Sürü
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Azadlıq hissini itirənlər - sürü instinkti qazananlardır. Rahid Ulusel
B
redaktə- Bazar köpəyi sürü gözləməz. Azərbaycan atalar sözləri/B
- Bilin ki sürüdən ayrılan qoyunu qurd yeyər. Məhəmməd peyğəmbər
- Bir sürü üçün o sürünün itinin qurdla dostluq etməsindən daha böyük bir bəla yoxdur. Əbdürrəhman Cami
Ç
redaktə- Çobansız sürü yoxdur. Kabardin atalar sözləri
- Çobansız sürü yolu azar. Azərbaycan atalar sözləri/Ç
D
redaktə- Dilbir sürüyə qurd da qorxulu deyil. Rus atalar sözləri
Ə
redaktə- Əgər düz olduğunu bilirsənsə, heç vaxt və heç nəyi sürüyə sübut etməyə çalışma. Marilyn Manson
X
redaktə- Xainə sürü göndər, yenə cibin güdər. Azərbaycan atalar sözləri/X
- Xalq quduzlaşmış sürü deyil ki, onu zəncirdə saxlayasan. Azadlıqda həmişə sakit və təmkinli olan xalq onu alçaldan və təhqir edən başçının əli altına düşdükdə təlatümə gəlir, qəzəblə ona öz nifrət və həqarətini bildirir. Onore Mirabo
İ
redaktə- İt bir olar, yoxsa bir sürü?! Azərbaycan atalar sözləri/İ
Q
redaktə- Qorxaq heyvanlar sürü halında gəzirlər. Aslan səhrada tək gəzir. Alfred De Viqni
- Qoyunun quzusu bir-bir olur, axırda sürü düzəlir; it neçəsini küçükləyir, hamısı da dağılışıb gedir. Monqol atalar sözləri
- Qoyunun biri hara, sürü də ora. Rus atalar sözləri
- Qurd girməz sürüyə yatmasa çoban. İsgəndərnamə
S
redaktə- Sürü axsaqsız olmaz. Azərbaycan atalar sözləri/S
- Sürü axsağını gizlər. Türkmən atalar sözləri
- Sürü böyük olanda qurddan da qorxusu olmaz. Udmurt atalar sözləri
- Sürüdən ayrılan qoyunu qurd yeyər. Azərbaycan atalar sözləri/S
- Sürüdən qalan qoyunu canavar yeyər. Əfqan atalar sözləri
- Sürüdən qalanı qurd aparar, eldən qalanı - kor. Tatar atalar sözləri
- Sürüyə qurd gələndə vay bir keçisi olanın halına. Azərbaycan atalar sözləri/S
Ş
redaktə- Şah I Abbas sadəcə bir hökmdar deyil, eyni zamanda bir ata, bir müəllim və xalqının xilaskarıdır. Onlara torpaq, sürü hədiyyə etməkdən, ehtiyaclarını ödəmək məqsədilə pul paylamaqdan çəkinməzdi.[1] Petra della Valle
T
redaktə- Tək qoyundan sürü olmaz. Azərbaycan atalar sözləri/T
- Təkə sürüyə böyük olmazdı, qoyunlar qoyun olsaydı. Azərbaycan atalar sözləri/T
U
redaktə- Ulamağını bilməyən köpək, sürüyə qurd gətirər. Azərbaycan atalar sözləri/U
Y
redaktə- Yovşan olub arxanda dovşan yatınca, palıd ol kölgəndə sürü yatsın. Azərbaycan atalar sözləri/Y
İstinadlar
redaktə- ↑ Viaggi di Pietro Della Valle il pellegrino, descritti da lui medesimo in lettere familiari all'erudito suo amico Mario Schipano, divisi in tre parti cioè: la Turchia, la Persia e l'India. Colla vita e ritratto dell'autore, Torino, 1843.