Haqq
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Acı olsun, haqq olsun. Tatar atalar sözləri
- Axund gərək əyri yola getməsin,
Haqqın kəlamına yalan qatmasın. Aşıq Ələsgər - Azadlıq bağışlanmış bir haqq deyil, insan təbiətinin bir parçasıdır, şahlığın şərəfidir. Süleyman Dəmirəl
B
redaktə- Bir din üçün ölmək bu dinin haqq və ilahi olduğunu sübut etmək demək deyil; bu, ən yaxşı halda şəhidlərin dinlərinin belə olduğuna inamını sübut edir. Din uğrunda ölümə gedən hər bir həvəskar yalnız sübut edir ki, dini fanatizm çox vaxt həyata bağlılıqdan daha güclü ola bilər. Pol Anri Holbax
- Bizim iki gücümüz var: Haqq və Xalq. Bülənt Əcəvit
- Bu, bizimlə razılaşmayanları qanunla sıxışdırmağa çalışdığımız zaman haqq işimizin ədalətinə olan inancımızın zəifliyinin etirafıdır. Alfred Smit
E
redaktə- El atanı haqq da atar. Azərbaycan atalar sözləri/E
Ə
redaktə- Əgər sənə nazil etdiyimizə şübhə edirsənsə, səndən əvvəl Kitab oxuyanlardan soruş. Rəbbindən sənə haqq gəlmişdir. Odur ki, şübhə edənlərdən olma. Qurani-Kərim
G
redaktə- Gözünlə gördüyün haqq deyl, qulağınla eşitdiyin haqq deyil, ancaq dərindən — dərinə öyrəndiyin haqdır. Tamil atalar sözləri
H
redaktə- Haqdan keçmək olmaz. Azərbaycan atalar sözləri/H
- Haqdan yanan çıraq bad ilə sönməz. Aşıq Ələsgər
- Haqq batil olmaz. Azərbaycan atalar sözləri/H
- Haqq dağı da çevirər. Udmurt atalar sözləri
- Haqq daşı ağır olar. Azərbaycan atalar sözləri/H
- Haqq dəryanın dibində də olsa, üzə çıxar. Udmurt atalar sözləri
- Haqq doğrunun yarıdır. Azərbaycan atalar sözləri/H
- Haqq əli bekar qalmaz; gec kəsər, karlı kəsər. Azərbaycan atalar sözləri/H
- Haqq əyilər, sınmaz. Qaraqalpaq atalar sözləri
- Haqq haqqı kəssə, Allah hər ikisini kəsər. Azərbaycan atalar sözləri/H
- Haqq gəlsin, nahaq gəlməsin. Azərbaycan atalar sözləri/H
- Haqq ilə nahaqqı axtaran hakim,
Tapar qulaq ilə göz arasında. Aşıq Ələsgər - Haqq ilə nahaqqın arası cəmi dörd barmaqdır. Fars atalar sözləri
- Haqq iş gündən aydın olar. Azərbaycan atalar sözləri/H
- Haqq işdə susan, nahaq işdə haray çəkənə bənzəyər. Ərəb atalar sözləri
- Haqq işin nahaqqından qorxuram. Azərbaycan atalar sözləri/H
- Haqq, meyi islama haram buyurub,
Dərd tüğyan eləsə, mey içmək olar. Aşıq Ələsgər - Haqq-nahaqq seçilər haqq divanında. Aşıq Ələsgər
- Haqq nazilər, üzülməz. Azərbaycan atalar sözləri/H
- Haqq sənin Rəbbindəndir! Odur ki, şübhə edənlərdən olma.[1] Qurani-Kərim
- Haqq söz açı olar. Oğuznamə
- Haqq söz axar suları saxlar. Azərbaycan atalar sözləri/H
- Haqq söz danışanın papağı yırtıq olar. Azərbaycan atalar sözləri/H
- Haqq sözdən gül iyi gələr. Azərbaycan atalar sözləri/H
- Haqq sözə gərəkdi düz qiymət olsun. Aşıq Ələsgər
- Haqq sözlə axan sular durular. Azərbaycan atalar sözləri/H
- Haqq uğruna sərf olunan pul heç bir vaxt israf sayılmaz. Teymurləng
- Haqq uğrunda məğlubiyyət haqsız qələbədən yaxşıdır. Şarl Lui Monteskyö
- Haqq verməsə, qonşu payı pay olmaz. Aşıq Ələsgər
- Haqq yeyənin adın qoyarlar Haqverdi. Azərbaycan atalar sözləri/H
- Haqq yeyilər, amma həzm edilməz. Yuqoslaviya atalar sözləri
- Haqq yıxılan mərd olar. Azərbaycan atalar sözləri/H
- Haqqı tanıyan xana baş əyməz. Azərbaycan atalar sözləri/H
- Haqqın əli olsun, batilin yaxası. Azərbaycan atalar sözləri/H
- Haqqın qarşısını almaq olmaz. Azərbaycan atalar sözləri/H
- Haqqın verdiyinə şükür eləmək nemət artırır. Azərbaycan atalar sözləri/H
- Haqqın yolu birdir, yalanınkı — cürbəcür. Udmurt atalar sözləri
- Haqlı var haqsız çıxar, haqsız var haqlı çıxar. Azərbaycan atalar sözləri/H
- Hürriyyət insana "haqq düşüncəsinə bağlı qalaraq başqalarına zərər vermədikdən sonra istədiyini edə bilərsən" deməkdir. Əbdülfəttah Şahin
Q
redaktə- Qula bəla gəlməz haqq yazmayınca. Haqq bəla yazmaz qul almayınca, Haqq quldan intiqamı qul ilə alar Dini irfan bilməyən bunu qul etdi sanar. Mövlana Cəlaləddin Rumi
M
redaktə- Məbada "haqqım var" demə. Haqq yox, vəzifə vardır. Ziya Göyalp
- Mən çeynənən bir ölkənin,
Haqq bağıran səsiyəm.[2] Əhməd Cavad - Millət yoludur, haqq yoludur tutduğumuz yol,
Ey haqq yaşa, ey sevgili millət, yaşa var ol! Tofiq Fikrət - Müəllim — hüzurunda əyləşənin könül zəmisini icarəyə alan, ona həqiqət toxumunu, haqq sevdasını, millət və vətən sevgisinin toxumlarını əkən şəxsdir. Füyuzat jurnalı
- Müvəqqəti təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı haqq edər, nə də təhlükəsizliyi. Bencamin Franklin
S
redaktə- Sən haqnan ol, haqq da sənlə olar. Azərbaycan atalar sözləri/S
Ş
redaktə- Şücaət və cəsarət baxımından Türklərdən üstün, böyük hədəflərə çatmaq baxımından da onlardan inadkar heç bir qövm yoxdur. Cənabi Haqq onları aslan sifətində yaratmışdır. İbn Hassul
T
redaktə- Türklərin sevdikləri birinci şey haqq və həqiqətdir və heç bir haqsızlıq etmədikləri halda, haqsızlığa uğramışlar. Uilyam Pitt
Y
redaktə- Yaxşılıq elə yaxşılıq bilənə,
Eyləmə haqq yeyib, nahaq deyənə. Kəlilə və Dimnə - Yalnız həyat verən deyil, həyat verib haqq edən, ata adını daşıya bilər. Fyodor Dostoyevski
Z
redaktə- Zor qapıdan gələndə haqq bacadan qaçar. Azərbaycan atalar sözləri/Z