Adamları təhqiretmədən və inciklik hissi yaratmadan onlara təsir etməyə imkan verən doqquz qayda:
Müsahibinizin tərifindən və onun layiqli cəhətlərini səmimi etirafdan başlayın.
Başqalarının səhvlərini birbaşa yox, dolaysı ilə göstərin.
Əvvəlcə öz səhvlərinizdən danışın, yalnız bundan sonra müsahibinizi tənqid edin.
Müsahibinizə nəsə əmr vermək əvəzinə, suallar verin.
Adamlara nüfuzlarını xilas etməyə imkan verin.
Adamların ən kiçik uğurlarını belə bəyəndiyinizi bildirin və onların hər bir müvəffəqiyyətini qeyd edin. “Qiymət verməkdə səmimi və tərifləməkdə səxavətli olun”.
Adamlara yaxşı nüfuz yaradın, onlar bu nüfuzu doğrultmağa çalışacaqlar.
Həvəsləndirməyə əl atın. Düzəlmiş görmək istədiyiniz səhvin asan düzəldilə bilməsi təsəvvürünü yaradın; elə edin ki, adamları təhrik etdiyiniz məsələlər onlara çətin görünməsin.
Çalışın ki, adamlar təklif etdiklərinizi yerinə yetirməyə şad olsunlar. Deyl Karnegi
Ailə həyatında əsas məsələ təmkindir. Məhəbbət uzun müddət davam edə bilməz. Anton Çexov
Antisemitizm, yəhudi xalqına nifrət bəşəriyyətin ruhunda ləkə olub və qalır. Biz bu məsələ ilə tam razıyıq. Buna görə də bunu bilin: antisionizm mahiyyətcə antisemitizm deməkdir və həmişə belə olacaq. Bu niyə belədir? Bilirsiniz ki, sionizm yəhudi xalqının öz torpaqlarında yaşamağa qayıtmaq arzusu və idealından başqa bir şey deyil. Yəhudi xalqı, Müqəddəs Yazılar bizə deyir ki, müqəddəs torpaqda, öz vətənində çiçəklənən birlik içində yaşayırdılar. Onları oradan Rəbbimizi belə amansızlıqla qətlə yetirən Roma tiranı qovmuşdu. Vətənindən qovulmuş, milləti külə dönmüş yəhudi xalqı dünyanı dolaşmağa məcbur oldu. Yəhudi xalqı onlara hökmranlıq etməyə gələn hər bir tiranın əlindən dönə-dönə əzab çəkdi. Bütün bəşəriyyətin bu ayrılmaz hüququnu əziz tutan hər kəs üçün bunu başa düşmək, yəhudi xalqının qədim İsrail torpağında yaşamaq hüququnu dəstəkləmək çox asan olmalıdır. Bütün yaxşı niyyətli insanlar Allahın xalqının onlardan oğurlanmış torpağa sevinclə qayıtması vədinin yerinə yetməsinə sevinəcəklər. Bu sionizmdir, nə çox, nə də az. Martin Lüter Kinq
Bəli. Sərbəst ölkənin fərdləri arasında həmrəylik əsasdır. Bir azad olmayan yerlərə baxın. Orada fərdlər və ailələr ayrı-ayrı yaşayırlar, aralarında əlaqə və münasibət çox azdır… Burada əsas məsələ ayrılıqdır, eqoizmdir. Vətəndaşlar bir-birinə yaddır; hər kəs başqasına laqeyddir. Belə bir cəmiyyətin fərdlərini əzmək asan olduğu kimi, cəmiyyət özü də cansız, qansız əsgi parçası kimi atılıb tutulur, oyuncağa çevrilir.[1]Əhməd bəy Ağaoğlu
Bir kişi incə bir qadının qəlbində baş verənlər haqqında demək olar ki, ağlabatan bir şey deyə bilməz; cilvəli qadın isə başqa məsələ: hissiyyatlılıq və şöhrətpərəstlik bizə də xasdır. Stendal
Bir məsələ üzərində çalışır və ya hər hansı bir fəlsəfə üzərində düşünürsünüzsə, özünüzə sadəcə bunu sual verin: Faktlar nələrdir? Və bu faktların dəstəklədiyi həqiqətlər nələrdir? Bertran Rassel
1 saniyə...qadınlar çox qəribədir. Qarşına keçirlər, səni ələ almağa çalışırlar və bunu bacarırlar. Sonra sənin ondan xoşun gələr, onu sevərsən, könlünü ona verərsən, hər şeyə dözərsən; bunu ancaq sən edərsən. Qəribədir. Məhz bu məsələ məni çox incidir. Məni başa düşmədiklərinə görə inciyirəm dostum. Sevirəm deyirlər, amma sonra gedirlər. Bob Marli
Bir sistem mövcud bir sistem çərçivəsində həll edilə bilməyən bir məsələ ilə qarşılaşdıqda dağılır. Albert Eynşteyn
Bütün dahiyanə yaradıcılıqlarda dağıdıcı element olur — və məhz o, bizə həqiqi zövqü verir. Yalnız məsələ siyasətə və sosial həyata gəldikdə bu dağıdıcılıq yolverilməzdir. İncəsənət adlandırdığımız məfhumda dağıdıcılıq arzu olunan xarakteristikadır. Leonard Koen
Çətin məsələlər dostlar arasında bölüşdürülsə, həlli asan olar. Vilson Follet
Çoxu elə öz yatağındaca ölüb. Heç kəs öz ömründən artığını yaşamayıb. Həta savadlı adamlar, çox oxuyanlar – qaradərili həkimlər, müəllimlər, qəzetçilər, biznesmenlər – belə çox çətin bir məsələ qarşısında aciz qalıblar. Belələri ağılları ilə işləyib irəli getməklə yanaşı, bir də öz irqləninin qayğısına qalmağa məcbur olublar və bəzən bu yerdə ağıl da aciz qalıb. Ağ adamlar elə güman edir ki, savadından asılı olmayaraq bütün qaradərililərin içində dərin cəngəllik var. Onlar keçilməz çaylara hökm edir, budaqdan budağa tullanaraq meymun səsi çıxarır, zəhərli ilanlarla yatıb dururlar. Qaradərililərin qana bulaşmış dişləri isə ağ adamların qanına susayır. Onlar haradasa düz fikirləşirlər. Qaralar ağ adamları zəncilərin mülayim, xoşrəftar, ağıllı, eşqli adamlar olduğuna inandırmaq istədikcə, zəncilərin bir çox inaclarının daha saf duyulara bağlı olduğunu sübut etməyə çalışdıqca, həmin cəngəlliklər daha sıx və keçilməz olur. Amma bir həqiqət var, axı bu cəngəllikləri qaralar öz əvvəlki vətənlərindən, başqa dünyadan götürüb gətirməyiblər. Xeyir, bu cəngəllilkləri onlar üçün ağlar yaradıb. Və beləcə yayılıb, dərinlşəib, qalınlaşıb o cəngəlliklər. Hətta onların ölümündən sonra da cəngəlliklər böyüyüb, yaşıllaşıb və bu, onlara həyat verən ağlara yetişənə qədər davam edib. Cəngəllik onların hər birini tanınmaz hala salana qədər dəyişib. Onlar qaniçən olublar, ağlasığmaz dərəcədə azğınlaşıblar – elə olmaq istəməsələr də, – və bir vaxtlar öz əlləri ilə saldıqları cəngəlliklərdən ölümünə qorxmağa başlayıblar. Sən demə budaqdan budağa tullanıb meymun səsi çıxaran canlı onların ürəyində, onların ağ və zərif dəisi altda yaşayırmış. Sən demə o qana bulaşmış dişlər də onların öz dişləriymiş… Toni Morrison
Ədəb həddini aşmamaq, qəlb qırmamaqdır. Dedi-qodudan, haqsızlıqdan və ittihamdan uzaq durmaqdır. Bilmədiyin məsələ ilə bağlı susmaq, bildiyin məsələdə ehkam kəsməməkdir ədəb. İnsan ayrıseçkiliyi etməməkdir. Həddini aşmamaqdır. Əlif Şəfəq
Əsas məsələ ər-arvad sevgisinə görə insanın insana sevgisini və hörmətini unutmamaq və itirməməkdir. Lev Tolstoy
Əsas məsələ fəziləti və qüsurları özünüzün dərk etməyinizdir. Əgər belə bir dərk etmə yoxdursa, hər şey səbatsız olur. Mark Tulli Siseron
Əsas məsələ pul qazanmaqda deyil, onu xərcləməkdədir. Bencamin Franklin
Əsas məsələ yaxşı başlamaq deyil, yaxşı qurtarmaqdır. Ovidi
Həqiqətən vacib olan məsələ hisslərin kobudca və tez doydurulması yox, idrakın doydurulmasıdır. Buna görə də xoşniyyətli olmaq, başqalarına kömək etmək, arzuları azaltmaq və sahib olduğunla xoşbəxt olmaq sadəcə bir dinin ardıcıllarına aid məsələ deyil. Bunları İlahini məmnun etməyin, ya da yenidən həyata gəlməyi sığortalamaq üçün bir vasitə kimi də irəli sürmürəm. Demək istədiyim odur ki, daxili rahatlığını təmin etmək istəyən bir insanın heç bir halda bunlarsız keçinə bilməyəcəyidir. Dalay Lama
Həyatda daha çox şeyə nail olmaq üçün insan dəyişməlidir. Təəssüflər olsun ki, insan böyük çətinliklə dəyişir və bu dəyişiklik çox ləng şəkildə baş verir. Bir çoxları bu dəyişiklik uğrunda illərini sərf edir. Lakin ən çətin məsələ – həqiqətən dəyişməyi arzulamaqdır. Karlos Kastanyeda
Həyatın əxlaqi mənasını pozan ixtiralar və maddi təkmilləşmələr tərəqqinin adi gedişi deyilmi? Bu nizamsızlığın çox ağır olan vaxtlarında, əxlaqi məsələlər qaldırılır. Lev Tolstoy
Məsələ yalnız səylər nəticəsində həll edilir. Çanakya
Müharibə humanizmin və həqiqətin inkarıdır. Məsələ təkcə insanların öldürülməsində deyil, zatən insan əvvəl-axır ölür. Məsələ, şüurlu şəkildə nifrətin və yalanın insanlara aşılanmasındadır. Cəvahirləl Nehru
Sizin bildiyiniz hər bir şey illər boyu topladığınız təcrübənin nəticələridir. Amma keçmiş qərarlar elə keçmiş məsələlər üçün keçərlidir. Əgər yaradıcılıq inkişafı istəyirsinizsə, bir müddətliyinə zəngin təcrübənizi unudun! Paulo Koelyo
Uğruna bir şeylərdən imtina edəcəyin insanı tapmaq asan, amma heç bir şeydən imtina etmək məcburiyyətində qalmayacağın insanı tapmaqdır əsas məsələ. Can Yücəl
Yalnız yaxın illərdə hiss oluna bilən uğur gətirəcək məsələlər üzərində işləyin. Ceyms Uotson
Yaşadığımız dünyanı və həqiqəti eyni zamanda sevmək mümkün deyil. Siz artıq öz seçiminizi etmisiniz. İndi əsas məsələ seçiminizdən geri dönməməkdir. [2]Mişel Uelbek
Yeni söz demək o qədər də asan iş deyil. Yüz illərdən bəri yaranan sənət aləminə nəzər saldıqda adama elə gəlir ki, hər şeydən yazılmış, hər söz deyilmişdir. Lakin sənət xəzinəsinə baş vurduqda əl dəyməmiş, ələ gəlməsi çox çətin olan nə qədər cəvahirat görürsən. Əsl məsələ bu xəzinənin yolunu bilmək, onun açarını ələ keçirməkdir.[3]Cəfər Xəndan