Dəyirman
A | B | C | Ç | D | E | Ə | F | G | H | X | İ | J | K | Q | L | M | N | O | Ö | P | R | S | Ş | T | U | Ü | V | Y | Z |
A
redaktə- Ac qoyun, viran dəyirman sahibinə baş ağrısıdır. Azərbaycan atalar sözləri/A
- Acından dəyirmana baxır, kibirliyindən şahid almır. Azərbaycan atalar sözləri/A
B
redaktə- Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar. Azərbaycan atalar sözləri/B
- Bilməzin dəyirmanını Allah işlədər. Azərbaycan atalar sözləri/B
- Bir dağarcıq dəni var, boş dəyirman axtarır. Azərbaycan atalar sözləri/B
- Bir torba dəni var, beş dəyirmana üyütməyə gedir. Azərbaycan atalar sözləri/B
C
redaktə- Cır (meyvə) gəlib dəyirman çarxının ağzında dayanır. Buduq atalar sözləri
D
redaktə- Dəyirman atanın da olsa növbəni gözlə. Əfqan atalar sözləri
- Dəyirman iki daşdan, məhəbbət iki başdan. Türk atalar sözləri
- Dəyirman kimi — bərk götür, yumşaq qaytar. Fars atalar sözləri
- Dəyirman öz işində, çax-çax baş aparır. Talış atalar sözləri
- Dəyirmana girdi köpək, dəyirmançı vurdu kötək; həm kötək yedi köpək, həm kəpək yedi köpək. Yanıltmac
- Dəyirmanda dənin yox, guya, dən üyüdürsən. Azərbaycan atalar sözləri/D
- Dəyirmandan gələn mən, sən deyirsən ki, növbə yoxdur. Fars atalar sözləri
- Dostların ziyarətinə əli boş gəlmək, dəyirmana buğdasız getməkdir. Mövlana Cəlaləddin Rumi
E
redaktə- El el ilə, dəyirman yel ilə. Azərbaycan atalar sözləri/E
- Elmin dəyirmanına su tökənlər bəzən bu dəyirmanın kimin üçün üyütdüyünün fərqində olmurlar. Əbu Turxan
- Eşşəyim bozdur, dəyirmana getməyir. Azərbaycan atalar sözləri/E
Ə
redaktə- Ədalətin dəyirmanı yavaş dönər, lakin yaxşı dönər. Corc Herbert
H
redaktə- Hamıdan ağıllını bazara göndərərlər, hamıdan qocanı — dəyirmana. Fin atalar sözləri
İ
redaktə- İctimai rəylə mübarizə aparmaq yel dəyirmanı ilə döyüşə girmək kimi bir şeydir. Pyer Büast
- İki dəfə deyilən sözü dəyirmanda da eşitdilər. Çeçen-inquş atalar sözləri
- İş istəyənə dəyirman, dərd-kədər istəyənə — mal-qara. Avar atalar sözləri
- İşləyən dəyirman donmaz. Yapon atalar sözləri
K
redaktə- Kürd kürdü dəyirmanda axtarar. Azərbaycan atalar sözləri/K
O
redaktə- Onun saqqalı dəyirmanda ağarmayıb. Fars atalar sözləri
Ö
redaktə- Ölkə abad ikən dəyirman xaraba idi. Azərbaycan atalar sözləri/Ö
S
redaktə- Sizə doğrusunu deyirəm: əgər siz yolunuzdan dönüb uşaqlar kimi olmasanız, Səmavi Padşahlığa əsla daxil ola bilməzsiniz. Beləliklə, kim bu uşaq kimi özünü aşağı tutarsa, Səmavi Padşahlıqda ən böyük odur. Kim Mənim adımla belə bir uşağı qəbul edərsə, Məni qəbul edər. Amma kim Mənə iman edən bu kiçiklərdən birini pis yola çəkərsə, öz boynuna böyük bir dəyirman daşı asıb dənizin dibinə atılaraq boğulmaq onun üçün daha yaxşı olar. İnsanları pis yola çəkən şeylər üçün vay bu dünyanın halına! Belə şeylərin gəlməsi qarşısıalınmazdır, amma vay o adamın halına ki, bunlar onun vasitəsilə gəlir![1] İsa
- Su bütün dəyirmanı aparıb, sən də soruşursan: "navalça hanı?". Assuri atalar sözləri
T
redaktə- Taleyin çarxı yel dəyirmanın pərlərindən daha sürətli fırlanır və dünən zirvəyə çatanlar bu gün zirvənin dibinə düşürlər. Miqel de Servantes
U
redaktə- Udmurt dəyirmandan da mahnı ilə gələr. Udmurt atalar sözləri
İstinadlar
redaktə- ↑ Matta 18:2–7