Acgözlük daxili bir boşluğun nəticəsidir. Erix Fromm
Ağıl gözəlliyi ona deyilir ki, istər mübahisə, istər tədqiqat, istərsə kəşfdə həqiqət necədirsə, həmin hədd və həmin kəmiyyətdə qorunub saxlanılsın, nə daxili ehtimala, nə də xarici təsirə yol verilməsin. Nəsirəddin Tusi
Bəzən həyatımızda baş verən xarici və daxili dəyişikliklərin əhəmiyyəti həmişə bizə aydın olmur. Biz sarsılır, qorxur və sonra sanki əvvəlki varlığa qayıdırıq, lakin dəyişiklik artıq baş vermişdir və biz heç vaxt və heç yerdə əvvəlki kimi olmayacağıq. Teodor Drayzer
Bir tam halında fəaliyyət göstərə bilməyən ictimai sistemin ayrı-ayrı daxili qurumları nə qədər cəhd göstərsə də, cəmiyyətin inersiyasından xilas ola bilmir. Tur Xander
Bizi əhatə edən xarici mühit həyata münasibətimizi nə qədər dəyişir! Bir insan yoxsuldura, var-dövlət sanki onu müvəqqəti xoşbəxt edər. Əgər o, yad düşüncəli insanlar arasından çıxıb xoş bir mühitə düşərsə, o bir müddət bütün çətinliklərinin həll edildiyini düşünəcək. Bu, maddi vəziyyətimizdə heç bir dəyişiklik edə bilməyən daxili sakitliyimizə nə qədər az bələd olduğumuzu göstərir. Teodor Drayzer
Bunu istəyən öz daxili səsinə qulaq asa bilər. O hər birimizin daxilində var. Mahatma Qandi
Çinin uzun sürən müharibəsi Çin xalqından böyük fədakarlıqlar tələb etdi və tələb edəcək, lakin eyni zamanda bu müharibə onları sakitləşdirdi. O, Çin xalqını son yüz ildəki bütün böyük mübarizələrindən daha böyük dərəcədə oyatdı və birləşdirdi. Çin xalqı təkcə nəhəng milli düşmənlə deyil, həm də əslində düşmənə kömək edən güclü daxili mürtəce qüvvələrlə qarşılaşır; bu şəklin bir tərəfidir. Lakin digər tərəfi odur ki, Çin xalqı nəinki əvvəlkindən daha çox siyasi şüurludur, həm də güclü Azad edilmiş ərazilər və gündən-günə böyüyən ümummilli demokratik hərəkat qurdu. Bunlar əlverişli daxili şərait yaradır. Əgər Çin xalqındakı məğlubiyyətlər və uğursuzluqlar nin son yüz ildəki mübarizələri müəyyən zəruri beynəlxalq və daxili şəraitin olmaması ilə bağlı idisə, bu gün vəziyyət başqadır - bütün lazımi şərait mövcuddur. Məğlubiyyətdən qaçmaq və qələbə qazanmaq üçün hər cür imkan var. Əgər biz bütün xalqı qətiyyətli mübarizədə birləşdirə bilsək, ona lazımi rəhbərlik verə bilsək, qalib gələcəyik. Mao Tszedun
Çöl dünyada etdiyin hər şey daxili dünyada başlayır. Robin Şarma
Dahi insanların bioqrafiyası ilə tanış olduqda onların hamısının ilk qələbəsinin özləri üzərində olduğunu aşkar etdim; daxili - intizam onların hamısı üçün birinci olmuşdur. [1]Harri Trumen
Dahinin daxili iztirabları ölməz əsərlərin ana qucağıdır. Artur Şopenhauer
Daxili apartamentlərin nəzarətçisi topal, qozbel, axmaq, qoca, qadınlara qarşı biganə, öz hisslərinə nəzarət edən, arzulardan azad və hər bir iş üçün yararlı olmalıdır. Çanakya
Daxili dialoqunuzu gözəlləşdirin. Daxili dünyanızı sevgi, işıq və şəfqətlə gözəlləşdirin. Həyat gözəl olacaq. Amit Ray
Daxili gözəlliyi olmayan heç bir xarici gözəllik tam hesab edilə bilməz. Viktor Hüqo
Daxili nəzarət cəmiyyətin və dövlətin nəzarətindən daha etibarlıdır. Əbu Turxan
Daxili sülhün və asayişin müdafiəsi bir millətin silahlı qüvvələrinin müqəddəs missiyasını təşkil edir və biz bunu həyata keçirmişik. Fransisko Franko
Daxili təmizlik və vicdanı saflıq insan üçün ən böyük bir vüqardır. Karl Marks
Daxili və zahiri həyatımın, yaşayan, ya da ölmüş başqa insanların əməyinə söykəndiyini özümə gündə yüz dəfə xatırladıram; çox dərinlərə dalmadan gündəlik həyatdan bilirik ki, insan başqaları üçün mövcuddur. Albert Eynşteyn
Din - yaşadığımız duyğular dünyasının bəzi bioloji və psixoloji ehtiyaclarımıza görə daxilimizdə yaratdığımız arzular aləmi vasitəsilə nəzarət altına alınması yolunda göstərilən cəhddir. Ancaq din son məqsədinə heç vaxt çatmır. Dini təlimlərdə yarandıqları dövrlərə, insan irqinin hələ tamamilə cahil olduğu uşaqlıq günlərinə aid izlər vardır. Onun verdiyi təskinlik və təsəllilərə qəti surətdə inanmaq lazım deyil. Təcrübələrimiz bizə dünyanın uşaq bağçası olmadığını öyrədir. Dinin söykənməyə çalışdığı əxlaqi buyruqlar dindən başqa dayaqların mövcudluğunu zəruri edir. Çünki insan cəmiyyətləri bəzi əxlaq qaydaları olmadan yaşaya bilmir; itaətkarlığı dini inanc və əxlaq qaydaları ilə əlaqələndirmək təhlükəlidir. İnsanın təkamül prosesində dinin yerini müəyyənləşdirməyə çalışan şəxs görəcəkdir ki, din o qədər də qədim tarixə malik deyildir və bu tarix sivilizasiyaya yiyələnmiş fərdin uşaqlıqdan yetkinliyə keçid prosesində məruz qaldığı nevrozlara paraleldir. Ziqmund Freyd
Dürüstlüyünüzü müqəddəs bir varlıq kimi qoruyun, son məqamda müqəddəs və sizə sadiq qalan yalnız daxili dürüstlüyünüz olacaq.[3]
Ermənilər ağ adamlardan olan qulların ən pisləridir. Onların hamısının ayaqları əyri, danışdıqları dil isə çox kobuddur. Utanmaq nədi bilməyən ermənilər əsasən oğurluqda məşhurdurlar. Erməni qulu bircə saat işsiz qoysan, daxili aləmi onu pis əməllərə sürükləyər. Dəyənək altına salınanda qorxusundan yaxşı işləyir, işi zəiflikdən yox, tənbəllikdən görmək istəmir, tənbəllikdən zövq alır. Belə olan halda onu ağacla kötəkləmək lazımdır. Adam Mets
Əgər alnımıza yazılmış hər bir daxili problemi oxuya bilsələr, nə qədər həsəd apardılarsa, o qədər də bizə acıyacaqlar! Petro Metastasio
Əgər həyatımızın bütün məqsədi şəxsi xoşbəxtliyimizdən, şəxsi xoşbəxtliyimiz isə yalnız bir sevgidən ibarət olsaydı, o zaman həyat həqiqətən boz səhraya bənzəyərdi... Amma, eşq olsun əbədi idraka, qayğıçəkən ilahi qüvvəyə! İnsanın daxili aləmindən başqa tarixi düşüncə və ictimai fəaliyyət kimi böyük aləmi də var. Vissarion Belinski
Əgər qanun tətbiq etmək mümkündürsə, o zaman cinayətkar vətəndaşı, daha doğrusu, daxili düşməni məhkəmə ilə sındırmaq lazımdır. Əgər zorakılıq məhkəməyə mane olur, yaxud onu məhv edirsə, o zaman sırtıqlığa şücaətlə, quduzluğa cəsurluqla, kobudluğa ağılla, quldur dəstəsinə qoşunla, gücə güclə qalib gəlmək lazımdır. Mark Tulli Siseron
Əxlaq - xarakter tərbiyəsi, əgər belə deyilərsə, insanın daxili aləminin inkişafıdır. İnsanın daxili aləmi onun mənəvi kimliyi, mənəvi təbiəti olduğu üçün təlim əxlaqın - xarakterin, mənəvi kimliyinin, mənəvi mahiyyətinin və ya daha dəqiq desək, insanlığının aydınlaşmasıdır. İlya Çavçavadze
Əməyin yalnız daxili, əqli, həyatverici qüvvəsi insan ləyaqətinin, onunla bərabər əxlaq və xoşbəxtlik mənbəyi kimi xidmət edir. Konstantin Uşinski
Əsl qəhrəmanın üstünlüyü ondadır ki, təhlükə ilə üz-üzə gələndə qorxu hissini boğub öldürür, həyatla vidalaşanda da daxili əzəmətini saxlaya bilir.[4]Xosrov Ruzbeh
Həqiqət kənarda aşkarlanacaq bir şey deyil, həyata keçirilməli olan daxili bir şeydir. Oşo
Hər şeydə olduğu kimi, ailə həyatında da daxili rahatlıq zənginlikdən üstündür. Molyer
Hətta tərəqqi üçün ayıq istək imanla - insan təbiətinin daxili yaxşılığına və elmin hər şeyə qadirliyinə inamla təmin edilir. Bu, “zirvəsi cənnətə çatan bir şəhər və qüllə” tikmək üçün yola çıxan və “heç bir şeyin onlara mane ola bilməyəcəyinə” inanan insanların inancından fərqli olaraq, küfr və küfr edən bir inancdır. Erik Hoffler
İncəsənət daxili həqiqət olan yerdə yaranır. Oqust Rodin
İnkişaf etmiş ölkələrdə xarici siyasəti daxili siyasət diktə edir, inkişaf etməmiş ölkələrdə xarici təzyiq daxili siyasəti müəyyən edir.[5]Viktor Radionov
İnsanda elə bir daxili inam olmalıdır ki, bütün bədbinlikləri yandırıb kül edə bilsin. Frensis Bekon
İnsanın daxili aləmində olan xeyirxahlıq - günəşdir. Viktor Hüqo
İnsanın daxilindəki yaxşılıq - bu günəşdir. Viktor Hüqo
İnsanın mahiyyəti yaradıcılıqdır. Onun daxili aləmi məhz yaradıcılıqda daha aydın məlum olur. Romen Rollan
İnsanın siması onun daxili aləmini əks etdirir. Viktor Hüqo
İnsanlar kimi evlərin də onların daxili mahiyyətini əks etdirən ruhları və sifətləri var. Aleksandr Düma (ata)
Mən həmişə xoşbəxtəm. Mənim tarazılığımı pozmağa imkan vermyən termostat adlanan daxili mexanizmim var. Xoşagəlməz ən kiçik bir hadisə hələ uzaqlarda ikən, termostatım işə düşür və məni əzab çəkməyə qoymur. Salvador Dali
Mənim qərarlarım nəzəriyyə və gizli bir daxili instinktin ahəngi əsasında qəbul edilir. Corc Soros
Min illərdir ki, bəşəriyyətin ən gözəl ağlı xalqlara ən böyük əzab-əziyyətsiz, daxili çəkişmələr olmadan, dostluq və qardaşlıq şəraitində yan-yana yaşamaq imkanı verəcək formaları tapmaq kimi nəzəri problemlə mübarizə aparır. Praktiki olaraq bu istiqamətdə ilk addım ancaq indi, bu gün atılır. Mixail Kalinin
Şübhəli anlarda və tərəddüd edəndə insan çaşıb qalır və hansı yolla gedəcəyini bilmir, amma o bir yol seçir və seçdiyi yolla getməyə hazır olanda, daxili bir səs onu bu yoldan saxlayır. Baxmayaraq ki, hər şey-təbii meyllər, simpatiya, sağlam düşüncə, hətta aydın dərk edilmiş müəyyən məqsəd onu bu yola çağırır, amma ruhu onu bu yolla getməyə qoymayan hansısa görünməz bir qüvvənin təsiri altından çıxa bilmir. Amma sonra məlum olur ki, əgər o, əvvəlcə seçdiyi və şüuruna görə seçməli olduğu yolla getsəydi, bu onun ölümünə səbəb olardı... Daniel Defo