Yara
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B
redaktə- Bəzən qəfil yaralanarıq. Amma hər yara sağalar. Əvvəl-axır qabıq bağlayar, üstü örtülər. Gözlərdən gizlənər. Çünki heç bir yara görünmək istəməz. Əlif Şəfəq
- Birinə elə bir söz söylə ki, ya yaşat, ya da öldür; amma əsla yaralı buraxma. Şəms Təbrizi
- Bu həytda qadın olmaq – qaysaq bağlamayan yara kimi bir şeydir. Üstü qurusa da altdan irinləyəcək. Toni Morrison
D
redaktə- Damcı-damcı ilə yaramız sağalası yara deyil. İndi sel vaxtıdır. Elm gərək sel kimi axsın ki, hər istəyən ondan içib doya bilsin. Belə yanğı vaxtında hər millətini istəyənin borcudur ki, birəbeş artıq işləsin və bir də bizim oxuyan ımız az olduğuna biz gərək nə ki, işi müftə və bitəmənna millət üçün eləyək, hətta lazım olsa xərcini də bəqədr məqdur özümüz gərək verək. Belədə iş irəli gedə bilər… Həsən bəy Zərdabi
- Dişsiz ağızla şəkərqamışı çeynəyən ancaq damağını yaralar. İndoneziya atalar sözləri
- Dostun vurduğu yara heç vaxt sağalmaz. Konqo atalar sözləri
- Döyüşdən boş qayıdınca, yaralı qayıt. Tatar atalar sözləri
E
redaktə- Elə yaralar var ki, qaysaqlansa da, onlara toxunduqda sızıldayır. İvan Turgenev
Ə
redaktə- Əlin yara deyilsə, zəhəri ovcunda gəzdirə bilərsən. Yarası olmayana zəhər əsər eləməz. Şər işlər törətməyənə şərin dişi batmaz. Dhammapada
- Əsla eşq acısı çəkən birinə aşiq olmayın. O adam yaralıdır və yara bantı kimi sizi istifadə edər. Pablo Neruda
H
redaktə- Hansı yara birdən yaxşı olmuşdur? Uilyam Şekspir
- Heç bir igid kürəkdən yara götürməz. Azərbaycan atalar sözləri/H
- Hər kəs xoşbəxt olmaq istəyirsə, həmişə gərək salamat olmağa çalışsın. Çünki xoşbəxtlik mal-dövlət ilə deyil, bədənin salamatlığı ilədir. Həzm etməyən mədəyə, yara düşən ciyərə mal-dövlətdən nə fayda. Həsən bəy Zərdabi
X
redaktə- Xəncər bədəni yaralar, söz ürəyi. Monqol atalar sözləri
İ
redaktə- İftira qılıncdan daha betər silahdır. Çünki iftiranın açdığı yaralar heç vaxt sağalmır. Henri Fildinq
- İlanı yaralı buraxmazlar. Azərbaycan atalar sözləri/İ
- İstəirsən ki, ürəyinə heç bir məlhəmlə sağalmayan yaralar vurulmasın,nadan adamla höcətə girişmə. Nuşirəvan Adil Xosrov
- İşıq xəstə gözlərə əzab verər, xoşbəxtlik yaralı ürəyə ağrı gətirər. Rəşad Nuri Güntəkin
- İt bir yara ilə ölməz. Azərbaycan atalar sözləri/İ
O
redaktə- Optimist yaranın üstündə artıq qabıq, pessimist isə qabığın altında yenə yara görər. Uilyam Şekspir
Ö
redaktə- Özümü hər zaman xoşbəxt hiss edirəm. Niyə bilirsinizmi? Çünki kimsədən bir şey ümid etmirəm. Gözləmələr daim yaralar insanı. Uilyam Şekspir
P
redaktə- Paxıl başqasına ox atar, ancaq özünü yaralar. İsveç atalar sözləri
S
redaktə- Söz - ox deyil, amma ürək yaralar. Rus atalar sözləri
T
redaktə- Təhqir edilmiş mənlik! O, sevgi kimi qüdrətlidir və sevgi əzabları kimi də güclü yara vurur. Mayn Rid
Y
redaktə- Yara istiykən ağrımaz. Özbək atalar sözləri
- Yara sağalar, yeri qalar. Assuri atalar sözləri
- Yara sağalsa da yeri qalar. İndoneziya atalar sözləri
- Yaralar sağalar, ləkələnən adlar əsla. Xalid Hüseyni
- Yaralı yarasını bilir. Kürd atalar sözləri