Aciz, köməksiz insanlar maraqlı xüsusiyyətə malikdirlər. Onlar milçəklərin qonduğu havayı bal kimidir. Onlara heç kim heç nə vermir, amma onlardan çox şey alırlar. Mülayim, güzəştə gedən, şəxsi mənfəət güdməyən insan həmişə kütlənin qurbanı olur. İnsanlar onların xeyirxahlığını və acizliyini uzaqdan hiss edirlər. Teodor Drayzer
Dövlətə mərasimlər və qanunvericilər deyil, kütləni arxalarınca istədikləri yerə apara biləcək şəxsiyyətlər kömək edə bilər. Əgər onlar kütləni düzgün yolla aparırlarsa, o zaman mərasimlər və qanunlar fayda verir, əgər səhv yolla aparırlarsa, faydasız olur. Solon
Əgər geniş kütlə fəlsəfi ideyaları mənimsəyə bilmirsə, filosoflar kütlənin içinə getməyi və publisistik üslubda yazmağı öyrənməlidirlər. Tur Xander
Əgər kütlə ləyaqətli insanlar haqqında ədalətli mühakimə yürüdürsə, bu, mühakimə edilənlərin xoşbəxtliyindən çox kütlənin özünü şərəfinə aiddir. Mark Tulli Siseron
Ən yaxşı şeyləri səhnədən kimin təqdim edəcəyi məlum olana qədər yaxşı şeylər hələ bir şey bildirmir. Kütlə bu təqdim edənləri böyük insanlar adlandırır. Fridrix Nitsşe
İdeyalar kütləni ələ alanda gücə çevrilir. Vladimir Lenin
İyirmi ildən artıq xilafətə qarşı kəskin və cəsur azadlıq mübarizəsi aparmış bir xalqı şən və qayğısız ömür sürən başıpozuq bir kütlə kimi qələmə vermək mümkün deyil.[1]Ziya Bünyadov
Kim kütləni oyadır, cəhənnəmi oyadır. Ernst Toller
Kütlə arasındakı tənhalıqdan qorxunc tənhalıq yoxdur. Edqar Allan Po
Kütlə əhval-ruhiyyə ilə bir bütünə bağlanır və buna görə də kütlə ilə danışmaq lazımdır, onu qızğın sözlərlə həyəcanlandırmaq əvəzinə onu inandırmaq lazımdır. Vladimir Bexterev
"Kütlə məzhəkəçisi” olmaq istəməyən hər bir yazıçının yeganə amalı – yaşadığı zəmanənin dəyərlərini zənginləşdirməyə hesablanmalı və o hər bir vəchlə buna can atmalıdır. Onore de Balzak
Kütlələr heç vaxt həqiqətin nədən ibarət olduğunu bilməyib və illüziyalar tələb ediblər. Çünki, kütlə illüziyasız yaşaya bilmir. Ziqmund Freyd
Kütləni heyran etmək istıyirsənsə, onu həmişə məsafədə saxla. Qustav Lebon
Kütləni sevgi yumağı ətrafında həmişə yığa bilmək olar; təki yanlarında hirslərini tökə biləcəkləri başqa adamlar olsun. Ziqmund Freyd
Kütlənin ardınca gedən kütlənin çatdığı yerə qədər gedə bilər, amma ondan uzağa yox. Təkbaşına isə heç kimin heç vaxt getmədiyi yerlərə gedib çıxmaq olar.Albert Eynşteyn
Kütlənin duyğusu onun təxəyyülüdür. Bununla, istənilən vaxtda o sakitcə idarə edə bilər. Edqar Allan Po
Kütlənin su içdiyi bulaqların hamısı zəhərlənib. Fridrix Nitsşe
Mən Allahı bütün şeylərin transsendent (transsendent- idealist fəlsəfədə: təcrübə xaricində olan, dərk edilə bilməyən) yox, immanent (immanent- fəlsəfədə: bir şeyin və ya hadisənin öz təbiətinə xas olan; daxili) səbəbi hesab edirəm. Mən Pavellə birlikdə, ola bilsin ki, bütün qədim filosoflarla birlikdə təsdiq edirəm ki, hər şey Allahın özündədir və Allahda hərəkət edir... Ancaq, əgər bəziləri “Teoloji-siyasi traktakt”ın Allahın və təbiətin ( bu adlar altında müəyyən kütləni, yaxud maddi materiyanı başa düşürlər) mahiyyətcə eyni şey olmasına əsaslanmasını düşünürlərsə, onlar tamamilə səhv edirlər. (“Oldenburqa məktub”-1675-ci il, noyabr-dekabr). Benedikt Spinoza
Mən qadınlar haqqında son sözümü hələ deməmişəm. "Mən inanıram ki, əgər qadın kütlədən uzaqlaşmağa və ya daha yaxşısı, özünü kütlə üzərinə qaldırmağa müvəffəq olursa, o fasiləsiz və kişidən daha çox inkişaf edir."[2]Artur Şopenhauer
Mənə deyin görüm, insan niyə özünü başqa insanlar, kütlə kimi aparmalıdır? Salvador Dali
Sokratı kim zəhərlədi, Janna Darkı kim yandırdı, İsanı kim çarmıxa çəkdi, Məhəmməd peyğəmbəri dəvə sümüklərinin qalıqları olan yerdə kim dəfn etdi? Kütlə. Deməli, kütlənin ağlı yoxdur. Onu həqiqət yoluna yönəltməyi bacar. Abay Kunanbayev
Teatr ictimai həyatın güzgüsü, sənət məbədi olduğundan teatrda tamaşaya qoyulan əsərlər həyatımızın təkcə əxlaqi cəhətlərini tərbiyə etməməli, həm də insan təbiətinə xas olan estetik hisslər aşılamalıdır; deməli, hər bir səhnə əsərində əxlaqi ünsürdən başqa, bədii ünsür də olmalıdır; musiqi əsərində bədiilik ünsürü musiqi ilə ifadə olunur, dram əsərlərində isə poeziya və nəsrlə; səhnə sənətinin hər iki sahəsinin kütlə üçün zəruri olduğu burdan irəli gəlir. Üzeyir Hacıbəyli