Şöhrət
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
B redaktə
- Bəxtin iki övladı var: biri inam, digəri şöhrət. Frensis Bekon
- Bəzi məşhur adamlar öz şöhrətlərinə görə pərəstişkarlarına borcludurlar. Georq Lixtenberq
- Budur əsl şöhrət - Yalnızlıq. Koko Şanel
E redaktə
- Etiraf etməliyik ki, məşhurların çoxu yalnız öldükdən sonra şöhrətə çatmışdır. Samuel Smayls
Ə redaktə
- Ən qüdrətli ehtiras şöhrətpərəstlikdir. İlahi, məni bu ehtirasdan xilas et, qalanlarından özüm də xilas ola bilərəm. Riçard Şeridan
G redaktə
- Gördüyü işin əbədiliyinə əmin olan şəxs heç vaxt şöhrət dalınca qaçmır, çünki onsuz belə xoşbəxtdir. Anri Berqson
İ redaktə
- İnsanlar ancaq layiq olduqları şöhrətə sahib ola bilərlər. Höte
K redaktə
- Kiminsə təlxəyi olmaq çox kədərli məşğuliyyətdir. Şöhrətpərəst adam isə hamının təlxəyidir. Uilyam Penn
Q redaktə
L redaktə
- Lütfən mənə deyin. Türkiyənin neçə Fazıl Sayı var?! Necə ki, bəzi mövzularda eşitməyə öyrəşmədiyimiz səbəblərə görə yerdən yerə vurduğumuz Saydan danışıram. Maraqlıdır neçə musiqiçimiz onun kimi məhsuldardır?! Nə qədər musiqiçi onun kimi beynəlxalq aləmdə şöhrət qazanmışdır?! Bəli, əlbəttə var; bir əlin barmaq sayını keçməz. Məmməd Əli Birand
M redaktə
- Mən şöhrətin dərəcəsini böyük cənabın lovğalanaraq özü üçün yığdıqlarına görə yox, vətən üçün etdikləri işlərin, onun davranışından və işlərindən razı qalan insanların sayına görə müəyyən edirəm. Denis Fonvizin
- Məşhurluq - bu şöhrət dəyişdirilən qəpik kimidir. Viktor Hüqo
S redaktə
- Sənin şöhrətin sənin kölgən kimidir- o gah səndən qabaqda, gah arxada gedir; bəzən səndən böyük, bəzən isə kiçik olur. Qotlip Teodor Hippel
- Siz nə şöhrət, nə də təşəkkür gözləmədən xidmət еtdikləriniz və sizə xidmət еdənlərin nаminə könüllü qurbаn vеrməlisiniz. Atilla
Ş redaktə
- Şöhrət - ciddi əmək hesabına qazanılır. Baltazar Qrasian
- Şöhrət çox bahalı, lakin tez xarab olan maldır. Onore de Balzak
- Şöhrət əldə edilənə qədər maraqlıdır, əldə edildikdən sonra maraqdan düşür. Paul Ernest
- Şöhrət xalqın xəstə nəfəsidir. Jan Jak Russo
- Şöhrət gün işığında dayanmış ehtirasın kölgəsidir. Cübran Xəlil Cübran
- Şöhrət qabağa keçəndə gerçək inkişafın qarşısını kəsir. Tur Xander
- Şöhrət ölməz əməllərin ətridir. Sokrat
- Şöhrət - uca qayalıq, insan oraya sürünə-sürünə, qartal isə bir dəfə qanad çalmaqla çıxır. Abay Kunanbayev
- Şöhrət - uzaqdan günəş kimi parlaq və isidici, yaxınlaşdığınız zaman isə bir dağ zirvəsi kimi soyuqdur. Onore de Balzak
- Şöhrətpərəst adama başqalarının rəyi deyil, onların rəyi haqqında öz rəyi əhəmiyyətlidir. Fridrix Nitsşe
- Şöhrətpərəstlik adamı təbiilikdən məhrum edir. Lyuk de Klapye Vovenarq
- Şöhrətpərəstlik insana qalib gəlsə, onu öz nəfsinin qulu edər. Abbasqulu ağa Bakıxanov
V redaktə
- Vüqar sanki adamın boyunu ucaldır, şöhrətpərəstlik isə üfürüb şişirdir. Samuel Smayls