Mərd
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
ARedaktə
- Araba qoş, çarxa dur, Mərd igidə arxa dur. Azərbaycan atalar sözləri/A
BRedaktə
- Bir mərd ilə ağı yesən şirindi,
Yüz namərdlə şəkər yesən, dad olmaz. Aşıq Ələsgər
DRedaktə
- Dumanlar içində gizlənmiş gələcəyə doğru qorxu-hürküsüz, mərd ürəklə yürüyün. Henri Lonqfello
ƏRedaktə
- Əl mərd olar, göz namərd. Azərbaycan atalar sözləri/Ə
HRedaktə
- Haqq yıxılan mərd olar. Azərbaycan atalar sözləri/H
- Hünər və eyibdən söz gedən yerdə öz eybini faş etmək mərd adamların işidir. Saib Təbrizi
XRedaktə
- Xeyirxah mərd və sarsılmaz olar. Konfutsi
İRedaktə
- İnsanları yüksəldən iki böyük xüsusiyyət vardır; kişinin mərd, qadının namuslu olması. Napoleon Bonapart
MRedaktə
- Mərd adam, adətən, şikayət etmədən əzab çəkir, zəif adam isə, əksinə, əzab çəkmədən şikayətlənir. Ömər Xəyyam
- Mərd bir düşmən, dırmıqlayan bir dostdan daha yaxşıdır. Klemens Brentano
- Mərd çörəyini daşdan çıxardar. Azərbaycan atalar sözləri/M
- Mərd düşmən namərd dostdan yaxşıdır. Alman atalar sözləri
- Mərd əcdаdlаrımızа еhtirаm əlаməti оlаrаq bizim mаhnılаrımız və rəqslərimiz, bir növ, vаhid оlmаlıdır. Оnlаrа istənilən kənаr ləkələri dаxil еtmək оlmаz, yоxsа bizim irsimiz itib-bаtаr. Atilla
- Mərd əli kasad olmaz. Azərbaycan atalar sözləri/M
- Mərd gördüyün deməz. Azərbaycan atalar sözləri/M
- Mərd igidin qaydasıdır dünyanı var istəmək,
Bir bəşərin şad gününü mərdimazar istəməz. Aşıq Şəmşir
- Mərd igidlər süfrə açar, ad alar. Azərbaycan atalar sözləri/M
- Mərd ilə gəzən mərd olar, namərdlə gəzən biyabangərd olar. Azərbaycan atalar sözləri/M
- Mərd mərdi qanar, bərkdə oduna yanar. Azərbaycan atalar sözləri/M
- Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
- Mərd özündən bilər, namərd yoldaşından. Azərbaycan atalar sözləri/M
- Mərd özündən görər, namərd - yoldaşından. Türkmən atalar sözləri
- Mərddən bir xəta, namərddən min. Azərbaycan atalar sözləri/M
- Mərddən zərər olmaz, namərdə - inam. Kürd atalar sözləri
- Mərdi qova-qova namərd edərlər. Azərbaycan atalar sözləri/M
- Mərdi qova-qova namərd eləmə. Azərbaycan atalar sözləri/M
- Mərdin gözü tox olar, namərdin gözü ac. Azərbaycan atalar sözləri/M
NRedaktə
- Namərd - aş üstündə dillənər, mərd - iş üstündə dillənər. Türkmən atalar sözləri
- Namərd gəlib mərd olmaz. Boyunca qızıl qala. Azərbaycan atalar sözləri/N
- Namərd gəlib mərd olmaz, yüz ətəklə, yüz yalvar. Azərbaycan atalar sözləri/N
- Namərdə yaxa vermə, mərdə arxa ol. Azərbaycan atalar sözləri/N
- Namərddən keç, mərddə dur. Azərbaycan atalar sözləri/N
- Namərdin otağından, mərdin ağac kölgəsi. Azərbaycan atalar sözləri/N
- Namərdin plovundan, mərdin qaşıq aşı. Azərbaycan atalar sözləri/N
PRedaktə
- Pis iş mərdə ar olar, Namərd gözü dar olar. Azərbaycan atalar sözləri/P
SRedaktə
- Sən ey məğrur qartal! Sən düşmənlərlə döyüşlərdə həlak oldunsa da, mərd və qorxmaz adamların mahnısında əbədi yaşayacaqsan. Sən insanları azadlığa və işığa çağıran - yıxılmaz heykəl olaraq qalacaqsan!.. Maksim Qorki
- Sərt olma, mərd ol. Türk atalar sözləri
ŞRedaktə
- Şərəfsizin zərbəsi mərdi ağrıtmaz. Kürd atalar sözləri
URedaktə
- Unutmaz tarixin böyük günləri,
Dünyaya mərd gəlib, mərd gedənləri.[1] Səməd Vurğun
ÜRedaktə
- Ürəyin qadını kişisi yoxdur.
Bir mərd olanı var, bir də namərd olanı! Nazim Hikmət
YRedaktə
- Yabılarda qotur yabı mərd olar, yorulanda yiyəsinə dərd olar. Azərbaycan atalar sözləri/Y
MənbəRedaktə
- Aforizmlər və hikmətli sözlər. Bakı, 2005
- Həmid Qasımzadə. "Atalar sözü", Bakı, Yazıçı, 1985,
İstinadlarRedaktə
- ↑ Ziyəddin Məhərrəmov. "Bir bahar küləyi", Bakı, "Nurlan", 2012.