Dəri
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ayını öldürməmiş dərisini satma. Əfqan atalar sözləri
B
redaktə- Bəzi insanların iki – bir həqiqi dərisi, bir yalançı dərisi olur. Anna Bartkulaşvili
- Bir dəfə təsadüfən ingilis səyyahı Con Franklinin kitabı əlimə düşdü. Müəllif kitabda üç həftədən çox bir müddətdə qar və boranla necə mübarizə apardığını və aclıqdan dəri çəkmələrini yediyini təsvir edirdi. Dərhal məndə belə bir hiss yaşamaq üçün istək baş qaldırdı.[1] Rual Amundsen
- Bir qoyundan iki dəri soyulmaz. Ləzgi atalar sözləri
C
redaktə- Canavar canavarın dərisini cırmır. Gürcü atalar sözləri
- Cöngənin dərisini buğa aparar, buğanın dərisinə cöngənin gücü çatmaz. Kürd atalar sözləri
D
redaktə- Dərisi ağ qulların pisi ermənilərdir. Abır-həyaları yoxdur, oğurluqları olduqca məşhurdur. Onlar yalnız dəyənək və qorxu altında yaxşı işləyirlər. Adam Mets (İsveç səyyahı)
- Dəvənin dərisi bir eşşəyə yükdür. Fars atalar sözləri
- Dəvənin dərisi bir öküzə yükdür. Kürd atalar sözləri
- Dovşan ölməmiş dərisini satmırlar. Tatar atalar sözləri
Ə
redaktə- Əgər saxlanılması üçün insanların dərisi soyulacaqsa, lənətə gəlsin o sivilizasiya və onun maraqları. Fyodor Dostoyevski
- Əgər siz gününüzə kofeinsiz başlayırsınızsa, həmişə şən olursunuzsa, ağrılara, nasazlıqlara məhəl qoymursunuzsa, öz problemlərinizlə insanları narahat etmirsinizsə, şikayət etmirsinizsə, hər gün eyni yeməyi yeyirsinizsə və buna görə minnətdarsınızsa, sevdiyiniz insanın sizə baxmağa vaxtı olmayanda onu başa düşürsünüzsə, sizin heç bir günahınız olmadığı halda sevdiyiniz insanın ittihamlarını qulaqardına vura bilirsinizsə, tənqidi sakit qəbul edə bilirsinizsə, kasıb dostunuzla, zəngin dostunuzla eyni cür rəftar edirsinizsə, yalandan və aldatmadan uzaq dura bilirsinizsə, stresslə dərmansız mübarizə apara bilirsinizsə, özünüzü içkisiz yaxşı hiss edirsinizsə, dərmansız yuxuya gedə bilirsinizsə, səmimi olaraq dəri rənginə, dini inanclara, cinsi oriyentasiyaya və siyasətə qarşı qərəziniz olmadığını söyləyirsinizsə, deməli siz itinizin inkişaf səviyyəsinə çatmışınız. Uinston Çörçill
G
redaktə- Görənin gözünü oyma, oğurlayanın dərisini soy! Talış atalar sözləri
İ
redaktə- İlanın dərisi təzəsə də, ürəyi həminkidir. Rus atalar sözləri
- İnsan ətrafında olan şeyləri və dünya ilə olan münasibətini həvasi xəmsə vasitəsilə dərk edir. Həvasi xəmsənin əvvəlincisi qüvveyi basirədir ki, gözlərin vasitəsilə, ikincisi qüvveyi samiədir ki, qulaqların vasitəsilə, üçüncüsü qüvveyi şammədir ki, burun vasitəsilə, dördüncüsü qüvveyi zaiqədir ki, dil vasitəsilə və beşincisi qüvveyi lamisədir ki, bədənin dərisi vasitəsilə dərk olurlar. Həsən bəy Zərdabi
J
redaktə- Jurnalist üçün insan deyilən varlıq, üstünə dəri keçirilmiş bir xəbər maddəsidir. Fred Allen
Q
redaktə- Qalın dəri pis quruyar. İndoneziya atalar sözləri
- Qan dəri altında dövran etdiyi kimi, yaxşı kitabın da altında həyatın nəbzi vurur. Mixail Kalinin
- Qəbul olunub ki, bayramlarda başçı özünün yaxşı xəzini və gözəl işlənmiş dəri paltarını geyinsin. Amma çox bahalı paltarla öz üstünlüyünü göstərmək yalnız toplaşanların nifrətinə səbəb olur, onları bayram əhvali-ruhiyyəsindən yayındırır. Atilla
- Qurd, oğurladığının haqqına dərisini verər. Adıgey atalar sözləri
Ö
redaktə- Ölmüş dəvənin dərisi bir eşşəyə yükdür. Azərbaycan atalar sözləri/Ö
P
redaktə- Pələng ölür - dərisi, fil ölür - sümüyü, insan ölür - adı qalır. İndoneziya atalar sözləri
- Pələng ölür dərisi qalır, insan ölür - şöhrəti. Vyetnam atalar sözləri
S
redaktə- Sümüklə dəri - yeməklə diri. Türk atalar sözləri
T
redaktə- Tülkü - dərisi ucbatından bədbəxt olar. Əfqan atalar sözləri
- Tülkü tülkülüyünü bildirincə, dərisini boğazından çıxararlar. Azərbaycan atalar sözləri/T
- Tülkünün dərisi özünə düşməndir. Adıgey atalar sözləri
V
redaktə- Vurulmamış heyvanın dərisini tərifləmə. Monqol atalar sözləri
Y
redaktə- Yaxşı çoban qoyunu qırxanda onun dərisini soymur. Latın atalar sözləri
İstinadlar
redaktə- ↑ Ağla və qəlbə işıq saçan sözlər. Bakı, 2014