İp
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- "Axmaq" sual tamamilə yeni bir istiqamətdə inkişafın ilk ip ucudur. Alfred Norz Vaythed
- Asılmış adamın evində ipdən danışmazlar. Alman atalar sözləri
B
redaktə- Bir şeyə əmin deyilsənsə, hərəkət etməlisən. İki gərilmiş ipli ox-kamana malik olmaq, heç bir ipi olmayan ox-kamana malik olmaqdan daha yaxşıdır. Jül Vern
- Bu sizə daha bir məsləhətimdir: səbirsiz olmayın. İşlər o qədər qarışsa belə, heç bir şey edə bilməyəcəksiniz, ümidsiz olmayın və ya qoruyucu yandırmayın və geri dönməyə hazır olana qədər müəyyən bir ipi çəkməyə başlayın. Bunun uzun bir proses olacağını və hər şeyi yavaş-yavaş, tək-tək işləyəcəyinizi dərk etməlisiniz. Haruki Murakami
C
redaktə- Canbaz ipdə gəzər, balıq - suda. Azərbaycan atalar sözləri/C
D
redaktə- Dağarcıq çörəyi ilə dolanan dövlət başına ip salmaz. Azərbaycan atalar sözləri/D
- Dartılan ip tez qırılar. Gürcü atalar sözləri
- Donu bahalı ipə-sapa yatmaz. Kumık atalar sözləri
- Düzgün yol tarım bir ip boyunca davam eləyir, bu ip hündür yerdə yox, düz yerin üstündə tarım çəkilib. Bu ip sanki üstündə yerimək üçün deyil, sənə badalaq qurmaq üçündür. Frans Kafka
G
redaktə- Görən gözləri və eşidən qulaqları olan hər bir kəs əmin ola bilər: heç bir fani sirr saxlaya bilmir. Əgər kiminsə dodaqları susursa, deməli barmaqlarının ucuyla boşboğazlıq edir. Onu ələ verən ip ucları bədəninin bütün məsamələrindən axıb tökülür. Ziqmund Freyd
H
redaktə- Haray üzülən canım, ipə düzülən canım. Azərbaycan atalar sözləri/H
- Hər ipin iki ucu var. Haiti atalar sozləri
İ
redaktə- İlan sancan, bükülmüş ipdən qorxar. Sloven atalar sözləri
- İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar. Ərəb atalar sözləri
- İp incə olduğu yerdə qırılır. Kalmık atalar sözləri
- İp nə qədər uzun olsa da, dil ondan uzundur. İndoneziya atalar sözləri
- İpində varsa, cəhrəsində də var, onu əyirən çəpəldə də var. Azərbaycan atalar sözləri/İ
- İt də getdi, ip də getdi. Azərbaycan atalar sözləri/İ
- İynə hara - ip də ora. Udmurt atalar sözləri
Q
redaktə- Qopan bir ipə sıx bir düyün təyin etsəniz, ipin ən möhkəm yeri artıq bu düyündür. Amma ipə hər toxunuşunuzda canınızı ağrıdan tək nöqtə yenə o düyündür… Çin atalar sözləri
M
redaktə- Müharibədən sonra dəbilqənin ipini bərk bağla. Yapon atalar sözləri
Ö
redaktə- Öz ipini özü eşir. Azərbaycan atalar sözləri/Ö
S
redaktə- Sənin üçün nəyin yaxşı, nəyin pis olduğunu yalnız sən tapa bilərsən. O zaman bütün hərəkətlərinin içindən keçən fərqindəlik ipini tut, həyatında heç bir nifrət, heç bir hirs, heç bir qısqanclıq tapa bilməyəcəksən. Ona görə yox ki, bunlardan vazkeçdin, ona görə yox ki, onları sakitləşdirdin, ona görə yox ki, bir şəkildə onlardan qurtuldun, ona görə yox ki, onlara qarşı nəsə etməyə cəhd etdin. Xeyr, heç bir şey etmədin, onlara toxunmadın belə. Fərqindəliyin gözəlliyi budur: Əsla bir şeyi sakitləşdirməz, amma fərqindəliyin işığında sanki əriyən və dəyişən şeylər vardır. Və daha sağlam, daha bütün, daha dərin, daha qüvvətli hala gələn şeylər vardır: sevgi, mərhəmət, yaxşılıq, dostluq, anlayış. Oşo
- Sözün yaxşısı qısa olur, ipin yaxşısı - uzun. Lak atalar sözləri
Ü
redaktə- Ümumdünya Tarix dedikdə, mən bütün ölkələrin birləşmiş tarixindən fərqli olanı başa düşürəm ki, bu, qum ipi deyil, davamlı inkişafdır və yaddaşa yük deyil, ruhun işıqlanmasıdır. Millətlərin köməkçi olduğu ardıcıllıqla hərəkət edir. Onların hekayəsi öz mənafeləri üçün deyil, bəşəriyyətin ümumi sərvətlərinə töhfə verdikləri zamana və dərəcəyə uyğun olaraq daha yüksək silsilələrə istinad və tabeçiliklə danışılacaqdır. Lord Con Akton
V
redaktə- Vərdiş bir kəndirə bənzər; hər gün onun incə bir ipini hörər və sonra da onu qoparılmayacaq qədər güclü hala gətirərik.[1] Horeys Mann
Y
redaktə- Yalançının ipi ilə quyuya düşən quyuda qalar. Azərbaycan atalar sözləri/Y
İstinadlar
redaktə- ↑ Ağıla və qəlbə işıq saçan sözlər. Bakı, 2014. səh.490