Balaca qız ikən heç kim mənə gözəl olduğumu söyləməmişdi. Bütün kiçik qızlara gözəl olduqlarını söyləmək lazımdır, hətta olmasalar da. Merilin Monro
Beyindəki kiçik çalxalanmaları düşüncə deyə xarakterizə etmək nə qəribə bir imtiyazdır. Devid Yum
Bildiklərini izah et, amma ağıl verməyə qalxma. İzah edilənləri yaxşı dinlə, amma hamısını doğru sanma. Səssiz qalmaq, bir şey bilmədiyin mənasını verməz, çox danışmaqda çox şey bildiyini göstərməz. Hər kəsi özünə bərabər gör, hər kim olursa olsun bir insanı kiçik hesab etmək ağılsızlıq, çox böyük görməkdə qorxaqlıqdır. Cəsarət ağıldan gəlirsə cəsarətdir, məlumatsızlıqdan gəlirsə cəhalətdir. Mövlana Cəlaləddin Rumi
Bir dəfə kiçik bir çaya dənizdən bəhs etdim. Çay mənim şişirtməyi sevən xəyalpərəst olduğumu düşündü. Və bir dəfə də dənizə kiçik çaydan danışdım. Dəniz mənim hər şeyi kiçik görən yalançı olduğumu düşündü. Cübran Xəlil Cübran
Bir yerdə kiçik insanların böyük kölgələri varsa, o yerdə günəş batır deməkdir. Konfutsi
Biz, əvvəllər kiçik şeylərlə xoşbəxt olan insanlardıq. Sonra ağılımıza sevda deyə bir şey saldılar, özümüzü toplaya bilmədik. Yılmaz Güney
Biz hər şeydə və demək olar ki, həmişə təxəyyülümüzün qurbanı oluruq. Çünki, o, həqiqətin ən kiçik şüasını öz rəngarəng örtüyü ilə bağlamağa tələsir. Pyer Büast
Böyük adam böyüklüyünü kiçik adama hərəkətləri ilə göstərər. Oldos Haksli
Böyük adamı kəskin tənqid etmək kiçik adamın böyüklüyə çatmaq üçün nail olacağı hazır yoldur. Edqar Allan Po
Çaylar, göllər və kiçik çaylar - bütün bunlar müxtəlif adlara malikdirlər amma onları birləşdirən hər birinin tərkibinin sudan ibrət olmasıdır. Dinlər də belədir, müxtəlif cür səslənsə də bütün dinlərin əsasının düzgünlük olmağı onları birləşdirir. Məhəmməd Əli
Göydən qızıl yağsa insanın arzuları bitməz. İstəyin kiçik bir zövq verdiyini və əslində ağrıya səbəb olduğunu bilən adam, müdrik adamdır. Qautama Budda
Güclü həyat sarsıntıları kiçik qorxulara şəfa verir. Onore de Balzak
Həyat dənizdə bir səyahətdir ki, biz burada eyni kiçik bir gəmidə rastlaşırıq. Ölməklə biz sahilə çatır və başqa-başqa aləmlərə yönəlib bir-birimizdən ayrılırıq... Rabindranat Taqor
Hökmdar bir keyfiyyəti şirdən və durnadan, dörd keyfiyyəti xoruzdan, beşini qarğadan, altısını itdən və üçünü isə eşşəkdən almalıdır. O, şirdən böyük və kiçik olmasından asılı olmayan ən müxtəlif məsələləri həll etməyə daima hazır olmağı öyrənməlidir. O, durnadan hisslərini idarə etməyi, qoyulan məsələni həll etmək üçün düzgün yer və vaxt seçməyi öyrənməlidir. O, xoruzdan dörd şeyi öyrənməlidir: vaxtında durmağı, döyüş ruhuna malik olmağı, müttəfiqlər və tabeliyində olanlar arasında məsuliyyəti müəyyən etməyi və döyüşdən sonra həzz almağı. O, qarğadan beş şeyi mənimsəməlidir: başqalarından gizli intim münasibətdə olmağı, gizli hərəkətləri necə etməyi, düşməni necə gözləməyi və zərərsizləşdirməyi, soyuqqanlı olmağı və hər şeyə qarşı inamsızlığı. İtin insana da xas olan altı üstünlüyü var: daha çoxa malik olma arzusu, aza qane olma bacarığı, dərin yuxu, asan oyanma, yiyəsinə sadiqlik və cəsarət. O, eşşəkdən üç şeyi öyrənməlidir: ağırlığından asılı olmayaraq yük daşımağı, istiyə və soyuğa dözməyi, həmçinin yolun nə qədər uzun və yorucu olmasından asılı olmayaraq razı qalmağı. Bütün bu iyirmi keyfiyyəti özündə cəm edə bilən uzaqgörən insan bütün düşmənlərini məğlub edəcək, özü isə məğlub olmayacaq. Çanakya
İllah da üçüncü şəxs aramıza girəcəksə, bu şəxs kiçik barmaqları olan bir qızımız olsun. Kiçik İsgəndər
İnqilab hərəkatina 82 adamla başladım. Əgər bunu təkrar etmək məcburiyyətində qalsaydım yanıma 10 ya da 15 sadiq insan alardım. Əgər sadiq isəniz və hərəkət planınız varsa nə qədər kiçik olduğunuzun heç bir əhəmiyyəti yoxdur. Fidel Kastro
Mərd o adamdır ki, öz eybini özgələrinin eybindən artıq görsün, öz hünərini kiçik şey sansın. Abbasqulu ağa Bakıxanov
Müəllimin evi kitabxanadır, dövləti kiçik şagirdlər, sazı və nəğməsi şagirdlərin savadı, qazancı isə millətin məhəbbət və ehtiramıdır. Sultan Məcid Qənizadə
Nəyisə gerçək ölçülərinə bərabər böyük çəkin. Kiçik şəkillərdə bütün böyük zəifliklər asan gizlənər. Böyüklərdə isə ən kiçik zəifliklər belə asan görülər. Leon Battista Alberti
Tənbəllik ölümün kiçik qardaşı, səfillik isə həyatın böyük düşmənidir. Namiq Kamal
Ticarətdə əhatə dairəsinin böyük ya da kiçik olması vacib deyil, əsas amillərdən biri etibardır. Abdulbari Gözəl
Türklərin əsilzadəliyini göstərən digər hisslər, yəni ən kiçik yaxşılıqlara qarşı bəslədikləri minnətdarlıq və şürkranlıq duyğusu, ölənlərinə qarşı minnətdarlıq və şükranlıq duyğusu. Böyük nəzakətlə edilən qonaqpərvərlik adətləri, heyvanlara qarşı rəhmli olduqları faktını da danmaq olmaz. Edmondo de Amikis
Yaşayan varlıqların hamısı; zəif, güclü, uzun, qısa, böyük, orta və ya kiçik görünən, görünməyən; doğulmuş olan və ya doğulmaqda olan, hamısı xoşbəxt olsun! Kimsə kimsəni aldatmasın, kimsə kimsəni kiçik hesab etməsin, kimsə kimsəyə hirs ilə, incinmə ilə zərər vermək istəməsin. Qautama Budda
Yoxluq kiçik sevgiləri azaldır və böyük sevgiləri artırır, çünki külək şamı söndürür və tonqal yandırır. Fransua de Laroşfuko