Ağıldan faydalı dövlət, özünü bəyənməkdən qorxunc yalnızlıq, tədbir kimi ağıl, təqva kimi kərəm, gözəl xasiyyət kimi yaxın dost, ədəb kimi miras, qabiliyyət kimi başçı, yaxşı işlər görmək kimi alış-veriş, savab kimi iş, şübhəli şeylərdə durub çəkinmək kimi saqınmaq, haramdan özünü gözləmək kimi zahidlik, düşünmək kimi bilgi, vacibatı yerinə yetirmək kimi ibadət, utanmaq və səbr etmək kimi iman, könül mütiliyi kimi əsil-nəcabət, bilgi kimi ucalıq, helm kimi üstünlük, danışmaq kimi arxa yoxdur. Əli
Ağılsız ər ilə istədiyi kimi rəftar etməyi ağıllı ərə qulaq asmaqdan üstün tutan qadınlar yolda görən və yolu bilənin ardınca getməkdənsə, öz ardınca koru aparmağa üstünlük verir. Plutarx
Bir insan məqsədini boş yerə bir şeyə çevirirsə, yəni əhəmiyyətsiz, əhəmiyyətsizdirsə, bu işdə maraq deyil, özünə olan maraqdır ... Bu, məsələn, bir şəxs öz hərəkətində olan bir şeyi özününküləşdirdiyi zaman mənəvi boşluqdur, üstünlük və ümumiyyətlə özümə maraqdan daha çox maraq göstərir. Georq Vilhelm Fridrix Hegel
Cavanlıqda intuisiya, qocalıqda – düşüncə üstünlük təşkil edir: buna görə də birincisi poeziya, ikincisi fəlsəfə üçün əlverişlidir. Artur Şopenhauer
Cəmiyyətə xidmət vətəndaşların əsas işi olmadıqda və onlar özləri ilə deyil, pul kisələri ilə xidmət etməyə üstünlük verdikdə, dövlət artıq məhv olmağa yaxındır. Jan Jak Russo
Əgər Tanrı məfhumunu tamamilə bir kənara qoyub, sivilizasiyanın bütün prinsip və qaydalarının, sadəcə, insanlar tərəfindən qoyulduğunu bəri başdan qəbul etsəydik, məhz onda həqiqətən də böyük üstünlük qazanacaqdıq. Çünki o zaman bütün bu əmr və qadağalar süni müqəddəslikdən təmizlənəcək və indiki kimi sərt, amansız və dəyişdirilməsi qeyri-mümkün olmayacaqdı. Beləliklə insanlar bu qayda- qanunların onları ram etmək üçün deyil, sevdiklərinin arxasınca getmələrinə kömək etmək üçün qoyulduğunu başa düşəcəkdilər. Nəticə etibarilə, bu qaydalara daha səmimi və isti münasibət bəsləyəcək və onları qüvvədən salmaq əvəzinə bir az da inkişaf etdirməyə cəhd göstərəcəkdilər. Ziqmund Freyd
Əksər insanlar düzgün axmaqlar kimi yox, mahir fırıldaqçılar kimi tanınmağa üstünlük verir. Fukidid
Əksər insanlar qaranlığa üstünlük verir. Onlar üçün zülmət aydınlıqdan daha xoşdur. Mirzə Şəfi Vazeh
Ən faydalı millət bütün işlərini birlik və bərabərlik içərisində düüşünərək çoxluğun rəyinə üstünlük verən millətdir. Əbdülfəttah Şahin
Gözəl həyatınız olub, təhsiliniz var, mədənisiniz. Təəssüf edirəm ki, bizdən daha çox şey ala bilmədiniz, ancaq başa düşməlisiniz ki, hər şey keçmişdə daha pis idi. Mari-Klodla bu işə başlayanda Heylşemə bənzər bir yer sadəcə yox idi. Biz birinci idik – biz və Qlenmorqan-haus. Bir neçə ildən sonra Sonderz-trast da bizim cərgələrə qoşuldu. Ən əsası dünyaya göstərdik ki, şagirdlər humanist və sivil şəraitdə böyüyürlərsə, onlar da istənilən adi insan kimi həssas və ağıllı ola bilərlər. Bu vaxta qədər bütün klonlar ya da şagirdlər, sizi belə çağırmağa üstünlük verirdik, – yalnız təbabət üçün material kimi mövcud idi. İşiquro Kazuo
Qadınlar üçün əhəmiyyətsiz deyil ki, onu incə sevsinlər, amma, onlar istəyirlər ki, onları əyləndirsinlər və kim birini o biri olmadan edirsə, o, heç nə etmir; qadınlar hətta ona üstünlük verirlər ki, əyləndirmədən sevmək əvəzinə onları sevmədən əyləndirsinlər. Bernar Fontenel
Qətiyyət və iradə çox vaxt zəif ağlın özündən güçlü ağıl üzərində üstünlük qazanmasına imkan verir. [2]Uilyam Vert
Qiymətli adam üçün şərəf, həyatdan çox daha üstünlük təşkil edər. Uilyam Şekspir
Qüvvət elmdədir, başqa cür heç kəs, Heç kəsə üstünlük eyləyə bilməz. Nizami Gəncəvi
Mən, boşboğaz ağılsızlığın təmkinli şüurluluğuna üstünlük verirəm. Mark Tulli Siseron
Mən Millerə sual verdim: bu kimi biliyin yayılmasının təsiri nə olacaq? Hər hansı bir mif yaradıcısının təsəvvüründən daha qeyri-mümkün və daha gözəl bir dünya haqqında bilik. Cəmi bir neçə il əvvəl, bir neçə insandan başqa hamının tamamilə tanımadığı bir dünya. Onun ümumi kəşfinin hamı tərəfindən hansı təsirləri var? Miller güldü. “Bu, insanların istədiyi qədər çox və ya az təsir göstərəcək. Seks və pul haqqında düşünməyə üstünlük verənlər seks və pul haqqında düşünməyə davam edəcəklər. Filmlər nə qədər yüksək səslə Allahın izzətini bəyan edir. Əlverişli şərtlərə cavabın qaçılmaz və avtomatik olaraq yaxşı olması barədə zəkalı anlayışın davamlılığı. Xammal, bir daha işlənmək lazımdır. İnsan avtomatik tərəqqiyə inanmağa davam edir, çünki insan bu axmaqlığı əzizləmək istəyir: bu çox təsəllivericidir. Təsəlli vermək, çünki etdiyiniz və ya edə bilmədiyiniz hər şey üçün bütün məsuliyyəti özünüzdən başqa kiməsə və ya nəyəsə qoyur. Oldos Haksli
Müharibədən sonra, əllinci illərin başlanğıcında bir-birinin ardınca sürətlə böyük elmi kəşflər ediləndə insanların tənqidi düşünmək, məntiqli suallar vermək üçün vaxtı yox idi. Birdən külli miqdarda yeni imkanlar açılmışdı; həkimlərin mübarizə apara bilmədikləri xəstəliklərin çoxu artıq müalicəsi oluna bilirdi. Bu dünyanın gördüyü, görmək istədiyi birinci şey idi. Və insanlar uzun müddət belə düşünməyə üstünlük verirdilər ki, guya bu orqanlar hardansa gəlir, ən yaxşı halda hər hansı bir vakuumda yetişdirilir. Bəli, bəzi mübahisələr düşürdü. Amma sizə… şagirdlərə görə narahat olmağa, sizi hansı şəraitdə böyütmələri və ümumiyyətlə, sizi istehsal etməyin vacibliyi insanları maraqlandırana kimi artıq gec idi. Geriyə dönmək mümkün deyildi. Xərçəngin müalicə oluna bilən xəstəlik olduğuna adət etmiş dünyadan necə tələb etmək olardı ki, bu müalicədən imtina edib, könüllü əvvəlki kədərli dövrə qayıtsın? Yox, geriyə yol yox idi. Sizə görə nə qədər vicdan əzabı çəksələr də, onların düşündüyü əsas şey övladlarının, həyat yoldaşlarının, valideynlərinin, dostlarının xərçəngdən, hərəki neyronlarının zədələnməsindən, ürək xəstəliklərindən ölməməyi idi. Ona görə sizi mümkün olan qədər uzaqda gizlədirdilər, sizlər haqda düşünməmək üçün insanlar əllərindən gələn hər şeyi edirdilər. Heç nəyə baxmayaraq düşünsələr belə sizin bizim kimi olmadığınıza özlərini inandırırdılar. Guya siz insan deyilsiniz, belə olduğu təqdirdə, taleyiniz elə də əhəmiyyətli deyil. Kazuo İşiquro
Tərəqqi, mübarizənin vəhşi qanunları üzərində ağılın daha çox üstünlük təşkil etməsindən ibarətdir. Lev Tolstoy
Türkiyə Cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey türk övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! Bu məlumdur. Lakin zəkanı unut! Daim çalışqan ol! Mustafa Kamal Atatürk
Zaman və ayrılıq sevgini məhv edir. O,yalnız xatirələrlə yaşamır. İnsanın dönüklüyü onun ideala heyran olaraq, adətən, real və həqiqi şeylərə üstünlük verməsinə də təsir edir. Dünyada gözəl qadınlar azdır və elə bir qadın yoxdur ki, o hamıdan gözəl olsun. Eyni zamanda, hamıdan gözəl olan kişi də yoxdur. Ancaq, eyni dərəcədə iki gözəl rəsmdən hal-hazırda baxdığınız rəsm daha yaxşıdır. Ona görə də aşiq olanların ayrılıq haqqında qorxaraq düşünmələri təsadüfi deyil. Mayn Rid
Zəiflikdən irəli gələn təvazökarlıq üstünlük deyil. Abay Kunanbayev
Zorakılığın üstünlük təşkil etdiyi yerdə yalnız zorakılıq kömək edir. Bertolt Brext