Əgər başladığın iş mənəvi cəhətdən sağlamdırsa, bu işi atmaq olmaz. Mahatma Qandi
Əgər həyatda həqiqi xoşbəxtliyi tapmaq istəyirsinizsə, o zaman nankorluq hissi haqqında düşünməyin. Fədakarlığın bəxş etdiyi mənəvi sevincə təslim olun. Deyl Karnegi
Gənclik yeni nəsil deməkdir. Kökünə bağlı, əcdadının yolu ilə gedən, milli, mənəvi dəyərlərinə sadiq, əyilməz, alnıaçıq, həm də tükənməz gücdür. Füyuzat jurnalı
Gözəllik duyğusu ənənəvi olaraq şairlər tərəfindən, mənəvi-əxlaqi duyğu – ruhanilər, həqiqət duyğusu – alimlər tərəfindən təcəssüm olunmuşdur. Bu üçünün eyniyyətindən çıxış edənlərə isə filosof deyilmişdir. Əbu Turxan
İnsan dilini dəyişsə, kökündən, mənəvi aləmindən ayrı düşər, mənsub olduğu qövmə, millətə aid nə varsa itirər, istər-istəməz manqurta çevrilər. Teymur Əhmədov
İnsanın fiziki boyu onun başından yerə qədər olan məsafə ilə, mənəvi boyu isə başından göyə qədər olan məsafə ilə ölçülür. Şarl Perro
İnsanın kamilliyi onun hiss və mənəvi qüvvələrinin birliyindədir. Fridrix Şiller
İş insanı həm maddi, həm də mənəvi cəhətdən təmin edir. Henri Ford
Maddi dövlətin yanmaq, batmaq, yazıların çevrilişi, ədədlərin gərdişinə məruz qalmaq, qarət edilib oğurlanmaq qorxusu olduğu halda, mənəvi (əsl) dövlət olan hikmətin xərclənməkdən, müsadirə edilməkdən, bəlaların enməsindən, ünsürlərin hiddətlənməsindən qorxusu olmaz. Nəsirəddin Tusi
Maddi və mənəvi problemləri özünə dərd eləməyən insanın həyatı xoş keçər. Volter
Mənəvi zövq əmək, zəhmət, iradə və fəaliyyət nəticəsində əldə edilir. Nəsirəddin Tusi
Mənim hərəkətimin mənəvi dəyərə malik olması üçün onunla mənim inamım bağlanmış olmalıdır. Cəzadan öncə qorxunun insanı hansısa hərəkətə təhrik etməsi və ya hansısa insanın gözündə yaxşı görünmək üçün gorülən hərəkətlər-əxlaqsızlıqdır. Georq Vilhelm Fridrix Hegel
Millətin ən mühüm kapitalı xalqın mənəvi keyfiyyətləridir. Nikolay Çernışevski
Tarixi təcrübə sübut edib ki, cəmiyyətin texnoloji inkişafı, fərdlərin mənəvi yetkinliyi üçün yetərli deyil. Əgər cəmiyyətdə maddi nemətlərin artması müvafiq mənəvi təkamüllə müşayiət olunmazsa nəticədə bu hətta qorxulu hala çevrilə bilər. Anri Berqson
Tənhalıq mənəvi yolla gedənin ən yaxşı müəllimidir. Fəridəddin Əttar