Bir gün bir yoldaşı "Səni böyüyəndən sonra döyüşə çağırsalar sən bu boyla atına minənə qədər döyüş sona çatar." Napolyon yoldaşlarına baxar və belə deyər "Narahat olmayın, mən böyüyəndə məni döyüşə çağırdıqları zaman mən ata minməyəcəyəm, mən atıma minəndə döyüş başlayacaq. Napoleon Bonapart
Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Çarli Çaplin
Eqoizm məhz əzab çəkməyə məcbur edildiyi üçün həqiqətin təhrikləri qarşısında narahat olmaq istəmir. Beləliklə, elə hey xarici aləmin vurduğu zədələrdən heç vaxt təsirlənməyəcəyini iddia edir. Hətta bu cür travmaların onun üçün həzz mənbəyi olduğunu irəli sürür. Ziqmund Freyd
Ey başqalarının iztirablarına görə narahat olmayan! Sənə insan demək yaraşmaz. Sədi
Əgər bir problemin həlli varsa, edilə biləcək şeylər hələ tükənməyibsə, onda narahat olmaq üçün səbəb yoxdur. Əgər həll yoxdursa, bu zaman da narahat olmağın bir faydası yoxdur. Yəni, narahatlığın heç bir halda faydası yoxdur. Tenzin Gyatso
Əgər öz yaxşı işinə sevinib, pis işindən narahat olursansa, deməli, möminsən. Məhəmməd
Həqiqət yalnız əzablarla gəlir. Bu həqiqətdir, narahat olmayın. Amma həqiqəti bildiyinə görə sənə nə pul ödəyirlər, nə də pay verirlər. Kədərli olan budur. Mixail Bulqakov
Mən daha heç nəyi tam olaraq bəyənib və ya bəyənmədiyimi söyləmirəm. Bu həyata qarşı göstərilmiş ən mənasız münasibətdir. Özünə sahib olan insan, məmnunluğunu rahat tapdığı kimi kədərini də asanlıqla yenə bilər.Həyat andır, bundan sonrası yoxdur. Onu ən gur yanan məşəllə alovlandır. Gözəlliyi məhv olmayan hər şeyə qibtə edirəm. Qadınlar biz — kişilərlə bəşəriyyətin Tanrıyla davrandığı kimi davranırlar, onlar bizə səcdə edirlər, lakin həm də davamlı şəkildə bizdən nəsə etməmizi istəyərək narahat edirlər. Oskar Uayld
Mən hər kəsi rahatlatmaq üçün gəlmədim, mən rahatları narahat etmək üçün gəldim. Əli Şəriəti
Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram. Corc Soros