edər, axmağa məsləhət verərkən gülməyi gələr. Başqırd atalar sözləri
B
redaktə- Biz insanıq. Bizə insanların ağrı-acılarına gülmək yaraşmaz. Bizə insanların ağrı-acılarına kədərlənmək yaraşar. Demokrit
- Bütün heyvanlardan yalnız insan gülməyi bacarır, baxmayaraq ki, buna onun çox az ehtiyacı olur. Ernest Heminquey
C
redaktə- Ciddi, hətta soyuq adamam. Elə də çox gülməyi sevmirəm. Kamal Sunal
Ç
redaktə- Çox gülmək asandır, çox susmaq - çətin. Amxar atalar sözləri
- Çox gülmək qəlbi öldürər. Məhəmməd
D
redaktə- Dərdlərdə gülmək bir sənətsə əgər, mən bahalı bir əsərəm. Çarlz Bukovski
- Düşmənin gülməyi - sirrini bilməyi. Türkmən atalar sözləri
E
redaktə- Elə söz deyir ki, bişmiş toyuğun gülməyi gəlir. Azərbaycan atalar sözləri/E
Ə
redaktə- Əgər mağara adamı gülməyi bacarsaydı, bəşəriyyət tarixi indi tam fərqli olardı. Oskar Uayld
- Əyri ağıza gülmək yaraşmaz. Kürd atalar sözləri
G
redaktə- Güləyən qadınla ağlağan uşağa etibar eləmə. Teluqu atalar sözləri
- Gülməş hər vaxt xoşbəxt olmaq deməkdirBob Marli
- Gülmək üçün xoşbəxt olmağı gözləməyin, bəlkə də gülmədən ölərsiniz. Viktor Hüqo
H
redaktə- Həyatın müxtəlif çətinliklərinə qarşı bu üç şey hədiyyə edilmişdir: ümid, yuxu və gülmək. İmmanuel Kant
X
redaktə- Xalqa yazığı gəlmək olar, amma ona gülmək olmaz. Pifaqor
İ
redaktə- İçin yanarkən üşümək, ürəyin qan aglarkən gülmək, darıxıb da sevdiyini görə bilməmək.. İşdə eşq bu olsa gərək! Can Yücəl
- İnsan bütün başqa varlıqlardan gülmək istedadı ilə fərqlənir. Jozef Addison
- İnsan o qədər acı çəkər ki, bütün canlılar arasında tək o, gülməyi icad etmək məcburiyyətində qalmışdır. Fridrix Nitsşe
Q
redaktə- Qonaq qarşılamağı - qaşqabaqlı, qulluqçu ilə danışmağı - kobud, gülmək bilmir, ağlamaq bilmir - belə qadından nə ev sahibəsi olar? Benqal atalar sözləri
T
redaktə- Televizora baxmaq və ya video oyun oynamaq daha əyləncəlidir. Dostlarının hobbiləri ilə maraqlanmaq... zarafatları gülməli olmasa da gülmək... Bunlar məni yorur. Angel Beats!
Y
redaktə- Yalnız uşaqkən gülər insan, Digərləri uydurma. Çünki insan böyüdükcə gülməli olana deyil, acılara gülməyi öyrənər əslində... Bob Marli
- Yerində gülmək günah deyil; yersiz dua etmək - heç nəyə dəyməz. Rus atalar sözləri