Hər yaranın sağalmasına ümid etmək olar, lakin namus yarası sağalmaz. Ərəb atalar sözləri
Hürriyyət ona deyilir ki, nəfs düz, namuslu yollarla mal toplayıb xeyirxah və faydalı yerlərə xərcləsin; əliəyrilik, qeyri-qanuni yollarla mal toplamağa imkan verməsin. Nəsirəddin Tusi
İnsan xeyirxah, təmiz, ədalətli, namuslu olmaq üçün doğulur. Viktor Hüqo
İnsanları ucaldan iki böyük məziyyət vardır. Kişinin cəsur və qadının namuslu olması. Bu iki məziyyətin yanında həm kişini, həm də qadını şərəfləndirən bir məziyyət də vardır. Yeri gələndə tərəddüdsüz şəkildə canını fəda edə biləcək şəkildə vətəninə bağlı olmaq. Türklər bu məziyyətlərə və fəzilətə sahib qəhrəmanlardır. Buna görədir ki, Türklər öldürülə bilər, lakin məğlub edilməzlər. Napoleon Bonapart