Dostluq, dostların haqlı olduqları zaman deyil, haqsız olduqları zaman onların yanında olmaqdır. Andre Malro
Dünyanın harasında olursa olsun, haqsız yerə birinin sifətinə atılan şilləni öz sifətində hiss etməyən adamın insanlığından şübhə edərəm! Ernesto Çe Gevara
Əgər ətrafındakılar özlərini itirib səni haqsız yerə ittiham etdikləri zaman sən soyuqqanlığını qoruya bilirsən, Əgər hər kəs səndən şübhələndiyi halda sən onların bu şübhələrini təmkin ilə qarşılaya bilir, fəqət şəxsinə olan inamını itirməzsən, Əgər gözləməyi bilir və gözləməkdən usanmazsan və ya barəndə yalanlar uydurub sənin ləkəməyini istədiklərində sən də yalan və iftiraya baş vurmazsan, yaxud sənə nifrət edənlərə sən də nifrət etməzsən, nə çox gözəl, nə də çox ağıllı görünməyə çalışmazsan, Əgər xəyal qura bilir, fəqət xəyallarının əsiri olmazsan, Əgər zəfər və fəlakətlə üz-üzə gəldiyində bu iki saxtakarı eyni fərasətlə qarşılaya bilir, nə kibrlənir, nə də məyus olmazsan, Əgər doğru sözlərin hiyləgərlər tərəfindən təhrif edilib axmaqları aldadan bir tələ halına çevrilməsinə səbr edə bilirsən, yaxud ömrünü və gəncliyini adadığın şeylərin bir anda tənəzzülünü gördüyündə köhnə alətlərlə onları yenidən inşa edə bilirsən, Əgər cahillərlə ünsiyyət edərkən şəxsi xarakterini qoruya bilirsən və ya krallarla dostlaşdığında qürurlanıb mənliyini itirməzsən, Əgər hər kəsə dəyər verib, hörmət edib, fəqət həddən ziyadə güvənməzsən, Əgər bir daha geri dönməyəcək olan altmış saniyəni insanlığa faydalı işlərə sərf edə bilərsən, Məhz o vaxt dünya və içindəki hər şey sənindir, hətta sən o zaman iki adamsan. Redyard Kiplinq
Əgər qadın əsəbiləşirsə, deməli o həm haqsızdır, həm də haqsız olduğunu bilir. Erix Mariya Remark
Jurnalist heç vaxt öz üstünlüyü, nüfuzu, mülahizələrinin dəyəri barədə yüksək fikirdə olmamalıdır. Çünki, onun məşğul olduğu fəaliyyət özü-özlüyündə həsr etdiyi adamın qüruru üçün xoşagəlməz hadisədir və əgər jurnalist şüurlu şəkildə həmin adama narahatlıq yaratsaydı və onu haqsız olmağa məcbur etmiş olsaydı, tamamilə haqlı olmazdı. Mixail Lomonosov
İnsan dünyada bir Haqqdan, bir də haqsız olmaqdan qorxmalıdır. Əbdülhaq Hamid Tərxan
İnsanlar, əgər kimsə sizə qarşı hansısa qanunsuz və ya haqsız hərəkət edibsə, sizin onlara qarşı olan cavabınız daha şiddətli olacaqdır. Nikkolo Makiavelli
İnsanlar haqsız təyin edilmiş müdirə çox həvəssiz tabe olurlar. Corc Vaşinqton
Kimliyindən asılı olmayaraq kiməsə qəzəblənmək və ya kiməsə narazılığını bildirmək, həmişə haqsız bir hərəkət sayılıb, yalnız bir hal istisna hal sayılır. Əgər narazılıq başqasına yox, özünə, öz iyrəncliyinə, öz vəzifə borcunu yerinə yetirməməyə yönəlibsə, o zaman narazılığımızı ədalətli hesab etmək olar. Nikolay Qoqol
Ölkə olmadan nə adın, nə simvolun, nə səsin, nə də xalqlar arasında qardaş olmaq haqqın var; Sən insanlığın qeyri-qanuni övladısan. Bayrağı olmayan əsgərlər, yəhudilər kimisən. Nə sədaqət, nə də müdafiə tapacaqsan, heç kim sənə zəmanət verməyəcək. Özünüz üçün bir ölkəni fəth etmədən haqsız sosial şəraitdən qurtulacağınızı gözləmək olmaz. Cüzeppe Madzini
Sənin haqlı və ya haqsız olmağın qətiyyən vacib deyil. Vacib olan sənin haqlı olanda nə qədər pul qazanmağın və səhvə yol verəndə nə qədər pul itirməyindir. Corc Soros
Yenidən doğulmaq nə deməkdir? Bu artıq mənim həyatım deyil. Bu artıq başqasının həyatıdır. Hər kəsin yaşamaq üçün ancaq bir həyatı olur (əlini sinəsinə qoyur) və o, burdadır. Onu cəmi bir dəfə əldə etdim. Bu mənim həyatımdır. Başqasına əmanət edə bilmərəm, yenisini oğurlaya bilmərəm, başqası üzərində zorlaya bilmərəm, unuda və silə bilmərəm. Qəzəblənə bilmərəm, gülə bilmərəm, gözəlləşdirə bilmərəm! Heç nə edə bilmərəm! Mən həyatımdakı tək şansı qəbul etməliydim, mənası yoxdur necə qəddar, necə amansız, necə haqsız idi! Cənab, məni başa düşmürsüz? Buna görə də döyüşməliyəm. Döyüşməyə davam etməliyəm! Çünki... çünki mən heç vaxt (əlini partaya çırpır) bu cür həyatı qəbul edə bilmərəm! Angel Beats!