Başa düşürəm, oyunda piyada olduğunuz təəssüratı yarana bilər. Bəli, belə bir fikir ağla gələ bilər. Ancaq razılaşın ki, siz bəxti gətirən piyadalarsınız. Siz daha mövcud olmayan ab-havasınız. Bu dünyada hərdən belə şeylər olur. Nə etmək olar?! İnsanların fikirləri, hissləri gah bir tərəfə doğru hərəkət edir, gah o biri. Belə alındı ki, siz bu prosesin müəyyən bir vaxtında böyüdünüz. İşiquro Kazuo
Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət və davranışlarını əsil vətənpərvərliklə uyğunlaşdırsın. Mirzə Fətəli Axundov
Hər bir addımında diqqətli, ehtiyatlı olan Şah İsmayıl ağıllı məsləhətlərə də qulaq asır, əqidə, məslək yolunda sədaqətlə hərəkət edirdi. Döyüşə nikbin əhval-ruhiyyə ilə gedərdi. O, böyüklə-böyük, kiçiklə-kiçik olmağı bacarırdı.[1]Əzizə Cəfərzadə
Hər bir hərəkət hərəkətsizlikdən yaxşıdır. Demokrit
Hər gənc ailənin gələcək səadəti birinci növbədə ailə başçısının ağıllı hərəkət etməsindən asılıdır. İlyas Əfəndiyev
Hərəkət və vicdan ümumiyyətlə uyğunlaşmazlar. Hərəkət, ağacdan xam meyvələri yığmaq istəyərkən, vicdan onları gərəyindən çox yetişməsini gözləyər, ta ki yerə tökülüb əzilənə qədər. Fridrix Nitsşe
Həyat hərəkət deməkdir, su da axmayanda iylənir. Aristotel
Həyatda bircə günah var, o da oğurluqdur. Bütün digər günahlar oğurluğun növləridir. Kimisə öldürəndə onun həyatını oğurlayırsan, arvadından ərini, uşaqlardan atasını oğurlayırsan. Yalan danışanda birinin həqiqəti bilmə haqqını oğurlayırsan. Oğurluqdan daha alçaq hərəkət yoxdur. Xalid Hüseyni
İnqilab hərəkatina 82 adamla başladım. Əgər bunu təkrar etmək məcburiyyətində qalsaydım yanıma 10 ya da 15 sadiq insan alardım. Əgər sadiq isəniz və hərəkət planınız varsa nə qədər kiçik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Fidel Kastro
İnsan ağlın diqtəsilə hərəkət etməyə çağrıldıqda əsəbləşən rasional heyvandır. Oskar Uayld
İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır. Nikkolo Makiavelli
Kişilər hərəkət etdikləri kimi, qadınlar isə göründükləri kimidir, kişilər qadınları seyir edirlər. Qadınlar isə seyr edilişlərini seyr edirlər. Bu vəziyyət ancaq kişilərlə qadınlar arasındakı əlaqələri deyil, qadınlar öz aralarındakı əlaqələri müəyyənləşdirir. Qadını içində seyr edən kişi, seyr edilən qadındır. Beləliklə qadın özünü seyr edilən əşyaya çevirir. Con Berqer
Məhəbbət ölümdən və ölüm qorxusundan güclüdür. Yalnız onunla, onun sayəsində həyat mövcud olur və hərəkət edir. İvan Turgenev
Mən istənilən bir investisiya tezisində səhv axtarıram. Mən səhvi aşkar edəndə daha əminliklə hərəkət edirəm. Mən yalnız pozitiv tərəfləri görəndə nədənsə çox narahat oluram. Corc Soros
Məntiqli düşünüb məntiqsiz hərəkət etmək insan quruluşunun xüsusiyyətidir. Anatol Frans
Müsbət hərəkət eləməyi bizdən xaiş eləyirlər, müsbət hərəkətlər onsuz da bizimlədir. Frans Kafka
Şərqli öndərlər, millətlərinin başından ayrılmayaraq hər hökumətin təməli olan bu iki qanunu haqqıyla edirlər: yaxşı yola aparmaq və pisliklərdən qorumaq. Bu zadəgan hərəkət Ruslardan çox xüsusilə Türklərdə gözə dəyir. Ogüst Kont