Biz o zaman azad insanlar ola bilərik ki,müstəqil düşünmək qabiliyyətimizi saxlaya bilək, boynumuza qoyulan fikirləri müdafiə etməyə zərurət bizi məcbur edə bilməsin. Mark Tulli Siseron
Dini illüziyaların müasir mədəni həyatdan yoxa çıxmasını istəməyən də başa düşür ki, bu illüziyalar insanlar üçün nevrotik təhlükədən güclü müdafiə idi. Ziqmund Freyd
Dövlətlər məcburetmə hüququna, yəni öz ərazisində cinayətkarlığı boğmaq və xarici təhlükədən müdafiə kimi inhisarçı hüquqa malikdir. Marqaret Tetçer
Heç bir qanuna tabe olmamaq özünü xilasedici müdafiədən məhrum etmək deməkdir, çünki qanunlar bizi təkcə başqalarından deyil, özümüzdən də müdafiə etmək üçündür. Henrix Heyne
Həqiqəti qəbul etmək ağıllılıq, yaşamaq və müdafiə etmək üstünlük, onu ucaltmaq üçün həyatını həsr etmək isə qəhrəmanlıqdır. Seneka
Həyata keçməsi möcüzələr tələb edən layihələri müdafiə etməyin. Ceyms Uotson
Millətçilik özü-özlüyündə hörmətə layiq, hətta möhtəşəm bir hadisədir, çünki o, xalqların həyatında bir zərurətdir. Mən hətta düşünürəm ki, bəşəriyyətin təkamülü tarixində millətçilik dindən sonra insan ruhunun ikinci böyük mərhələsidir. O, tarixdə ən böyük qəhrəmanlıqların nədəni olmuş, yenə də olacaq. Onsuz bir sıra xalqlar yenə də yadların zülmü altında inləməli olacaqdı və məhz onun sayəsində hələ bir çoxları uyğun çıxış yolu tapacaq... Həqiqi, dürüst, sonunadək özünə sadiq qalan millətçi, özününkünü müdafiə edərkən, başqasınınkı üzərində hər hansı zülmü də rədd etməlidir. [1]Əhməd bəy Ağaoğlu
Talibanların davranışı, eləcə də ekstremist münasibətləri tolerant bir İslamla heç bir şəkildə uyğun gəlmir. Biz həmişə İslamın ekstremist cərəyanlarına qarşı olmuşuq və hələ də var. Hər bir müsəlmana, Əfqanıstanda və bütün dünyada fayda gətirəcək bir tolerantlıq İslamı müdafiə etməkdə israr etməməyi unutmadıq və həmişə müdafiə edəcəyik.