Üç

Ədəbiyyatda-"göydən 3 alma düşdü..."



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Adətən, gözəl improvizasiya edilmiş nitq hazırlamaq üçün mənə üç həftə vaxt tələb olunur. Mark Tven
  • Ağılla hərəkət etmək üçün insanın üç yolu var : birinci ən nəcib yol - düşüncə, ikinci ən asan yol- təqlid, üçüncü ən acı yol - təcrübədir. Konfutsi
  • Ağlımın bütün maraqları, həm spekulyativ, həm də praktiki üç sualda birləşir: 1. Mən nə bilə bilərəm? 2. Mən nə etməliyəm? 3. Mən nəyə ümid edə bilərəm? İmmanuel Kant
  • Allah haqqında bilik üç növdən ibarətdir: teoloji, fəlsəfi və mistik. Teoloji bilik tövhid və ya birləşmə ilə əlaqədardır. Fəlsəfi bilik ağıl vasitəsilə əldə edilən son həqiqət anlayışı ilə məşğul olur. Mistik bilik Allahın zatını bilməkdir. Buna övliyalar müşahədədən sonra və ya nurlu qəlblərində Allah üzərində düşünməklə nail olurlar. Əbülfəz Zun-nun Misri
  • Allah üç şər-xəta yaratdı: keşiş, şeytan və keçi. Rus atalar sözləri
  • Biliyə üç yol aparır: ən asanı – təqlid, ən çətini – təcrübə, ən şərəflisi – düşüncədir. Konfutsi
  • Bir adam səni üç dəfə aldadıbsa - axmaqsan, bir çökəyə üç dəfə düşübsənsə - korsan. Adıgey atalar sözləri
  • Bir evə üç nəfər üçün azar gəldi, hamı baxdı nökərin gözünə. Nökər dedi: "biri - mən, bəs qalanları". Kürd atalar sözləri
  • Bir zamanlar çox sevdiyi və çox sevildiyi üçün çarmıxa çəkilmiş bir adam vardı. Bəlkə çox qəribə gələcək sizə amma dünən onu üç dəfə gördüm. Birincidə bir fahişəni həbs etməsinlər deyə polislə danışırdı, ikinci dəfə görəndə səfilin biri ilə şərab içirdi. Və üçüncüdə onu kilsədə gördüm, bir kilsə xidmətçisi ilə yumruqlaşırdı. Cübran Xəlil Cübran
  • Bu gün dünyanın hər bir ölkəsində xoşməramlı və həqiqi dərrakəli insanlar tapılır... Birlik, əmin-amanlıq və bərəkətin nəticəsi olan həqiqi rifah necə bərqərar ola bilər? Yalnız bir şəkildə. Hər ölkədə və hər millətdə xoşməramlı və anlayışlı kişi və qadınların birgə fəaliyyəti ilə. Sabit və sakit, tələsmədən, üç şeyi etməlidirlər: Birincisi, bir-birlərini kəşf etməli və bir-birləri ilə əlaqə saxlamalıdırlar. Beləliklə, zəiflik və faydasızlıq hissi aradan qaldırılacaqdır. Bu, Yeni Dünya Serverlər Qrupunun ilk vəzifəsi və vəzifəsidir. İkincisi, onlar bu gün bütün düzgün düşünən insanlar tərəfindən tanınan, lakin təmin olunmayan düzgün yaşamağın, xoş niyyətin və harmoniyanın əsas prinsiplərini aydınlaşdırmalıdırlar. Bu prinsiplər ən sadə formada tərtib edilməli və praktiki fəaliyyətə keçməlidir. Üçüncüsü, geniş ictimaiyyət bu prinsiplər üzrə maarifləndirilməlidir. Onlara davamlı, müntəzəm və sistemli şəkildə qardaşlıq, bütün insanların xoş niyyətinə və sevgisinə əsaslanan beynəlmiləlçilik, dini birlik və qarşılıqlı əməkdaşlıq prinsipləri öyrədilməlidir. Hər bir millətdə və qrupda olan fərdə öz mühüm rolunu xoş niyyət və anlayışla oynamağı öyrətmək lazımdır; qrup digər qruplar qarşısında öz məsuliyyətini daşımalıdır; millətin millət qarşısında, bütün millətlərin isə millətlər dünyası qarşısındakı məsuliyyəti izah edilməli və vurğulanmalıdır. Alisa Beyli
  • Cəhalət üç şeydir: təkəbbür, mübahisənin qızğınlığı və Allaha qarşı nadanlıq. Cəfər Sadiq
  • Çalışmaq bizi bu üç şeydən qurtarar: Can sıxıntısından, pis vərdişdən, yoxsulluqdan. Volter
  • Danışarkən üç şeyə diqqət yetirmək lazımdır: başqası danışanda sözünü kəsməmək, danışmaq növbəsi çatanda susmamaq, danışarkən əl-qol atmamaq. Konfutsi
  • Dünyada üç fəlakət var: yanğın, qadın, dəniz. Ezop
  • Dünyada üç şey gizlədilməz: duman, eşq , pulsuzluq. Ərəb atalar sözləri
  • Dünyada üç şey saxlana bilməz: eşq, tüstü və pulsuzluq! Çin atalar sözləri
  • Dünyada üç şey təhlükəlidir: bıçaq uşaq əlində, hakimiyyət axmaq əlində və tərif yaltaq dilində. Monqol atalar sözləri
  • Dünyada üç yazıq var: taxtdan salınmış hakim, var-yoxdan çıxmış varlı və dəlilər içinə düşmüş ağıllı. Monqol atalar sözləri
  • Dünyanın təşkil etdiyi cisimlər bərk cisimlərdir və buna görə də üç ölçüyə malikdir. İndi, üç ən mükəmməl ədəddir, - bu, rəqəmlərin birincisidir, çünki bir üçün biz rəqəm kimi danışmırıq, ikiyə hər ikisini deyirik, lakin üç - hamısını dediyimiz ilk nömrədir. Üstəlik, onun başlanğıcı, ortası və sonu var. Aristotel
  • Ey Kumeyl, könüllər qablara bənzər; ən xeyirli qab isə içindəkini ən yaxşı qoruyandır. Məndən eşitdiyin sözü yadında saxla. Insanlar üç qismdir: Rəbbə mənsub olan alim, qurtuluş yolunda elm axtaran və adəti pislik olanlar; hər çağıran şəxsə bilmədən uyanlar, hər yelə qapılıb gedən kişilərdir. Onlar nə elm işığıyla işıqlanmışlar, nə də qüvvətli bir müdafiəyə söykənmişlər.

Ey Kumeyl, elm maldan xeyirlidir; elm səni qoruyar, sən isə malı qoruyursan. Mal verməklə azalar, elm isə öyrətməklə çoxalar. Ey Ziyad oğlu Kumeyl, bilik əldə etməyin yolu adətən dindir ki, Allaha onunla yol tapmaq olar. Insan taəti onunla əldə edər; ölümündən sonra da xeyir və yaxşılıqda yad olunar. Elm hakimdir, mal isə hökm altında olandır, məğlubdur. Əli

  • Ən çox da üç şey yorar insanı... Bağışlamaq, içi yanarkən susmaq və olmayacağını bildiyi halda xəyal qurmaq. Çak Palanik
  • Gələcək hadisələri bilmək bizim üçün faydalı deyil. Yaxud sən hesab edirsən ki, üç dəfə konsul seçilən, üç dəfə triumf (triumf- qədim Romada: zəfərdən qayıdan sərkərdənın təntənə ilə qarşılanma mərasimi) alan, özünün böyük igidlikləri şöhrətinə tutulmuş Pompey, ordusunu itirəcəyini, Misirin səhralığında bir gün kəsiləcəyini bilsəydi, bütün uğurlarına sevinə bilərdi? Mark Tulli Siseron
  • Günahlar barəsində yalnız üç fərziyyə mövcuddur: Onlar ya Allah tərəfindəndir (Əlbəttə, bu belə deyil). Belə olan halda, Allaha bəndəni etmədiyi şeyə görə əzab vermək yaraşmaz. Yaxud, həm Allah və həm də bəndənin – hər ikisinin tərəfindəndir (Əlbəttə, belə də deyil). Bu halda da, güclü şərikin zəif şərikinə zülm etməsi rəva deyil. Yaxud da bəndənin özü tərəfindəndir (Əlbəttə, bu belədir). Belə olduqda, Allah onu bağışlasa öz böyüklük və comərdliyinə görə bağışlamış, cəza versə bəndənin öz günahına görə cəzalandırmışdır.[1] İmam Kazım
  • Hər kəsin üç şəxsiyyəti var; ortaya çıxardığı, sahib olduğu, sahib olduğunu sandığı. Alfons Karr
  • İlk arvadı sənə Allah, ikinci qadını insanlar, üçüncüsünü isə şeytanlar göndərər. Yapon atalar sözləri
  • İstənilən peşədə bacarıqlı və uğurlu insan olmaq üçün üç şey lazımdır: təbiət, təhsil və təcrübə. Henri Uord Biçer
  • İş bizi üç bəladan: avaraçılıqdan, qəbahətdən və ehtiyacdan xilas edir. Volter
  • Qadının həmişə üç cür yaşı olur: biri görünən yaş, digəri həqiqi yaş, üçüncüsü də onun özünə verdiyi yaş. Alfons Karr
  • O yerdə ki ləyaqətsizlərə hörmət, ləyaqətlilərə nifrət edirlər - orada üç bəla yuva salır: qorxu, aclıq və ölüm. Hind atalar sözləri
  • Pullu insanlar üç cürdür: pulunun köləsi olanlar, pulunun dostu olanlar və pulunun ağası olanlar. Deyl Karnegi
  • Sake qədəhinin birincisini insan içir, ikincisini sake içir, üçüncüsü insanı içir. (Sake düyü arağı) Yapon atalar sözləri
  • Üç arvad bir yerə yığılsa, bazar olar. Yapon atalar sözləri
  • Üç baş bir yerdə olar Mondzu ağlı (Mondzu - müdriklik allahı). Yapon atalar sözləri
  • Üç cür alçaq olur: alçaqlıqlarnı böyük xeyirxahlıq hesab edən sadəlöhv alçaqlar, öz alçaqlıqlarından utanan, lakin onu əldən qoymayan alcaqlar və əsl alçaqlar. Fyodor Dostoyevski
  • Üç daşınma, bir yanğına əvəzdir. Yapon atalar sözləri
  • Üç dərdə çarə yoxdur: tənbəllikdən doğan yoxsulluğa, həsəddən doğan düşmənçiliyə, qocalıqdan doğan xəstəliyə. Ərəb atalar sözləri
  • Üç dua mütləq qəbul olunur: məzlumun duası, qonağın duası və atanın oğlu üçün etdiyi dua. Məhəmməd
  • Üç gün ac qal, dördüncü gün oğurlayacaqsan. Koreya atalar sözləri
  • Üç gün dilənən adətkar olar. Yapon atalar sözləri
  • Üç gün dilənən heç vaxt tərgitməz. Yapon atalar sözləri
  • Üç günlük bonza*. (*Bonza -Asiya ölkələrində məbəddə əsas kahin) Yapon atalar sözləri
  • Üç il xəstə yat - ən istəkli oğlun da sözünə baxmayacaq. Koreya atalar sözləri
  • Üç kimsə vardır ki, sıxıntı çəkməz – xəstə, oruclu və yolçu. İbrahim Bin Ədhəm
  • Üç qız – müflislik. Yapon atalar sözləri
  • Üç növ insan qəzəbdən uzaq olmalıdır: dövlət məmurları, müştərilər və dul qadınlar. Çin atalar sözləri
  • Üç növ yalan vardır, bəsit yalan, quyruqlu yalan və statistik yalan. Bencamin Dizraeli
  • Üç növ yalançı var: xam yalançı, and içən yalançı və heç vaxt yalan söyləmədiyini iddia edən yalançı. Nikola Şamfor
  • Üç şey adama məhəbbət gətirər: mədənilik, təvazökarlıq, mülayimlik. Ərəb atalar sözləri
  • Üç şey adamda məhəbbət oyadır: inam, təvazökarlıq və səxavət. Ərəb atalar sözləri
  • Üç şey adamın gözünü işıqlandırar: yaxşı arvad, ağıllı oğul, mehriban qardaş. Ərəb atalar sözləri
  • Üç şey gözün gücünü artırır: gözə sürmə çəkilməsi, yaşıllığı seyr etmək və gözəl hüsn-camala baxmaq. Məhəmməd
  • Üç şey ömrü uzadır, geniş ev, bərk qaçan atvə sakit arvad. Ərəb atalar sözləri
  • Üç şeyin çoxluğu və üç şeyin azlığı adama ziyandır: çox danışmaq və az bilmək, çox xəyal etmək və az iş görmək, çox xərcləmək və az qazanmaq. İspan atalar sözləri
  • Üç yalanın günahı Adəm oğlunun adına yazılmaz: savaş vaxtı deyilən yalan: çünki savaş məharəti hiylədən ibarətdir, zövcəsinin könlünü almaq üçün adamın dilinə gətirdiyi yalan, bir də iki adamın arasını düzəltmək üçün deyilən yalan.
  • Üç yaşında qəlbi necədirsə, yüz yaşında da elədir. Yapon atalar sözləri
  • Üç yaşlının adəti səksən yaşına qalar. Koreya atalar sözləri
  • Üçü son dərəcə dözülməzdir: qürurlu kasıb, bürokratik qoca və xəsis varlı. Talmud
  • Yuxular haqqında irəli sürülən fikirləri üç qrupa ayırmaq olar. Filosofların əksəriyyəti bu üç qrupdan birinə, xüsusilə də yuxulara həddindən çox əhəmiyyət verən fikirlərə üstünlük vermişdir. Bu mütəfəkkirlər belə hesab edir ki, yuxular insanın ruhi fəaliyyətinin qəribə nəticəsidir. Hətta onlar bir az da iddialı davranıb, yuxuları bəzi ali hallarla əlaqələndirirlər. Məsələn, onlardan biri olan Şubert belə deyir: "Yuxular - insanın xarici aləmin təzyiqlərindən qaçışıdır. Başqa sözlə, ruhun özünü maddənin qandallarından xilas etməsidir". Filosofların hamısı bu cür iddialı olmasa da, çoxu yuxuların kökünün ruhi xəbərdarlıqlarda olduğunu bildirir. Onların fikrincə, yuxular gün ərzində sərbəstlikləri məhdudlaşan ruhi qüvvələrin yatanda üzə çıxmasıdır. Yuxularda yaşanılan həyatın müxtəlif qeyri-adi uğurlara imza atdığı bu gün əksər müşahidəçilər tərəfindən qəbul olunmuşdur. Ziqmund Freyd
  • Zəkanın kamilliyi üç şeydədir: təvazökarlıq, doğru-dürüstlük və az danışma. Cəfər Sadiq

İstinadlar

redaktə
  1. Biharul-Ənvar, c.78, səh.323, hədis 23