Düz
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Adamlar düz olsaydılar, hakimlər dincəlməyə gedərdilər. Ərəb atalar sözləri
- Ah! Bu qədər oxudum bu qədər əhvalat ya da dastan eşitdim eşqin yolu əsla düz getmir. Uilyam Şekspir
- Axmaq düzü damcı-damcı udarəyri otur düz danış, yalanı - qaşıq-qaşıq. Rus atalar sözləri
- Ağacın düz qalxmasını istəyirsənsə, onu hələ cavan ikən düzəlt. Yapon atalar sözləri
- Ağız əyri olsa da, sözü düz olsun. Başqırd atalar sözləri
- Ağzın əyri də olsa, düz danış. Koreya atalar sözləri
- Allahın sevgisi o demək deyil ki, biz Onu birinci sevməliyik. Əksinə O birinci bizi sevdi. Dünyanı yaradaraq bizim qayğımıza buraxdı, xoş xəbəri yaymaq üçün bizə Öz yeganə Oğlunu göndərdi və nəhayət günahsız Oğlunu çarmıxa çəkməklə bizim öz günahlarımızdan qurtarmağımıza yol açdı. İsanın dirilməsi vasitəsilə Allah əbədi həyat üçün bizə ümid verdi. Elə bu dəqiqə Allah səninlədir. O səni sevir və sən Ona sidq ürəkdən inananda və itaət edəndə O həyatdakı bütün düz və səhv şeylərdən sənin üçün yaxşını yaradır. Kim Daecanq
- Atalar sözü - sözün düzü. Ərəb atalar sözləri
- Az danış, düz danış. Türkmən atalar sözləri
B
redaktə- Bayın ağzı "əyri" olsa da, sözü "düz" olar. Türkmən atalar sözləri
- Bilən bir dəfə danışar, onu da düz. Başqırd atalar sözləri
- Bir qadının diqqəti həmişə pis sədası yayılan kişidə olur. Çünki, sevgi onu düzəldər deyə düşünür. Aqata Kristi
D
redaktə- Dünyaya necə göründüyümü bilmirəm ; amma mən özümü, hələ kəşf edilməmiş gerçəklərlə dolu bir okeanın sahilində oynayan, düz bir çay daşı ya da gözəl bir dəniz qabığı tapdığında sevinən bir uşaq kimi görürəm. İsaak Nyuton
- Düz adam həqiqətdən qorxmaz. Rus atalar sözləri
- Düz adamın baxışı aydın olar. Ərəb atalar sözləri
- Düz - əyrini araba ilə də qovub tuta bilər. Monqol atalar sözləri
- Düz danışana hamı düşməndir. Tamil atalar sözləri
- Düz danışanın dostu olmaz. Türkmən atalar sözləri
- Düz gələn ceyranın iki gözündən başqa eybi yoxdur. Türkmən atalar sözləri
- Düz olanı öyrənmək heç zaman gec deyil. Aqata Kristi
- Düz söz allahı sevindirər, adamı qəzəbləndirər. Benqal atalar sözləri
- Düz söz poladı kəsər. Lak atalar sözləri
- Düz söz şəkər qamışının gövdəsi kimidir: istər qısa olsun, istər uzun - şirindir. Madaqaskar atalar sözləri
- Düz sözdən dost da üz çevirər. Benqal atalar sözləri
- Düz sözə ancaq axmaq hirslənər. Benqal atalar sözləri
- Düz və təmiz adamlar arasındakı dostluq möhkəm olur. Kəlilə və Dimnə
- Düz yolla alımayan dövlət və şöhrət buludb kimi dağılar. Yapon atalar sözləri
Ə
redaktə- Əgər düz olduğunu bilirsənsə, heç vaxt və heç nəyi sürüyə sübut etməyə çalışma. Marilyn Manson
- Ən yaxşı yol düz yoldur. Alman atalar sözləri
- Əyri ağacı od düzəldər. Əfqan atalar sözləri
- Əyri ağacın düz kölgəsi olmaz. Alman atalar sözləri
H
redaktə- Hər kəs öz işini görsə, cəmiyyətin bütün işləri düz gedər. Yohann Volfqanq Göte
İ
redaktə- İçki məclisində ayıq adama münasibət necədirsə, naqis mühitdə düz adama münasibət də elədir. Əbu Turxan
- İnsan bambuq kimi düz olmalıdır, - o, sınar, lakin əyilməz. Koreya atalar sözləri
- İnsanlar nə üçün adi-gündəlik həyatda daha çox həqiqəti söyləyirlər? Ona görə yox ki, kimsə Allah deyilən bir qüvvə yalanı qadağan edir. Ona görə ki, əvvəlan bu daha asandır, ikincisi ona görə ki, yalan demək fantaziya, yaradıcılıq və yaddaş tələb edir. Bir də ona görə ki, adi münasibətlərdə sözün düzünü demək, birbaşa demək daha sərfəlidir: mən bunu istəyirəm mən bunu etmişəm və bu kimi; deməli, açıq istək və məqsəd, iradə yolu hiylə yoluna nisbətən daha etibarlı olur. Əgər bir uşaq ailədə başqa cür tərbiyə görürsə, o yalana alışır və istər-istəməz öz xeyrinə olanı deyir. Həqiqət duyğusu, yalana qarşı müqavimət onun üçün tamamilə yabançı və əlçatmaz bir şeyə çevrilir və o, günahsızcasına yalan danışmaqla ömür sürür. Fridrix Nitsşe
Q
redaktə- Qələm əyri yonulsa da düz yazar. Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- Qonaqlıq qeybəti- pis əməl və günah sayılır, axı o çox vaxt düz çıxır. Aqata Kristi
- Qozbel həmişə istəyər ki, düz kimi görünsün. Osetin atalar sözləri
- Quranın dediyinə görə İsa imam Mehdinin əlindən tutmuş halda gələcək. O zaman sülh və barışıq bütün dünyanı bürüyəcək. Mehdi və İsaya səslənirəm ki, tez gəlin, tez gəlin ! Gəlsinlər tez gəlsinlər. Məgər bu düz deyilmi ki, dünyanı təhlükələr əhatə edib?! Bugün bütün zaman və məkanların düşmənləri Fələstinin işğal edilmiş ırazilərində toplanmışdır. Mən inanıram ki, tarixin bütün müharibələrinin möhürü məhz bu Qəzza müharibəsi olacaqdır. Biz Fələstində sülh və barış üçün döyüşürük. Bu bizim və bütün Latın Amerikalıların xeyrinədir.[1] (azərb.) Uqo Çaves
N
redaktə- Namuslunun xasiyyəti möhkəm, sözü də düz olur. Monqol atalar sözləri
- Necə ki oxçu oxların düz olmasına diqqət göstərər, usta da dağınıq düşüncələrini elə yığışdırıb istiqamətləndirər. Qautama Budda
O
redaktə- Oteldəki mağazada sadəcə iki düz kitab varıydı və ikisini də mən yazmışdım. Duqlas Noel Adams
P
redaktə- Pis arvad əyri qabırğa kimidir: sındırarsan, amma düzəldə bilməzsən. Əfqan atalar sözləri
T
redaktə- Tanımadığın düz yoldan, tanıdığın dolama yol kəsə olar. Abxaz atalar sözləri
Y
redaktə- Yalançının bir düz sözü vardı, onu da it apardı. Adıgey atalar sözləri