Arvada öz daxilini açıb göstərmə, heç bir sirrini demə, unutma ki, ailə həyatında qadın heç vaxt silahı yerə qoymayan, daim səni özünə tabe etdirməyə çalışan çox qorxulu rəqibdir. Ezop
Bəlanı insan təyin etmir və adam fikirləşir ki, o mücərrəd bir məfhumdur, qorxulu yuxu kimi bir şeydir və keçib gedəcək. Lakin bəla həmişə keçib getmir, qorxulu yuxular bir-birini əvəz edir və keçib gedən adamlar olur. Taun
Biz yaşadıq və yenidən yaşayacağıq. Həyat, tez-tez qorxulu yuxuya keçən, dərin yuxuladığımız gecədən ibarətdir. Artur Şopenhauer
Budda öldükdən sonra yüz illərdir ki, mağarada onun kölgəsini göstərirlər. Dəhşətli və qorxulu kölgəsini. Allah ölüb. Amma insanların təbiəti elədir ki, min illər boyunca kölgə göstərilən mağaralar mövcud olacaq. Ona görə də biz bir də onun kölgəsinə qalib gəlməliyik! Fridrix Nitsşe
Bütün insanlar yalan danışırlar. Ancaq bu qorxulu deyil. Çünki, insanlar bir-birinə qulaq asmırlar. Albert Eynşteyn
Eninə-uzununa və bilə-bilə yalan söyləyən, həyatdakı mövqelərinə görə yalan danışmaqları təhlükəli və qorxulu yalanlarla yaşayan insanlar (yalan danışmaq imkanı olmayan adamlar) həqiqətə qarşı fövqəladə dərəcədə həssas olurlar: idealistlər və xeyirxah görünmək istəyən adamlar öz istək və həvəsləri ilə daim bir duman içində yaşayır, əsl həqiqətdə heç vaxt doğru olanı söyləyə bilmirlər: onların “zövqü” buna imkan vermir. Fridrix Nitsşe
Əziz oğlum, məndən dörd şey öyrən, işlədiyin zaman sənə zərər verməyəcək dörd şeyi də ağlında tut: Zənginliyin ən üstünü ağıldır; yoxsulluğun ən böyüyü axmaqlıqdır. Qorxulu şeylərin ən qorxulusu özünü bəyənməkdir; nəslin-kökün ən ucası gözəl xasiyyətdir. Əziz oğlum, axmaqla dost olmaqdan çəkin; o sənə fayda vermək istərkən zərər yetirər. Xəsislə dost olmaqdan çəkin; ona ən çox möhtac olduğun zaman köməyinə gəlməz. Pislik edənlə dost olmaqdan çəkin; o səni çox ucuz bir şeyə satar. Yalançı ilə dost olmaqdan çəkin; çünki o, ilğıma bənzər; sənə uzağı yaxın göstərər, yaxını isə səndən uzaqlaşdırar. Əli
Orqanizmi bütün qidanı həzm edən üçün xəstəlik qorxulu deyil. Çanakya
Tarixi təcrübə sübut edib ki, cəmiyyətin texnoloji inkişafı, fərdlərin mənəvi yetkinliyi üçün yetərli deyil. Əgər cəmiyyətdə maddi nemətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorxulu hala çevrilə bilər. Anri Berqson
Tələbə səhv edərsə, bu bir o qədər qorxulu deyil. Əgər böyük zəka sahibləri səhv edərsə, bu, dünyaya çox baha başa gələr. Nikola Tesla
Tələsik böyük insan olmaq cəhdindən çəkinin. Çünki, bu cür cıhdlərdən yalnız 10 000-də biri uğurlu olur. Bu qorxulu statistikadır. [2]Benjamin Dizraeli