Bu gün
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Aşiq olanda bizə elə gəlir ki, bütün dünya bizimlə həmfikirdir - bu gün qürub zamanı buna əmin oldum, amma nəsə öz yolu ilə getməyəndə, heç nə qalmır - nə vağlar (quş növü), nə uzaqdan eşidilən musiqi, nə onun dodaqlarının dadı. Bəs bütün bu gözəllik belə sürətlə hara itdi, hara qeyb oldu? Axı bir neçə dəqiqə əvvəl bütün bunlar mövcud idi, bizi əhatə edirdi... Paulo Koelyo
- Azərbaycan o ölkələrdəndir ki, hələ yüz il bundan əvvəl ən ülvi demokratik dəyərləri nəinki bəyan edib, öz praktiki fəaliyyətində onları təmin edib. Bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq. İlham Əliyev
- Azadlıq ali dəyərdir; o olmadan şəxsiyyət mümkün deyildir. Həyat və bilik bu gün o qədər mürəkkəbdir ki, biz öz yolumuzu yalnız azad diskussiya vasitəsilə seçə, səhvlər və xurafatlar içərisindən keçərək həqiqət perspektivinə nail ola bilərik. Qoy insanlar, hətta müəllimlər belə fərqli rəy söyləsinlər və müzakirələr aparsınlar; belə müxtəlif fikirlər inamın nisbi olduğunu üzə çıxaracaq, belə halda silaha əl atmaq o qədər də vacib olmayacaqdır; nifrət və müharibə kənardan güclə boynuna qoyulan ideyalardan və doqmatik inamdan irəli gəlir. Təfəkkür və nitq azadlığı "müasir" ruhun nadanlığını və xurafatını yuyub təmizləyəcəkdir. Biz düşündüyümüz qədər təhsilli deyilik; biz ümumi təhsilin böyük eksperimentinin başlanğıcındayıq və onun elə bir vaxtı olmayıb ki, bizim təfəkkür üslubumuza və ictimai həyatımıza təsir göstərə bilsin. Biz müəyyən təchizat yaradırıq, amma bu metodlarda və texniki qaydalarda çox primitivik; biz təhsil haqqında belə düşünürük ki, bu, müəyyən biliklərin ötürülməsidir, əslində isə o, zəkanın elmi vərdişlərinin inkişafı olmalıdır. Nadan insanın fərqli əlaməti ondadır ki, onun fikirləri tələsikdir və şərtsizdir. Bertran Rassel
B
redaktə- Bir adama yaxşılıq edib əvəzini gözləmək, bu gün əkdiyin ağacı sabah çıxarıb atmaq kimidir. Məhəmməd Tağı Sidqi
- Bir bu gün iki sabaha dəyər! Bencamin Franklin
- Bir nəfər bu gün kölgədə oturursa, uzaq keçmişdə başqa birisi ağac əkdiyinə görədir. Uorren Baffett
- Biz aramızda baş verən mübahisə, anlaşılmazlıqlar və s görə narahat olmamalıyıq. Hətta ulduzlar belə toqquşur. Və onların toqquşmasından yeni dünyalar yaranır. Bu gün bilirəm ki, buna — Həyat deyilir... Çarli Çaplin
- Bu gün al şərab qədəhini başa çəkəndə düşün ki, sabah ürək qanını qusmalı olacaqsan. Arif Ərdəbili
- Bu gün anam öldü, və ya dünən, tam xatırlamıram. Alber Kamyu
- Bu gün arvadım öldü, nəysə ki, stolumun üstü məni əyləndirəcək bir çox sənədlə dolu. Alber Kamyu
- Bu gün cəsarət edə bilmədiyin üçün edə bilmədiyin şeyləri, sabah zamanın olmadığı üçün etməyə bilərsən. Paulo Koelyo
- Bu gün elə bir dünyada yaşayırıq ki limonad süni dadlandırıcılardan edilərkən mebel cilası limondan edilir. Alfred Myumen
- Bu gün geridə qalan həyatımın ilk günüdür. Amerikansayağı gözəllik (film, 1999)
- Bu gün gələcəyini düşünməyən sabah onun əzabını çəkər. Konfutsi
- Bu gün qadınların özlərini sübut etmək üçün xeyli imkanlar yaranıb; aramızda prezident olanları da var. Məncə, qadınlara çanta daha çox yaraşır, nəyinki süngər. Marqaret Tetçer
- Bu gün qəlbimdə vətən həsrəti var: zaman dənizləri ardında orada bircə xoş saat arzulayıram. Rabindranat Taqor
- Bu günə ən uzaq gün, dünən. Özdəmir Asaf
- Bu günə hazır olmayanın sabaha hazır olmağı daha çətin olacaq. Ovidi
- Bu günü daha yaxşı görmək üçün keçmişi bilməliyik. Ömər Xəyyam
- Bu günün uşaqları zalımdır: valideynlərinə qarşı çıxır, yeməklərini yeyir və müəllimləri qarşısında zalım kimi davranırlar. Sokrat
- Böyük tullanmağı reallaşdırmaq istəyən, bir neçə addım geriyə getmək məcburiyyətindədir. Bu gün sabaha dünənlə bəslənərək yol alır. Bertolt Brext
D
redaktə- Dünən bu gündür əslində, dəyişən tək şey zamandır. Əhməd Hamdi Tanpınar
- Dünən keçdi bu günü düşünürəm, sabah varmı? Gəncliyinə güvənmə, ölənlər həmişə qocamı? Nəcib Fazil Qısakürək
- Dünən tarixdir, sabah bilinməyəndir, bu gün isə hədiyyədir. Franklin Delano Ruzvelt
- Dünəndən öyrən, bu gün üçün yaşa, sabah üçün ümid et. Albert Eynşteyn
- Dünənlə bu gün arasında savaş olarsa, sabahı itirərik. Uinston Çörçill
- Dünənin kədərləri və sabahın narahatçılıqlarıyla dolu bir ürəkdən, bu gün bir şey gözləmə... Hanna Arendt
- Dünəniylə məşhur insanlar bu gün gün üzü görməzlər. Özdəmir Asaf
Ə
redaktə- Əgər bir gün sussam, bu artıq deyiləcək heç bir şey qalmadığı üçündür; hər şey deyilməmiş, heç bir şey deyilməmiş olsa belə. Semyuel Bekket
- Əvvəllər, bir ölkəyə qarşı döyüşmək üçün əsgər axtarılardı. Bu gün, əsgərləri döyüşdürmək üçün ölkə axtarılır. Şarl Lui Monteskyö
G
redaktə- Gələcək və keçmiş üçün üzülmə, bu günki xoşbəxtliyin qiymətini bil. Ömər Xəyyam
- Gələcəyi satın ala biləcək tək şey - bugündür. Samuel Conson
- Görünüşə aldanma; çünki heç bir şey göründüyü kimi deyil. Bu gün həyat verən su, sabah sizi öldürə bilər. Mövlana Cəlaləddin Rumi
H
redaktə- Hər səhər oyandığında özünə bunları deməyi unutma: Bu gün də oyandığım üçün şanslıyam, dəyərli həyatım var və bu həyatı boş keçirməyəcəyəm, bütün enerjimi özümü inkişaf etdirmək, qəlbimlə başqalarına çatmaq, hər kəsin yaxşılığını təmin edəcək şəkildə maariflənmək üçün istifadə edəcəyəm. Başqalarına qarşı xoş niyyətli olacağam, onlara qəzəblənməyəcək və haqlarında pis düşünməyəcəm. Tenzin Gyatso
X
redaktə- Xalq azadlıq uğrunda mübarizə apararkən qurbanlar verməlidir. Keçmişdə də belə olmuşdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Heydər Əliyev
İ
redaktə- İnsan hər gecə yatmazdan əvvəl özünə sual verməlidir: " Bu gün nə pislik etdim, nə danışdım, nə düşündüm, nələri anladım və hansı yaxşılıqları etdim?" Korneliya Parker
K
redaktə- Keçmiş və bu gün bizim üçün vasitədir, yalnız gələcək bizim məqsədimizdir. Blez Paskal
M
redaktə- Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən AZƏRBAYCANLIYAM! Heydər Əliyev
- Mən rədd edilmiş, itilib qaxılmış bir uşaq olmasaydım böyük ehtimalla bir rok ulduzuna çevrilib, bu duyğunu cəmiyyətə yönəltmək istəməzdim. Xristian məktəbinə getməmiş olsaydım bu qədər reaksiya göstərib bu gün inandığım şeylər mövzusunda bu qədər açıq fikirli olmaya bilərdim. Bunlar bu gün mənim səhnədəki performansıma çox qəti xəttlərlə təsir etdi. Marilyn Manson
O
redaktə- Oğlum, ağlama, müdrik ol, həyatı dərk et... “Öz Yaradanının yanına qayıt” hökmü verilib... İlk andan dönə-dönə yoğrulmuş, diqqətlə düzəldilmiş və əmanət verilmiş maddi insan libası geri alınan gün yetişib... Əcəl çatdıqda onun bir an belə geci-tezi ola bilməz... Bu gün hökm hamıdan qüdrətli və tək olan Allahın hökmüdür... Nəsirəddin Tusi
- On yeddi yaşım olanda, bir sitat oxudum - buna bənzəyirdi: "Hər gün, bu gün axırıncı gün imiş kimi yaşayırsansa, bir gün sən haqlı çıxacaqsan". Mən bu sitatdan çox təsirləndim və o vaxtdan bəri, 33 il ərzində hər gün güzgüyə baxaraq özümdən soruşuram: "Bu gün ömrümün axırıncı günü olsa, bu gün eləmək istədiyim şeyləri eləyərdimmi?". Bir neçə gün ərzində bu suala cavabım "yox" olanda başa düşürdüm ki, nəyisə dəyişmək lazımdır. Stiv Cobs
Ö
redaktə- Ömür dediyin üç gündür; Dünən gəldi keçdi, sabah bilinmir. Onda ömür dediyin bir gündür; O da bu gündür. Can Yücəl
- Özümü sevəndən sonra anladım ki, ağılım məni təəsüfləndirə bilər və bundan xəstələnə bilərəm. Amma onu ürəyimlə birləşdirəndən sonra, mənim ağılım mənim dəyərli ortağıma çevrildi. Bu gün bilirəm ki, buna — Ürək müdrikliyi deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra anladım ki, bir insanın boynuna arzusunda olduğu şeyləri etmək vaxtının çatmasını qoymaqla, onun buna hazır olmadığını nəzərə almamaq, onun xətrinə dəymək deməkdir. Və bu insan elə mən özüməm. Bu gün bilirəm ki, buna — Etiraf deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra anladım ki, darıxmaq və tənhalıq həqiqətlərimin əksinə yaşadığıma dair xəbərdarlıq siqnallarıdır. Bu gün bilirəm ki, buna — Etibarlılıq deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, başqası kimi yaşamaq məqsədindən əl çəkib, öz əhatəmin məni necə böyütdüyünü anladım. Bu gün bilirəm ki, buna — Yetkinlik deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, hər zaman haqlı olmaq məqsədindən uzaqlaşdım və o gündən çox az səhv edirəm. Bu gün bilirəm ki, buna — Təvazökarlıq deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, mən keçmişlə yaşamaq və gələcək üçün nigarançılıq hissini tərgitdim. Artıq an-la yaşayıram. Artıq mən hər gündə varam. Bu gün, sabah, birigün… Bu gün bilirəm ki, buna — Bacarmaq deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, mənə ziyan olan şeylər — qidalar, insanlar, əşyalar və hadisələrdən uzaqlaşdım. Ayağımdan tutub, məni aşağıya çəkən hər şeyi rədd eləməyi bacardım. Əvvəlcə mən bunu sağlam eqoistlik prosesi adlandırırdım. Amma bu gün bilirəm ki, buna — Özünə sevgi deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, nəyin, necə, harda və kiminlə baş verməsindən asılı olmayaraq, doğru şey etdiyimi, doğru yerdə, doğru insanla olduğumu anladım. Bu gün bilirəm ki, buna — Özgüvən deyilir. Çarli Çaplin
- Özümü sevəndən sonra, öz vaxtımdan oğurlamağı və gələcəyə dair möhtəşəm layihələr hazırlamağı tərgitdim. Bu gün mən ancaq mənə sevinc və xoşbəxtlik gətirən işlərlə məşğulam. Mən bunu özümə məxsus bacarığım və özümə məxsus ritmimdə edirəm. Bu gün bilirəm ki, buna — Sadəlik deyilir. Çarli Çaplin
S
redaktə- Sabah oyananda, ya da oyandığımı sananda bu gün haqqında nə deyəcəyəm? Semyuel Bekket
- Sabah tam başqa bir insan olacağını deyirsən. Niyə bu gündən başlamırsan?. Epiktet
- Səadət qapını açmasa bu gün,
Kəsmə ümidini ondan büsbütün. Nizami Gəncəvi - Siz həvəslə bеlə bir аdi həqiqəti qəbul еtməlisiniz ki, özünüz qüsurlаrdаn xаli dеyilsiniz. Və bu gün dünənkindən yаxşı bаşçı оlmаq üçün hər gün çаlışmаlısınız. Atilla
T
redaktə- Tənbəl deyər: "Bu gün oynaram, sabah oxuyaram". Çalışqan deyər: "Bu gün oxuyaram, sabah oynaram". Azərbaycan atalar sözləri/Elm, bilik və ağıl
- "Türkiyə cümhuriyyətinin, xüsusilə bu günki gəncliyinə və yetişməkdə olan uşaqlarına xitab edirəm: Qərb səndən, Türkdən çox geri idi. Mənada, fikirdə, tarixdə bu belə idi. Əgər bu gün qərb texnikada bir üstünlük göstərirsə, ey Türk Övladı, o qəbahət də sənin deyil, səndən əvvəlkilərin bağışlanılmaz laqeydliyinin bir nəticəsidir. Bunu da söyləyim ki, çox ağıllısan! .. Bu məlumdur. Lakin zəkanı unut! .. Daim çalışqan ol..." Mustafa Kamal Atatürk
Y
redaktə- Yolda ehtiyatlı ol. Bu gün bir həyat üçün ən təhlükəli yerdir. Fyodor Uqlov