Aclığa səbr edərsən adı oruc olar, ağrıya səbr edərsən adı mətanət olar, insanlara səbr edərsən adı xoşgörüş olar, istəyə səbr edərsən adı dua olar, duyğulara səbr edərsən adı gözyaşı olar, darıxmağa səbr edərsən adı həsrət olar, Sevgiyə səbr edərsən adı eşq olar. Mövlana Cəlaləddin Rumi
Göylərin söhbətini dinləmək istəyirsənsə, çadır götürüb dağlara çıx. Əlçatan uzaqlığa get. Yoldaşın həsrət, qonaqların izsiz itən xəyallardan başqa kimsə olmasın. Əlinə qələm alma, danışma. Təbiət danışırsa, sən sus! Xudu Məmmədov
Kimyaçı qəlbindən şəfqət, hörmət, həsrət, səbr, peşmanlıq və əfv etmək kimi elementləri çıxarıb onları birləşdirərək sevgi adlı bir atoma çevirə bilər. Cübran Xəlil Cübran