A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


ARedaktə

  • Ağaclar səmada yetişməz. Alman atalar sözləri
  • Amma, səmanın lütfü ilə böyük məyusluqların ardınca böyük sevinclər gəlir... Jül Vern
  • Ana uşaqlarını yedirəndə səma və dəniz kimi səxavətli olar; uşaqlar ananı yedirəndə hər günü hesab eləyərlər. Vyetnam atalar sözləri

BRedaktə

  • Barmağı ilə səmanı göstərənin barmağına yalnız axmaq adam baxır. Albert Eynşteyn

ÇRedaktə

  • Çalış ki, ruhunda səma atəşinin vicdan adlanan kiçik qığılcımları sönməsin. Corc Vaşinqton

DRedaktə

  • Doğrudanmı bu gözəl dünyada, saysız-hesabsız ulduzlu səma altında yaşamaq insanlara dar gəlir? Doğrudanmı bu gözəl təbiətin qoynunda yaşayan insan ruhunda qəzəb, qisas hissi və özü kimilərini məhv etmək ehtirası qala bilər? Lev Tolstoy

ƏRedaktə

  • Əgər səmada uşaqların duaları eşidilsəydi, yer üzündə bir nəfər də olsun canlı müəllim olmazdı. Fars atalar sözləri.

XRedaktə

  • Xoşbəxt o adamdır ki, səma ona bir tikə çörək göndərir və onun səmadan başqa heç kimə təşəkkür etməyə borcu yoxdur. Miqel de Servantes

HRedaktə

  • Hansı qorxu səhər günəşinin parlaq işığında, mavi səma altında, canlandırıcı bir küləkdə uzun müddət davam edə bilər? Teodor Drayzer
  • Hökmdar-ölkənin, ay-ulduzlu səmanın, ər- arvadın, savad isə hər kəsin bəzəyidir. Çanakya

İRedaktə

  • İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi. Ömər Xəyyam
  • İnsanı heyrətləndirən və heyran edən iki şey var ki, bunlardan biri başımızın üstündəki ulduzlu səma, o biri isə daxilimizdəki əxlaqi qanundur. İmmanuel Kant
  • İştaha böyükdür - səma kimi, boğaz dardır - iynə ulduzu kimi. Teluqu atalar sözləri

QRedaktə

MRedaktə

  • Mən divarlara, arakəsmələrə dözə bilmirəm. Bütün yeri əhatə edən səma, maneə görməyən külək, sahilləri yuyan okean - budur ideal. Mahatma Qandi
  • Biz nadir hallarda möcüzənin ətrafımızda olduğunu boynumuza alırıq. Möcüzələr lap bizim yanımızda baş verir, səma işarətləri bizə yol göstərir, mələklər onları eşitməmizi xahiş edirlər. Ancaq biz “Dinə gəlmək üçün konkret qaydalara əməl etmək, konkret formulaları səsləndirmək lazımdır” deyərək qətiyyətlə özümüzü görməməzliyə vururuq. Paulo Koelyo

NRedaktə

  • Necə səmaya iki günəş sığmazsa, yer üzünə də iki öndər sığmaz. Makedoniyalı İsgəndər
  • Nə qədər acıdır insanın təsəllini içkidə, qumarda axtarışı. Çoxmu çətin əlini səmaya qaldırıb Rəbbinə yalvarması?! Mövlana Cəlaləddin Rumi
  • Nəcib insan ləyaqətlə Səmanın hökmünü, nanəcib insan isə təlaş içində uğur gözləyir. Konfutsi

ORedaktə

  • Otu yaşıl, səmanı mavi çəkən hər bir rəssamı sterilizasiya eləmək lazımdır. Adolf Hitler

ÖRedaktə

  • Öz ruhunun dərinliklərinə baş vur ki, o zaman hər gün yeni üfüqlər açacaq, ayaq dəyməmiş torpaqlar, dumduru çaylar, hələ heç kimin görmədiyi səmalar, yeni ulduzlar, yeni kəhkəşanlar kəşf edəcəksən. Miqel de Unamuno

SRedaktə

  • Sevgi! Bu mənada nə qədər hüdudsuzluq var! Bir göz yaşında necə okean! Bir baxışda necə səma! Bir nəfəs almada necə tufan! Bir toxunuşda necə ildırım! Bir anda necə əbədilik! Anatol Frans
  • Səma (Cənnət) heç vaxt günah etməyən yüz salehdən çox, tövbə edən bir günahkara daha çox sevinir. Aleksandr Düma (oğul)
  • Səma nə yüksəkdə, nə aşağıda, nə sağda, nə də solda yerləşir. Səma, inamı olan insanın qəlbinin düz ortasında yerləşir. Salvador Dali
  • Səma, sənə yalvarıram, Allah xatirinə cavab ver: sən fırlanırsan və bunun bir mənası var ya yox? İbn Sina
  • Səma susur, əvəzinə camaat danışır. Yapon atalar sözləri
  • Səmanı başımın üstündə görmək mənə qadağandır. Nazim Hikmət

İstinadlarRedaktə