Pişik
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Allah pişiyi elə yaradıb ki, insan pələngi oxşamaqdan həzz ala bilsin. Robertson Davies
H
redaktə- Heç bir pişik siçanı Allah rizasına tutmur. Fars atalar sözləri
- Heyvan saxlasan pişik saxla, özü tutar, özü yeyər. Azərbaycan atalar sözləri/H
- Hətta pişik və it də üç il yedirəndə yaxşılığı itirmir. Yapon atalar sözləri
- Həyasız pişik şirin də üstünə atılar. Ləzgi atalar sözləri
İ
redaktə- İlanın sancdığı pişik ip görsə, ilan sanıb qaçar. Ərəb atalar sözləri
- İt kimə hürər, pişik də ona mırıldar. Tatar atalar sözləri
- İt qucağınıza tullansa sizi sevdiyi üçündür, pişik eyni şeyi etsə qucağınız isti olduğu üçündür. Alfred Norz Vaythed
M
redaktə- Mən getdiyim zaman, kapitalistlər sizi kor pişik balaları kimi boğacaq. İosif Stalin
- Miyoldayan pişik siçan tutmaz. Abxaz atalar sözləri
P
redaktə- Pişik atası xeyrinə siçan tutmaz. Azərbaycan atalar sözləri/P
- Pişik bağlanan kəndiri siçan gəmirir. Vyetnam atalar sözləri
- Pişik balasını istədiyindən yeyər. Azərbaycan atalar sözləri/P
- Pişik balasını külə bulayıb yeyər. Azərbaycan atalar sözləri/P
- Pişik doqquz yüz siçanı öldürüb getdi Məkkəni ziyarətə. Xindi atalar sözləri
- Pişik getdi - siçanlarla oynamağa. Kanada atalar sözləri
- Pişik gözünü yumub südü içir, elə bilir ki, onu heç kəs görmür. Teluqu atalar sözləri
- Pişik istiliyə (isti yerə) gedər. Buduq atalar sözləri
- Pişik lap Məkkədə də olsa, miyoldamağını tərgitməyəcək. İndoneziya atalar sözləri
- Pişik olmayan yerdə siçanlar baş qaldırar. Azərbaycan atalar sözləri/P
- Pişiklə donuz darıdan çıxmaz. Azərbaycan atalar sözləri/P
- Pişiyi dara qısnayanda dönər üzünü cırmaqlar. Azərbaycan atalar sözləri/P
- Pişiyin ağzı ətə çatmayanda deyər qoxuyubdu. Azərbaycan atalar sözləri/P
- Pişiyin dərdi iti öldürər. Azərbaycan atalar sözləri/P
- Pişiyin gözü siçan dəliyində olar. Azərbaycan atalar sözləri/P
- Pişiyin könlü samanlıq idi, it də qovdu saldı samanlığa. Azərbaycan atalar sözləri/P
- Pişiyin qonaq yeri samanlıqdır. Azərbaycan atalar sözləri/P
R
redaktə- Riyaziyyatda ağıl müstəsna olaraq özünün zaman və məkan kimi dərketmə forması ilə məşğuldur. Deməli, o, öz quyruğu ilə oynayan pişik kimidir. Artur Şopenhauer
S
redaktə- Sakit pişik quyruğun böyüyünü sürükləyər. Lak atalar sözləri
- Siçan görəndə pələngə oyyyyyxşayan pişik, pələng görəndə siçana dönər. Azərbaycan atalar sözləri/S
T
redaktə- Teleqraf çox uzun pişik kimi bir şeydir: siz onun quyruğunu Nyu-Yorkda dartırsınız, başı isə Los Ancelesdə miyoldayır. Radio da eynidır: müəyyən bir yerdən siqnalı ötürürsən, o, başqa yerdə qəbul olunur. Yeganə fərq- burada heç bir pişik yoxdur. Albert Eynşteyn
- Torbada pişik var. Azərbaycan atalar sözləri/T
- Torpağın yumşağını pişik də cırmaqlar. Benqal atalar sözləri
Y
redaktə- Yaşlı pişik tülkü olur. Nepal atalar sözləri